Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3724/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X16 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, X1, İddiaçı2 nümayəndəsi, özü də iddiaçı olan Gorkun Oksananın iştirakı ilə İddiaçılar İddiaçı2 və X13 Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və X14 Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında, İddiaçı2 nümayəndəsi, özü də iddiaçı olan Gorkun Oksana iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsi ev 12, mənzil 03-də qeydiyyatda olan və yaşayan qardaşı X8 11 noyabr 2015-ci ildə vəfat edib. Bundan əvvəl o, 27 yanvar 2015-ci il tarixli 2V-09 sayla qeydə alınan vəsiyyətnamə ilə özünə məxsusu olan bütün əmlakını bacısına, yəni ona vəsiyyət edib. Nizami Rayon Məhkəməsinin 2(007)- 1295/2016 saylı, 29 noyabr 2016-cı il tarixli qətnaməsi ilə miras əmlak üzrə pay bölgüsü aparılıb, X6 məxsus olan əmlakın 50 faizinin ona, 25 fazinin anası, Annaya və 25 faizinin Cavabdehy Aleksandroviçə verilməsi qət edilib. Eyni zamanda X6 Sabunçu rayonu, ləhiş bağ massivində yerləşən 4806a saylı, üzərində iki mərtəbəli tikili olan bağ sahəsi də məxsus olub. Lakin bağ sahəsinə aid qeydiyyat hələlik DƏDRX Bakı Ərazi İdarəsi tərəfində aparılmadığı üçün o miras əmlakın bölgüsünə daxil edilməyib. Mövcud qanunlara əsasən bağ sahəsi və onun üzərində olan tikili X6 məxsusdur və onun mülkiyyətindədir.Bu əmlak üzərində hüquqlar qeydə alındıqdan sonra vərəsəlik haqında qanuna uyğun olaraq bölünməli idi. Lakin 25 faiz paya sahib olan Cavabdeh real qiymətlə bölgü aparılmasına razılaşmır, bilərəkdən işi uzadır, daha doğrusu əvvəlki bəd xislətini davam etdirir. Onlar Cavabdeh şifahi və yazılı razılaşma təklifi göndərmişlər, lakin cavab verilmədi. Sabunçu rayonu, ləhiş bağ massivində yerləşən 4806а saylı, şəxsi (paylı) mülkiyyətdə olan torpaq sahəsi üzərindəki iki mərtəbəli tikiliyə hər üç vərəsənin razılığı olmadan çıxarış veilmir. Belə olan halda həmin bağ evini satmaq, bölmək mümkün deyil. Miras əmlakın bölgüsü üçün evin də çıxarışının olması vacibdir. Belə çıxır ki, Cavabdeh çıxarışın alınmasına razılıq verməsə 75 faizi onların olan miras əmlaka sahib ola bilməzlər.Qeyd olunanlara əsasən Kirenkov Aleksandr Yevgeniyeviçdən miras qalmış Bakı şəhəri Sabunçu rayonu, ləhiş bağ massivində yerləşən 4806a saylı, torpaq sahəsi üzərindəki iki mərtəbəli tikilinin vərəsələr arasında qanuna müvafiq olaraq:X12 ½ hissəsə,İddiaçı2 ¼ hissədə və X7 ¼ hissədə pay şəklində bölünmsəinə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş cavabdeh X9 məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı2 nümayəndəsi, özü də iddiaçı olan Gorkun Oksana Evgenyevnanın izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 12.11.2015-ci il tarixdə vəfat etmişdir. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki,Bakı şəhəri Sabunçu rayonu, ləhiş bağ massivində yerləşən 4806a saylı bağ sahəsinə 08.09.2017-ci il tarixdən X5 mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı Apellyasia Məhkəməsinin 2(103)-1255 saylı iş üzrə qəbul etdiyi 12 aprel 2019-cu il tarixli qətnamədən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, ləhiş bağ massivində yerləşən 4806a saylı bağ sahəsinə X11 ½ hissəsə,İddiaçı2 ¼ hissədə və X7 ¼ hissədə payları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 1151.1Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki,hazırda payların müəyyən olunması tələb olunan əmlak,yəni Bakı şəhəri Sabunçu rayonu, ləhiş bağ massivində yerləşən 4806a saylı bağ sahəsində mövcud olan yaşayış sahəsi X2mış miras kütləsinə aid deyil.Həmin yaşayış sahəsi Mülki Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulan tikili hesab edilir.Belə ki, buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evidir.Özbaşına tikilidir.Belə olan halda həmin əmlakdan payların müəyyən olunmasının hüquqi əsası mövcud deyil Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Onun tərəfindən təqdim olunmuş sübutlar iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamlı,iddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçılar İddiaçı2 və X13 Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3724/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3724/2021
03.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver