Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3700/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı olan “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi :
1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 19 oktyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək, 20 noyabr 2011-ci il təvəllüdlü X2, 14 mart 2014-cü il təvəllüdlü X4 və 21 yanvar 2022-ci X1 üçün Maraqlı şəxs hər ay 660 manat olmaqla aliment pulunun Ərizəçi xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə 19 fevral 2011ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 3 övladı - X5 20 noyabr 2011-ci ildə, X7 14 mart 2014-cü ildə və X6 21 yanvar 2022-ci ildə anadan olmuşlar. Mediasiya Təşkilatına nikahın pozulması, uşaqların ananın himayəsində qalması və nikahın pozulması ilə bağlı müraciət edilmişdir. Aliment tələbi mediasiya qaydasında barışıq sazişi ilə həll edilmiş və Maraqlı şəxs öhdəsinə götürmüşdür ki, 15 noyabr 2023-cü il tarixdən başlayaraq hər ayın 15-i uşaqların saxlanması üçün 660 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin barışıq sazişinin könüllü icrası üçün «Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.1 maddəsi ilə müəyyən olunmuş müddətin və aliment tələb etmə hissəsində isə barışıq sazişində qeyd olunan müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunmamışdır. Bu səbəbdən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.
İş materialları :
3. Bakı 10 saylı Mediasiya təşkilatının MŞB/10-00623 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2011-ci il tarixdə bağlanmış 143 nömrəli nikahın pozulmasına, birgə nikahdan olan 20 noyabr 2011ci il təvəllüdlü X2, 14 mart 2014-cü il təvəllüdlü X4 və 21 yanvar 2022-ci X3 anası Ərizəçi himayəsinə verilməsi barədə razılığa gəlmişlər və Maraqlı şəxs bir uşağa görə 220 manat olmaqla, ümumilikdə üç uşağa görə 660 manat aliment ödəməyə və həmin məbləği noyabr ayından başlayaraq hər ayın 1-dən 15-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öhdəsinə götürmüşdür.
4. AZ-İİ seriyalı, 869460 nömrəli “doğum haqqında şəhadətnamə”dən görünür ki, X5 xx.xx.2011-ci ildə anadan olmuşdur, atası Maraqlı şəxs və anası Ərizəçidır.
5. AZ-İİİ seriyalı, 266227 nömrəli “doğum haqqında şəhadətnamə”dən görünür ki, X7 xx.xx.2014-cü ildə anadan olmuşdur, atası Maraqlı şəxs və anası Ərizəçidır..
6. AZ-İV seriyalı, 689555 nömrəli “doğum haqqında şəhadətnamə”dən görünür ki, X6 xx.xx.2022-ci ildə anadan olmuşdur, atası Maraqlı şəxs və anası Ərizəçidır.
Tərəflərin izahatları :
7. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Maraqlı şəxs ödəniş etməmişdir, onunla əlaqə saxlamaq istəmədiyindən alimentin kart hesabına köçürülməsini istəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etməyərək əlavə olaraq öz izahatında ödəniş etməkdən yayınmadığını, lakin əmək haqqısının yarısı kredit borcuna tutulduğu üçün vaxtlı-vaxtında ödəniş edə bilməmişdir.
Tətbiq edilən hüquq :
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:
3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
13. “Uşaq Hüquqları haqqında” Qanun :
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
İşin faktiki halı :
14. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından 20 noyabr 2011-ci ildə X5, 14 mart 2014-cü ildə X7 və 21 yanvar 2022-ci ildə X6 doğulmuşdur.
15. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞB/10-00623 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və həmin sazişlə tərəflər 143 nömrəli nikahın pozulmasına, birgə nikahdan olan 20 noyabr 2011-ci il təvəllüdlü X2, 14 mart 2014-cü il təvəllüdlü X4 və 21 yanvar 2022-ci X3 anası Ərizəçi himayəsinə verilməsi barədə razılığa gəlmişlər və Maraqlı şəxs bir uşağa görə 220 manat olmaqla, ümumilikdə üç uşağa görə 660 manat aliment ödəməyi və həmin məbləği noyabr ayından başlayaraq hər ayın 1-dən 15-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öhdəsinə götürmüşdür.
16. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin şərtlərini yerinə yetirmədiyindən Ərizəçi 19 oktyabr 2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilərək, 20 noyabr 2011-ci il təvəllüdlü X2, 14 mart 2014-cü il təvəllüdlü X4 və 21 yanvar 2022-ci X1 üçün Maraqlı şəxs hər ay 660 manat olmaqla aliment pulunun Ərizəçi xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iş materiallarını tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, ailə qanunvericiliyə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən uşağın saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər. Valideynlər mediasiya prosesində barışıq sazişi bağlamaqla alimentin miqdarını və ödənilmə qaydasını müəyyən edə bilərlər.
19. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.
20. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/10-00623 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir.
21. Məhkəmə qeyd edir ki, sözügedən MŞB/10-00623 nömrəli xx.xx.2023-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.
22. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
Nəticə :
23. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli, MŞG/MTO/10- 00623 saylı barışıq sazişi alimentə dair hissəsində təsdiq edilməlidir.
24. Məhkəmə qeyd edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 10 saylı Mediasiya Təşkilatında bağlanmış MŞG/MTO/10-00623 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 220 manat, ümumilikdə üç uşağa görə 660 manat aliment ödəməyə razıdır və həmin məbləği noyabr ayından başlayaraq hər ayın 1dən 15-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür”. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva