Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3758/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 05 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən, «Samsung» markalı LED TV və «Panasonic» markalı səsucaldan almış və nəticədə 214 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1970,4 manat (12 ay x 154,2 manat + 120 manat ilkin ödəniş) «Samsung» markalı LED TV və «Panasonic» markalı səsucaldan üçün ümumilikdə, 214 manat olmaqla ondan, 195 manat ödənilməmiş hissə, 19 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1775,4 manat təşkil edir. Buna görə də, 05 yanvar 2020-ci il tarixli müqavilə üzrə «Samsung» markalı LED TV və «Panasonic» markalı səsucaldan üçün 195 (yüz doxsan beş) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə olmaqla, ümumilikdə 214 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra etirazla məhkəməyə müraciət etdiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(007)- 3758/2021 saylı qərardadına əsasən, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, izahat verərək göstərdi ki, Cavabdeh MMC ilə 05 yanvar 2020-ci il tarixdə müqavilə bağlamış, aylıq ödənişi 154,2 manat olmuşdur. Cavabdehin ümumilikdə kredit üzrə öhdəliyi 1970,4 manat olsa da, cəmi 1775,4 manat ödəniş etmiş, qalan ödənişini isə icra etməmişdir. Belə ki, 2020-ci ilin aprel ayında ona güzəşt olunduğu üçün ödənişin edilməməsi nəzərə alınmamışdır. Təqdim etdiyi çıxarışdan da göründüyü kimi, cavabdeh müvafiq aylarda ödənişlərini hər ayın 5-i ödəməli olduğu halda, günləri ötürdüyü üçün ona dəbbə pulu hesablanmış, aylıq icra etdiyi ödənişlərdən müqavilədə nəzərdə tutulmuş qaydada gecikdirilmiş günlərin sayına uyğun olaraq dəbbə pulu tutulmuşdur. Cavabdehin ödədiyi pulun müəyyən hissəsi ilk öncə cərimə məbləğinə, qalan hissəsi isə əsas borca hesablanmışdır. Cavabdeh ödənişlərini vaxtlı-vaxtında icra etməmişdir, hətta təqdim etdiyi çıxarışla da müəyyən olunur ki, elə aylar olmuşdur ki, gecikdirilmiş günlərin sayı 29, 58, 87, 60 gün təşkil etmişdir, hansı ki, cavabdehin özü də ödənişin gecikdirildiyi təqdirdə əlavə dəbbə hesablanması barədə müqavilə ilə üzərinə öhdəlik götürmüşdür. Bundan əlavə, cavabdeh ödənişlərini vaxtında icra etmiş olsaydı, ödənişlərini 10.03.2021-ci il tarixdə deyil, 05.01.2021-ci il tarixdə başa çatdırardı, hansı ki, 05.01.2020-ci il tarixli müqavilə 12 ay müddətinə bağlanmışdır. Buna görə də, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, izahat verərək göstərmişdir ki, o, qeyd edilən borc məbləği ilə razı deyil. Çünki, o, ödənişlərini vaxtlı-vaxtında ödəmişdir və bu barədə sənəd təqdim edir, həmçinin qeyd edir ki, pandemiya dövründə aprel ayı üçün güzəşt edilmiş, həmin ay ödəniş etməmişdir, avqust ayında da karantin vəziyyəti ilə əlaqədar evdən çıxa bilmədiyi üçün ödəniş etməmişdir. İddiaçı onun hər ay etdiyi ödənişlərin müəyyən hissəsini cərimə kimi silmişdir, lakin o, ümumilikdə müqavilədə onun öhdəliyi nəzərdə tutulan 1970,4 manat borcu ödəmişdir. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2020-ci il tarixli 20013623 nömrəli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 120 manat ilkin ödənişlə, aylıq ödəniş 154,2 manat olmaqla, 12 ay müddətinə, 1970,4 manat dəyərində olan «Samsung» markalı LED TV və «Panasonic» markalı səsucaldan almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 05 yanvar 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh həmin tarixli kredit müqaviləsi üzrə əşyaları "xxxx" MMC-dən təhvil almışdır; -"xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 08 iyul 2021-ci il tarixli bildirişdən və ona əlavə edilmiş poçt qaiməsindən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; -12 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən X4 vasitəsi ilə, ********* nömrəli qəbzlə 20,0 manat dövlət rüsumu ödənilmişdir; -"xxxx" MMC-nin 10 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 yanvar 2020-ci il tarixli 20013623 nömrəli müqavilə üzrə cəmi 214 manat ödənilməmiş borcu vardır; -"xxxx" MMC-nin nümayəndəsinin təqdim etdiyi 01 noyabr 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 yanvar 2020-ci il tarixli müqavilə üzrə ödədiyi məbləğlər aşağıdakı kimi olmuşdur: (05.01.2020-ci il tarixdə 120 manat, 09.02.2020-ci il tarixdə 155 manat, 09.03.2020-ci il tarixdə 155 manat, aprel ayında ödəniş edilməmiş və gecikmə günü hesablanmamış, 14.05.2020-ci il tarixdə 155 manat, 11.06.2020-ci il tarixdə 152 manat, 10.07.2020-ci il tarixdə 150 manat, 12.07.2020-ci il tarixdə 4 manat, avqust ayında ödəniş edilməmişdir, 11.09.2020-ci il tarixdə 134,21 manat (gecikmə günlərinin sayı 29 gün), 12.10.2020-ci il tarixdə 129,64 manat (gecikmə günlərinin sayı 60 gün), 10.11.2020-ci il tarixdə 127,83 manat (gecikmə günlərinin sayı 58 gün), 12.12.2020-ci il tarixdə 123,2 manat (gecikmə günlərinin sayı 60 gün), 10.01.2021-ci il tarixdə 123,2 manat (gecikmə günlərinin sayı 58 gün), 11.02.2021-ci il tarixdə 123,2 manat (gecikmə günlərinin sayı 60 gün), 10.03.2021-ci il tarixdə 123,2 manat (gecikmə günlərinin sayı 87 gün). Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 120 manat ilkin ödənişlə, aylıq ödənişi 154,2 manat olmaqla, 12 ay müddətinə, 1970,4 manat dəyərində olan «Samsung» markalı LED TV və «Panasonic» markalı səsucaldan almışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyanı "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 05 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçı "xxxx" MMC-dən əşyalar almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh ondan iddiaçının xeyrinə borcun tutulması barədə iddia ərizəsinə etiraz versə də, etirazının əsasını təşkil edən sübutlarını təqdim etməmişdir, onun irəli sürdüyü dəlilin isə əsası yoxdur, belə ki, iş materiallarında olan ödəniş cədvəlinə nəzər yetirdikdə də müəyyən olunur ki, cavabdeh 05.01.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərini lazımı qaydada vaxtlı-vaxtında yerinə yetirməmişdir. Cavabdehin hər ay 155 manat olmaqla ödəniş etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan sübutlardan da görünür ki, cavabdeh ödəniş günü hər ayın 5-i olmasına və ödəniş gecikdirildiyi təqdirdə əlavə dəbbə pulu hesablanacağı ona məlum olduğu halda, demək olar ki, 11 sentyabr 2020-ci il tarixdən etibarən mütəmadi olaraq ödənişi gecikdirmiş və dəbbə pulu hesablanmış, etdiyi aylıq ödənişdən dəbbə pulu qismində tutulmalar aparılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin göstərdiklərinin əsası yoxdur, iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 05 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 195 manat əsas borc və 19 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 214 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 195 manat əsas borc və 19 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 214 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3758/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3758/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver