Məhkəmə qərarları › İş №2(007)-380/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-380/2022

06.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-380/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyaya qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyaya qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 01.08.2003-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Fətullayev Mirsaleh Ceyhun oğlunun psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üyün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu Fətullayev Mirsaleh Ceyhun oğlu 01.08.2003-cü ildə Bakı şəhərində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Oğlu kvadroplegik spastik serebral iflici diaqnozundan əziyyət çəkir. Uşağa 1-ci qrup əlillik verilmişdir. Danışa və yeriyə bilmir, otura bilmir, yataq xəstəsidir. Daimi müalicə alır. Lakın heç bir irəliləyiş yoxdur. Oğlu həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Fəaliyyət qabiliyyətsizdir və kənar şəxsin müayinə və qulluğuna daimi ehtiyacı vardır. O, özü-özünü idarə etmək iqtidarına malik deyil. Ona gora də, oğlu 01.08.2003-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Fətullayev Mirsaleh Ceyhun oğlu faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsmə zərurət vardır. Hesab edir ki, oğlu 01.08.2003-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Fətullayev Mirsaleh Ceyhun oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın nümayəndəsi X2 verdiyi izahatında ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Fətullayev Mirsaleh Ceyhun oğlu 01 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 4 ünvanında qeydiyyatdadır; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur; - 01 noyabr 2021-ci il tarixli, 1231 saylı 121 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi və onun Fətullayev Mirsaleh Ceyhun oğlu ünvan 4 ünvanında qeydiyyatdadırlar; - AZ-İ seriyalı, 018072 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Fətullayev Mirsaleh Ceyhun oğlu 01 avqust 2003-cü il tarixdə doğulmuşdur, atası Fətullayev Ceyhun Nurəddin oğlu, anası Ərizəçi qeyd edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında müayinəyə olunan şəxs barəsində məlumatından görünür ki, 01.08.2003-cü il təvəllüdlü Fətullayev Mirsaleh Ceyhun oğlunun sağlamlıq imkanları məhduddur. Ona qoyulan dianoz aşağıdakı kimidir: Hidrosefaliya-cərrahi əməliyyatdan sonrakı vəziyyət. Kvadroplegik spastik serehral iflic; - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 01.11.2021-ci il tarixli məlumatından görünür ki, 01.08.2003-cü il təvəllüdlü Fətullayev Mirsaleh Ceyhun oğlu birinci dərəcəli müddətsiz əlildir. Əmək qabiliyyətsizdir. Ona qoyulan diaqnoz aşağıdakı kimidir: TSEKə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz G91.1 Obstruktiv hidrusefdliya, Daimi olaraq kənar şəxsin yardımına ehtiyacı var. Ağırlaşma Z98.2 Serebrospinal maye drenaj qurğusunun olması, Hidrosefaliyaya görə şuntlama, serebrospinal maye drenaj qurğusunun qoyulması cərrahi əməliyyatından sonrakı vəziyyət. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17 fevral 2022-ci il tarixli, 405 saylı rəyindən görünür ki, 01 avqust 2003-cü il təvəllüdlü Fətullayev Mirsaleh Ceyhun oğlunda keçirilmiş serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik müəyyən edilir. Fətullayev Mirsaleh Ceyhun oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də Fətullayev Mirsaleh Ceyhun oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Fətullayev Mirsaleh Ceyhun oğlu onda müəyyən edilən keçirilmiş serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışda iştirakına yol verilmir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 01 avqust 2003-cü il tarixdə doğulmuş oğlu Fətullayev Mirsaleh Ceyhun oğlu “keçirilmiş serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik” diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən Fətullayev Mirsaleh Ceyhun oğlunun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə 17 fevral 2022-ci il tarixli, 405 saylı rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan Fətullayev Mirsaleh Ceyhun oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, Fətullayev Mirsaleh Ceyhun oğlunun öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 01 avqust 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Fətullayev Mirsaleh Ceyhun oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə Fətullayev Mirsaleh Ceyhun oğlunun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 avqust 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Fətullayev Mirsaleh Ceyhun oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Fətullayev Mirsaleh Ceyhun oğlunun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar