Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3756/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış 29.08.2019-cu il, 13.11.2019-cu il və 19.01.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdehə İMEİ kodu **********22059 olan “Samsung Galaxy A10” markalı telefon, İMEİ kodu **********59671 olan “Samsung Galaxy A20s” markalı telefon, İMEİ kodu **********07091 olan “Samsung Galaxy A20s” markalı telefon almış və nəticədə 909 manat borc yaranmışdır. Cavabdeh 29.08.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 384 manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********22059 olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 105 manat olmaqla ondan 96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 9 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh 13.11.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 652 manat (18 ay x 35 manat + 22 manat ilkin ödəniş) olan İMEİ kodu **********59671 olan “Samsung Galaxy A20s” markalı telefon üçün ümumilikdə 423 manat olmaqla ondan 385 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 38 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh 19.01.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 533,2 manat (18 ay x 26,9 manat + 49 manat ilkin ödəniş) olan İMEİ kodu **********07091 olan “Samsung Galaxy A20s” markalı telefon üçün ümumilikdə 381 manat olmaqla ondan 346,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 34,8 manat cərimə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 742 manat təşkil edir. Qeyd olunanlara əsasən, 29.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********22059 olan “Samsung Galaxy A10” markalı telefon üçün 96 manat ödənilməmiş hissə, 9 manat cərimə, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59671 olan“Samsung Galaxy A20s” markalı telefon üçün 385 manat ödənilməmiş hissə, 38 manat cərimə, 19.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********07091 olan “Samsung Galaxy A20s” markalı telefon üçün 346,2 manat ödənilməmiş hissə, 34,8 manat cərimə, ümumilikdə 909 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.08.2019-cu il tarixli 00875442 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********22059 olan “Samsung Galaxy A10” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 29.08.2019-cu il tarixli 00875442 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 11-dən gec olmayaraq 12 ay müddətinə 32 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 19.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 29.08.2019-cu il tarixli 00875442 nömrəli kredit müqavilə üzrə 96 manat ödənilməmiş hissə, 9 manat cərimə, cəmi 105 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.11.2019-cu il tarixli 01047866 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********59671 olan “Samsung Galaxy A20s” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 13.11.2019-cu il tarixli 01047866 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 20-dən gec olmayaraq 18 ay müddətinə 35 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 19.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 13.11.2019-cu il tarixli 01047866 nömrəli kredit müqavilə üzrə 385 manat ödənilməmiş hissə, 38 manat cərimə, cəmi 423 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.01.2020-ci il tarixli 20046598 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********59671 olan “Samsung Galaxy A20s” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 19.01.2020-ci il tarixli 20046598 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 01-dən gec olmayaraq 18 ay müddətinə 26,9 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 19.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 19.01.2020-ci il tarixli 20046598 nömrəli kredit müqavilə üzrə 346,2 manat ödənilməmiş hissə, 34,8 manat cərimə, cəmi 381 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş 18.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 20.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 29.08.2019-cu il tarixli 00875442 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kod **********22059 olan“Samsung Galaxy A10” markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 29.08.2019-cu il tarixli 00875442 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 11-dən gec olmayaraq 12 ay müddətinə 32 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 13.11.2019-cu il tarixli 01047866 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********59671 olan “Samsung Galaxy A20s” markalı telefon verilmiş, Cavabdeh müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 13.11.2019-cu il tarixli 01047866 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 20-dən gec olmayaraq 18 ay müddətinə 35 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 19.01.2020-ci il tarixli 20046598 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsinə görə, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********07091 olan “Samsung Galaxy A20s” markalı telefon verilmiş, Cavabdeh müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 19.01.2020-ci il tarixli 20046598 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 01-dən gec olmayaraq 18 ay müddətinə 26,9 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 29.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********22059 olan “Samsung Galaxy A10” markalı telefon üçün 96 manat ödənilməmiş hissə, 9 manat cərimə, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59671 olan “Samsung Galaxy A20s” markalı telefon üçün 385 manat ödənilməmiş hissə, 38 manat cərimə, 19.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********07091 olan “Samsung Galaxy A20s” markalı telefon üçün 346,2 manat ödənilməmiş hissə, 34,8 manat cərimə, ümumilikdə 909 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 939 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3756/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3756/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver