Məhkəmə qərarları › İş №2(007)-3764/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3764/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3764/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Lenovo notebook, İMEİ kodu **********49243 olan «Samsung Galaxy A10» markalı telefon, Mouse Logitech üçün 390 manat əsas borcun, 39 manat cərimənin, 21 iyun 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********56367 olan «X1 8» markalı telefon üçün 671 manat əsas borcun, 67 manat cərimənin, ümumilikdə isə 1126 manat borc, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 17 noyabr 2019-cu il və 21 iyun 2020-ci il tarixli müqaviləsinə əsasən, Lenovo notebook, İMEİ kodu **********49243 olan «Samsung Galaxy A10» markalı telefon, Mouse Logitech, İMEİ kodu **********56367 olan «X1 8» markalı telefon almış və nəticədə 1167 manat borc yaranmışdır. Cavabdeh 17 noyabr 2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1285 manat (yəni 12 ay x 107 manat + 1 manat ilkin ödəniş), Lenovo notebook, İMEİ kodu **********49243 olan «Samsung Galaxy A10» markalı telefon, Mouse Logitech üçün ümumilikdə 429 manat olmaqla ondan 390 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 21 iyun 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 683,4 manat (yəni 24 ay x 28 manat + 11,4 manat ilkin ödəniş), İMEİ kodu **********56367 olan «X1 8» markalı telefon üçün ümumilikdə 738 manat olmaqla ondan 671 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 67 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 907,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gıinünə hesablanmış 1%-i həcmində “Müştəri’' mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2019-cu il tarixli, 01056391 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1285 manat olan, Lenovo notebook, İMEİ kodu **********49243 olan «Samsung Galaxy A10» markalı telefon, Mouse Logitech satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2020-ci il tarixli, 20366441 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 683,4 manat olan İMEİ kodu **********56367 olan «X1 8» markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 13 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 390 manat, cərimə borcu üzrə 39 manat olmaqla, ümumilikdə 429 manat borcu vardır. Cavabdeh 21 iyun 2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 671 manat, cərimə borcu üzrə 67 manat olmaqla, ümumilikdə 738 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 1167 manat borcu vardır. İşə əlavə olunmuş 16 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 17 noyabr 2019-cu il tarixli və 21 iyun 2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 390 manat əsas borc, 39 manat cərimə borcu və 21 iyun 2020-ci il tarixli müqavilə üzrə 671 manat əsas borc, 67 manat cərimə borcu olmaqla, ümumilikdə 1167 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar