Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-37/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülməsi” barədə iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2591 məhəllədə yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Həmin tikililərin sökülməsi ilə əlaqədar aidiyyəti qurumların əməkdaşları və polis işçiləri həmin ünvana baxış keçirmiş və cavabdeh tərəfindən inşa edilən tikilinin sökülməsini tələb etmişlər. Lakin Cavabdeh xidməti vəzifəsini yerinə yetirən əməkdaşların qanuni tələblərinə əhəmiyyət verməmiş və qanunsuz tikilini sökməyəcəyini bildirmişdir. Bununla əlaqədar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və qərar qəbul edilməsi üçün Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İnzibati protokola baxılaraq Cavabdeh 21 sentyabr 2020-ci il tarixli qərarla 500 (beş yüz) manat məbləğində cərimə edilmiş və qərar icra edilməsi üçün protokol Nizami Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Tərəflərindən aparılan tədbirlərə baxmayaraq Cavabdeh qanunsuz inşa etdiyi tikilini sökməmiş, əksinə qanunsuz tikintinin inşasını hərəkətlərini davam etdirmişdir. Buna görə də, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2591-ci məhəllədə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Bakı şəhəri İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edib, əlavə olaraq bildirdi ki, cavabdeh iddia ərizəsində qeyd olunan ünvanda yerləşən və mülkiyyətində olmayan torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Dəfələrlə tikintini dayandırması ilə bağlı xəbərdarlıq etsələr də, cavabdeh tikintini dayandırmamışdır, davam etdirmişdir. Bununla bağlı polisə də müraciət edilmişdir, polis cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddə ilə inzibati protokol tərtib etmiş və aidiyyatı üzrə baxılması üçün İddiaçınə göndərilmişdir. Rayon İcra Hakimiyyəti həmin məsələyə baxıb və cavabdeh 500 manat məbləğində məsuliyyətə cəlb edilib. Həmin dövr ərzində hansı tikinti işləri aparılmışdırsa onların hər birinin fotoşəkilləri çəkilib. Səhv etmirsə 2 ildən çoxdur ki, ekspertiza təyin edilmişdir, nəticəsi hələ də bugünə kimi uzanmaqdadır. Torpaq cavabdehin mülkiyyətində olsa belə tikintini aparmaq üçün müvafiq orqanların icazəsi alınmalıdır. Həmin tikilinin 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsidir. Buna görə də S.Y.Abbasəliyev, qeyd edilənləri əsas tutaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında bildirdi ki, o, 1984-1985-ci ildə Əfqanıstan müharibəsinin iştirakçısı olmuşdur. Buna görə də ona 6 sot həyətyanı torpaq sahəsi ayrılmışdır. Köməkçi dam 2000-ci ildə tikilib. Sadəcə imkanı olmadığı üçün üstünü bağlamamışdır. 2000-ci ildən bu tikilinin tikintisi yarımçıq qalmışdı. O, bütün sənədləri təqdim etmişdir, dəfələrlə Əmlak Komitəsinə yazılı müraciət etmişdir, ona cavab olaraq bildirilmişdir ki, onun torpağının 60 kv.m sahəsi satılmışdır. Tikili 80, 90 kv.m-dir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak etmiş şəxsləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Nizami RPİ-nin 25-ci PŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh Nizami rayonu, Şərifli küçəsi, 2591-ci məhəllədə qanunsuz tikinti işləri apardığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir; - Bakı şəhəri İddiaçı başçısının birinci müavini tərəfindən qəbul edilmiş inzibati xətaya dair 3 nömrəli, xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh İXMnin 395.1-ci maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh DƏDRX-nə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Xidmətin Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 60 kvadrat metri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-30930 saylı şəhadətnamə ilə digər fiziki şəxsin mülkiyyətindədir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, torpaq sahəsi İddiaçı başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamı ilə ayrılmışdır. Cavabdeh nəzərinə çatdırılmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respulikası Qanununun 19 və 25-ci maddələrinə uyğun olaraq 1 yanvar 2001-ci il tarixindən sonra ev tikintisi üçün torpaq sahələrinin ayrılması bələdiyyələr tərəfindən həyata keçirilir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli bildirişinin surətindən görünür ki, Nizami rayon İHB-nin 373 saylı, xx.xx.2002-ci il tarixli torpaq sahəsinin Cavabdeh adına ayrılması barədə sərəncamı ləğv edilmişdir. Belə ki, xx.xx.2001-ci il tarixindən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. - Məhkəməyə təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-2695/2021 saylı qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, “...Bununla da aydın olur ki, Bakı şəhəri İddiaçı başçısı 29 avqust 2002-ci il tarixindən vətəndaşa torpaq sahəsi ayırmaq səlahiyyətində olmamışdır. Bundan əlavə İddiaçı başçısının Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına və məktubuna istinad edərək ona torpaq sahəsi ayrıldığını iddia edir...Hazırkı məhkəmə icraatında müəyyən edilir ki, iddiaçı Cavabdeh münasibətdə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsinin iddiaçıya ayrılmasına qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir hüquqmüəyyənedici sənəd nə inzibati icraatda, nə də inzibati məhkəmə icraatında təqdim olunmamışdır. Odur ki, məhkəmənin mövqeyinə görə cavabdeh DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin imtinası qanuna zidd sayıla bilməz...”. Məhkəmə iclasında müəyyən edildi ki, Nizami rayon İHB-nin 373 saylı, xx.xx.2002-ci il tarixli torpaq sahəsinin Cavabdeh adına ayrılması barədə sərəncamı ləğv edilmişdir. Belə ki, xx.xx.2001-ci il tarixindən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada satılması nəzərdə tutulmuşdur. Bununla bağlı, cavabdeh qeyd olunan torpaq sahəsinin ona ayrıldığını əsas gətirməklə qanunla müəyyən olunmuş hüququnun tanınması üçün iddiasını inzibati qaydada mübahisələndirmiş, inzibati Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-2695/2021 saylı qərarında qeyd olunan məsələyə hüquqi münasibət bildirmişdir. O cümlədən, Bakı şəhəri İddiaçı başçısının birinci müavini tərəfindən qəbul edilmiş inzibati xətaya dair 3 nömrəli, xx.xx.2020-ci il tarixli qərara əsasən Cavabdeh İXM-nin 395.1-ci maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə edilmiş, barəsində Nizami RPİnin 25-ci PŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh qeyd olunan torpaq sahəsində heç bir icazə almadan, birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olan qanunsuz tikinti apardığına görə Bakı şəhəri İddiaçı hazırda həmin tikilinin sökülməsini xahiş edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehin sahibliyində olan qanunsuz tikili ilə bağlı tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına inşa edildiyinə görə özbaşına tikili hesab edilməli və tikili sökülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2591-ci məhəllədə yerləşən tikili özbaşına (qanunsuz) tikili hesab edilsin. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2591-ci məhəllədə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikili sökülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-37/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-37/2023
02.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver