Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3753/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan müqavilələr əsasən, o, televizor və telefon kreditə alıb və kredit şərtlərinə uyğun olaraqa hər ay ödənişi ödəməyi öhdəsinə götürüb. Lakin o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək nəticədə iddiaçıya cəmi 3994 manat borc yaranıb. Cavabdehin cəmi ödədiyi məbləğ 249 manat təşkil edir. Qeyd olunanlara əsasən 15.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72655 olan Samsung Galaxy S10 markalı telefon üçün 1560 manat ödənilməmiş hissə, 468 manat dəbbə pulu, 23.06.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 1512 manat ödənilməmiş hissə 454 manat dəbbə pulunun,cəmi 3994 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh ABS Telekom” MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə oğl məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan 15.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72655 olan Samsung Galaxy S10 markalı telefon "xxxx" MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15.08.2019-cu il tarixli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki,cavabdeh hər ayın 28-dən gec olmayaraq 12 ay müddətinə 130 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 15.08.2019-cu il tarixli kredit müqaviləsi müqaviləsi üzrə 1512 manat ödənilməmiş hissə 468 manat dəbbə pulu borcu vardır. İşə əlavə olunmuş 23.06.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV "xxxx" MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh oğlu müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.06.2019-cu il tarixli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki,cavabdeh hər ayın 23-dən gec olmayaraq 18 ay müddətinə 89 manat ödəniş etməyi öhdəsinə götürmüşdür İşə əlavə olunmuş "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 23.06.2019-cu il tarixli kredit müqaviləsi müqaviləsi üzrə 1512 manat ödənilməmiş hissə 454 manat dəbbə pulu borcu vardır. İşə əlavə olunmuş ödəniş tapşırığından görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanan müqavilələrə əsasən, o, televizor və telefon kreditə almış, kredit şərtlərinə uyğun olaraqa hər ay dəyərini hissə-hissə ödənişi etməyi öhdəsinə götürmüşdür.Lakin o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə iddiaçıya cəmi 3994 manat borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 249 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hər iki müqavilə üzrə ödənilməmiş borcun tələb olunması hissəsindıə iddianı əsaslı hesab edir. Bununla yanaşı qeyd olunan müqavilələr üzrə müəyyən olunmuş cərimələrin azaldılmasını məqsədəuyğun hesab edir.Ona görə də 15.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə müəyyən olunmuş dəbbə pulunun azaldılaraq 45 manat, 23.06.2019-cu il tarixli kredit müqaviləsi ilə məyyən olunmuş dəbbə pulunun azaldaraq 40 manat müyyən olunmasını ədalətli həll hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəmədə mülki işin baxılması üçün cəmiyyət tərəfindən 30 manat dövlət rüsumu banka ödənilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, 15.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72655 olan Samsung Galaxy S10 markalı telefon üçün 1560 manat ödənilməmiş hissə,45 manat dəbbə pulu,23.06.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 1512 manat ödənilməmiş hissə 40 manat dəbbə pulu,cəmi 3157 manat borcun və 30 manat dövlət rüsumu Cavabdeh ABC Telekom” MMC-nin xeyrinə tutulmalı qalan hissədə iddia rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 15.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72655 olan Samsung Galaxy S10 markalı telefon üçün 1560 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu, 23.06.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 1512 manat ödənilməmiş hissə 40 manat dəbbə pulu, cəmi 3157 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh ABC Telekom” MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3753/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3753/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver