Məhkəmə qərarları › İş №2(007)-3806/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3806/2021

09.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3806/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X2 Qurbanovun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ddia tələbi onunla əsaslandırdı ki, hazırda yaşadığı Bakı şəhəri Nizami rayonu R.Rüstəmm küçəsi ev 68, 43 saylı mənzil onun xüsusi mülkiyyətindədir. 1996-ci il tarixdən hal-hazıra kimi ailə üzvləri ilə birlikdə bu mənzildə yaşayır. Övladlarından biri tələbə digəri isə 1998-ci il təvəllüdlü oğlu X3 İİ qrup əlildir. Xüsusi ilə qeyd edir ki, cavabdehin nümayəndələri 2016-cı ildə bina sakinlərinin su sayğacını dəyişdirdilər. Belə ki, mənzilinin su sayğacı dəyişdirilərkən köhnə sayğacın üzərində olan borc məbləği ilə cavabdehin nümayəndəsi ilə aralarında mübahisə yarandı. Nəticədə mənzilində quraşdırılan smart tipli su sayğacının kartı onlara verilmədi. Məcburiyyət qarşısında qalaraq qonşulardan su alaraq istifadə etdilər. Hazırda abonent kodu üzrə (**********430) mənzilinə qanunsuz olaraq 665 manat borc yazılıb. Ailədə heç kim işləmir. Sosial iqtisadi vəziyyəti həddindən artıq ağırdır, övladının dərman ləvazimatları həddindən artıq bahadır. Onun dərman ləvazimatlarını ala bilmir. Həmin dövrdə suyun hər kub m. baha deyildi. Ödəmək imkanı var idi. Lakin cavabdeh tərəfindən həddindən artıq şişirdilmiş məbləğ yazılıb. Cərimə əsassız yazıldığı üçün məcbiriyyət qarşısında qalaraq bu cərimənin silinməsi ilə əlaqədar məhkəməyə müraciət elmək qərarına gəldim. Yuxarıda göstərdiyi faktlara istinad edərək hesab edirki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı, qanunsuz yazılan pul məbləği silinməlidir. Onu da qeyd edir ki, bu günədək mənzilinə dair çıxarışı cavabehin təqsiri ucbatından ala bilməyib. Qeyd olunanlara əsasən Cavabdeh ASC tərəfindən abonent kodu (**********430) olan Bakı şəhəri Nizami rayonu R.Rüstəmm küçəsindəki 68 saylı evin 43 saylı saylı mənzilinə əsassız hesablanmış pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Qeydiyyat vəsiqəsinin suratindən görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmm küçəsindəki 68 saylı evin 43 saylı saylı mənzil 26.04.2006-cı il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı həmin mənzildə qeydiyyatdadır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1911/2021 saylı 18.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, Kazımova Naibə Kərim qaızının Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamənin məzmunundan görünür ki,mübahisə məhz Bakı şəhəri Nizami rayonu R.Rüstəmm küçəsindəki 68 saylı evin 43 saylı saylı mənzili üzrə sudan istifadəyə görə yaranmış 665 manat borcla əlaqədar olmuşdur. Məhkəmə iddianı rədd edərkən göstərmişdir ki, “İş materiallarında olan Nizami rayon SKİ-nin mühəndisləri Xansultanov Yasin və İsmayılov Elvin tərəfindən tərtib edilən 04 Mart 2021-ci il tarixli 061498 nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmm küçəsindəki 68 saylı evin 43 saylı saylı mənzilə su təchizatı sisteminə baxış keçirilmiş və araşdırma zamanı müəyyən olunmuşdur ki abonent İddiaçı həmin ünvanda olan süzgəcin yerindən ötürücü vasitəsi ilə öz mənzilinə qoşub qeyri-qanuni sudan istifadə edir.İş materiallarında olan Cavabdeh ASC-nin qanunsuz istifadəyə nəzarət barədə 04 mart 2021-ci il tarixli ,06 avqust 2020-ci il tarixli,19 iyul 2020-ci il tarixli,08 yanvar 2020-ci il tarixli,03 may 2018-ci il tarixli,25 yanvar 2017-ci il tarixli və 05 aprel 2018-ci il tarixli aktlardan görünür ki,Bakı şəhəri Nizami rayonu R.Rüstəmm küçəsindəki 68 saylı evin 43 saylı saylı mənzil, qanunsuz qoşulma halları aşkar edilmişdir” Bu cür faktlar qətnamədə sadalanan Nizami rayon SKİ-nin aktları ilə də təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,mübahisə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan və həmin qətnamədə iddiaçıya hesablanmış məbləğin su təchizatına qanunsuz qoşulma səbəbindən yaranması sübuta yetirildiyindən hazırkı iddia tələbi təmin oluna bilməz. Həmin iddia hazırkı iddiaçının həyat yoldaşı tərəfindən verildiyindən işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən,rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar