Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3825/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 iştirakları ilə, İddiaçı cavabdeh ünvan 5t ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18, X19 və X15 cəlb edilməklə “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirası qəbul etmək hüququna verilmiş xitamın ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ünvan 5t ofisinə qarşı mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirası qəbul etmək hüququna verilmiş xitamın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3nun vərəsəliyini qəbul etməyi üçün qanunla müəyyən edilmiş mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpasına və mirası qəbul etmək hüququna verilmiş xitamın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X3 X1 ilə rəsmi olaraq ailə həyatı qurmuş, həmin nikahdan 5 övladları dünyaya gəlmişdir (X15, X23, X18, X19, İddiaçı). O və qardaşları anası və atası ilə birgə ünvan 1 ünvanında yaşamışdırlar. Həmin ev onun atası və anası zavodda işlədikləri üçün onlara verilmişdir. 24.12.1974-cü il tarixində onlar ailəvi olaraq həmin evə köçmüşdürlər. Sonra atasının həmin evə mülkiyyət hüququ tanınmışdır. X3 25.10.2004-cü il tarixində rəhmətə getmişdir. X1 29.11.2018-ci il tarixində rəhmətə getmişdir. X3 rəhmətə gedəndən sonra həmin ünvan 2 ünvanındakı mənzili anasının adına keçirmək istəmişlər, lakin böyük X4 evin bütün sənədlərini və atasına aid bütün sənədləri özündə saxlayaraq həmin evi anasının adına keçirməyə imkan verməmişdir. Böyük X4 bu uzun illər ərzində daim onlara vərəsəlik açdırmağa mane olmuşdur. Bundan sonra X1 ünvan 3 ünvanında ev alaraq böyük X4na bağışladı ki, qardaşı atasından miras qalan evi anasının adına keçirməyə mane olmasın. Lakin X4 yenə də öz bədbin əməlindən əl çəkmədi, bütün sənədləri özündə saxlayaraq atasından miras qalan evin anasının adına keçirilməsinə imkan vermədi. Halbuki böyük X4nun özü şəxsən ona başqa yerdə ev alınacağı təqdirdə atasından miras qalan evin anasının adına keçirilməsinə etiraz etməyəcəyini bildirmişdir. Onun qardaşlarından biri X23 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüşdür, ona şəhid statusu verilib. Digər qardaşları X18 və X19 atasından miras qalan evin anasının adına keçirilməsinə heç bir etiraz etmirdilər. Hal-hazırda anası da rəhmətə getdiyi üçün X17 atasından miras qalan ünvan 2 ünvanındakı mənzili ələ keçirib, sənədləri özündə saxlayıb və onun vərəsəlik hüququndan istifadə etməsinə imkan vermir. Ramazanov Çingiz iddiaçının vərəsəlik hüququndan istifadə etməməyi üçün dəfələrlə onu öldürəcəyi ilə hədələyib. Bu səbəbdən də İddiaçı mirasın qəbulu üçün vaxtında müraciət edə bilməmişdir. X4 ruhi əsəb xəstəsidir. Bu xəstəliklə bağlı Bakı şəhəri Ruhi-Əsəb Disponserində müalicələr də almışdır və həmin dispanserdə qeydiyyatdadır. X10 iddiaçıya qarşı etdiyi həqə-qorxulardan çəkinərək atasına və evə aid olan sənədləri onlara vermədiyinə görə mirasın qəbulu üçün vaxtında notariusa müraciət edə bilməmişdir. İddiaçı bunu üzrlü səbəb kimi saymağı məhkəmədən xahiş edir. Hazırda o hesab edir ki, onun da həmin evdə miras payı var. Bunun üçün 15 saylı Notariat Ofisinə müraciət etmiş, lakin onlar imtina etmişlər. Orada İddiaçı bildirdilər ki, mirasın qəbulu üçün müəyyən edilmiş müddəti keçirdiyi üçün mirası qəbul etmək hüququna xitam verilmişdir. Həmçinin bildirilmişdir ki, 25.04.2004-cü ildə atasının ölümündən sonra vərəsəlik işi açılmış, miras qəbul etmiş vərəsələrin payı müəyyən edilmişdir. Hesab edir ki, həmin evdə onun da payı olduğu üçün mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa olmalıdır və mirası qəbul etmək hüququna qoyulmuş xitam ləğv olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X17 ona təzyiq edərək dəfələrlə onu mirasa görə ölümcül şəkildə döyüb. Digər qardaşı onu bu şəkildə görərək 24-cü Polis Bölməsinə aparıb, ancaq iddiaçı qardaşı olduğu üçün onun haqqında ərizə yazmamış, bu barədə polisə müraciət etməmişdir. Dəfələrlə bu evin anasının adına keçməsi üçün yığışmışlar, lakin Çingiz hər dəfə imzalamaqdan imtina etmişdir. Daha sonra digər qardaşı ilə şəhadətnamə üçün müraciət edəndə öyrəndilər ki, Çingiz vərəsəlik şəhadətnaməsini çıxarmışdır. Çingiz də miras əmlakdan 1/3 hissədə payı gec almış, müddəti ötürmüş, ancaq ona pay notarius tərəfindən verilmişdir. İddiaçının doğum şəhadətnaməsi də, evin sənədi də ondadır. Həmçinin, o, vərəsəliklə bağlı müraciət etdiyini, notariusdan ona müddəti ötürdüyünü dediklərini, ancaq məhkəmə yolu ilə həll edilə biləcəyini, müddəti ötürməyinin Çingizə görə olduğunu, ona imkan vermədiyini, təzyiq etdiyini, bu vaxta kimi iddiaçı doğum şəhadətnaməsi ilə bağlı müraciət emədiyini, evi olduğu üçün atasıgildən ev istəməyə ehtiyacı olmadığını, ancaq 2019-cu ilin noyabrında boşandıqdan sonra qalmağa yeri olmadığını, yoldaşının qaldığı yerdə qeydiyyatda olduğunu qeyd etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X18 iddiaya etiraz etmədiyini, evdə hər gün dava-dalaş olduğunu, Ayda bir dəfə, həftədə bir dəfə, 10 gündə bir dəfə dava-dalaş baş verdiyini, vərəsəliklə bağlı müraciət etmədiyini, anası rəhmətə gedəndən sonra vərəsəliklə bağlı notariusa getdiklərini, ancaq Çingizin qol çəkmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh ünvan 5t ofisi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər, X19 və X15 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sənədlər bunlarda olmuşdur. Onun burda payının nə qədər olduğunu soruşanda onlar yazmadıqları üçün qol çəkməmişdir. Notarius da bildirmişdir ki, əgər yazmırlarsa, onda qol çəkməsin. Bütün bunlar atası rəhmətə gedəndən sonra olmuşdur. Mətanətin bildirdiklərinin hamısı yalan böhtandır, X15 onu döyməyib. Əlavə olaraq qeyd etdi ki, o, atası rəhmətə gedəndən sonra evdən ona pay verməklə bağlı müraciət etməyib. Onun evə 1/3 hissə payı müəyyən olunub. O, ruhi xəstə olmadığını, ona şər atdıqlarını, iddiaçının qalmağına maneə yaratmadığını, ancaq vərəsəliyinə etiraz etdiyini, onun boşanmağının da yalan olduğunu, əgər boşanıbsa, oradan da ev istəyə biləcəyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 086221 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 25 oktyabr 2004-cü il tarixdə ölmüşdür. - AZ-İ 952484 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 29 noyabr 2018-ci il tarixdə ölmüşdür. - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 24.02.2020-ci il tarixli Arayışdan görünür ki, X9 ünvan 2 ünvanındakı mənzil üzərində tam payçı kimi 07.07.1994-cü il tarixdə qeydiyyata düşmüşdür. - 26.02.2020-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 25 oktyabr 2004cü il tarixdə ölmüş X6 vərəsəsi oğlu X13r və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən 84.8 kv/m olan 4 otaqlı mənzildən ibarətdir. - ünvan 5t ofisinin 12 iyun 2021-ci il tarixli məktubundan görünür ki, 25 oktyabr 2004cü ildə X6 ölümü ilə vərəsəlik işi açılmış, miras qəbul etmiş vərəsələrin payı müəyyən edilmişdir. İddiaçı mirasın qəbulu üçün müəyyən edilmiş müddəti keçirdiyi üçün mirası qəbul etmək hüququna xitam verilmişdir. - 121 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 27.08.2021-ci il tarixli, 1092 nömrəli arayışından görünür ki, X8 və onun ailə üzvləri X15, X24, X20, X19, X2, Ramazanlı zəhra Nazim qızı Bakı şəhəri, Nizami Rayonu, B.Nuriyev küçəsi, bina 67, 38 saylı mənzildə vəfat etdiyi günədək birgə qeydiyyatda olmuşdur. - Ruhi-əsəb Xəstəlikləri dispanserinin 13.06.2006-cı il tarixli, 4026(2525/92) nömrəli məktubundan görünür ki, X15 1992-ci ildən RƏXD-nin qeydiyyatındadır. Diaqnozu şizofreniyayabənzər psixozdur. - X8 tərəfindən ünvan 5t Kontoruna verilən 16.01.2008-ci il tarixli ərizədən görünür ki,miras əmlaklarda ondan başqa digər vərəsələr X15, X18, X14r. - İddiaçı tərəfindən ünvan 5t Kontoruna verilən 13.11.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı 25 oktyabr 2004-cü il tarixdə vəfat etmiş X3ndan qalmış miras əmlakı faktiki qəbul etməmiş, qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etməmiş və gələcəkdə qəbul etmək niyyətində deyildir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayonu, B.Nuriyev küçəsi, bina 67, 38 saylı mənzil onun atası və anası zavodda işlədikləri üçün onlara verilmişdir. 24.12.1974-cü il tarixində onlar ailəvi olaraq həmin evə köçmüşdülər. Sonra atasının həmin evə mülkiyyət hüququ tanınmışdır. X3 25.10.2004-cü il tarixində rəhmətə getmişdir. X1 29.11.2018-ci il tarixində rəhmətə getmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürmüş, hazırda həmin müddətin bərpası tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mübahisənin müəyyən olunmuş hallarına qiymət verməklə məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul edə bilərdi. Lakin, mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin hərəkətlərin qanunla müəyyən olunmuş müddət ərzində iddiaçı tərəfindən edildiyi təsdiq edilmir. Hətta o, notariat kontoruna 13.11.2019-cu il tarixli ərizə verərək X3ndan qalmış miras əmlakı faktiki qəbul etməməsini, qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etməməsini və gələcəkdə qəbul etmək niyyətində olmamasına dair iradəsini ifadə etmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı öz iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında X4nun iddiaçıya qarşı etdiyi hədə-qorxulardan çəkinərək atasına və evə aid olan sənədləri onlara vermədiyinə görə mirasın qəbulu üçün vaxtında notariusa müraciət edə bilmədiyini, bu səbəbdən müddəti üzrlü səbəbdən buraxdığını, həmçinin evi olduğu üçün atasıgildən ev istəməyə ehtiyacı olmadığını, ancaq 2019-cu ilin noyabrında boşandıqdan sonra qalmağa yeri olmadığını, bunun üçün də məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, İddiaçı göstərdiyi səbəblər mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması üçün üzrlü səbəblər hesab edilə bilməz. Bununla yanaşı, X4nun ona miras əmlakdan pay almaq üçün maneələr yaratdığını, icazə vermədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh ünvan 5t ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18, X19 və X15 cəlb edilməklə mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirası qəbul etmək hüququna verilmiş xitamın ləğv olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ünvan 5t ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18, X19 və X15 cəlb edilməklə “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirası qəbul etmək hüququna verilmiş xitamın ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3825/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3825/2021
30.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver