Məhkəmə qərarları › İş №2(007)-3879/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3879/2025

13.11.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3879/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi Məmmədli (Spirina) Aleksandra Vladimirovna ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməsinə və vəkil xidmətinə görə ödənilmiş 320 (üç yüz iyirmi) manatın və dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz), cəmi 420 (dörd yüz iyirmi) manatın Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)- 641/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ərizəçi Məmmədli (Spirina) Aleksandra Vladimirovna ilə Maraqlı şəxs arasında 5 saylı Bakı “ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsində xx.xx.2018-cı il tarixdə 944 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. Həmin qətnamənin birinci səhifəsinin sonuncu abzasında qeyd edilib ki, iş materiallarından görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdə uşağın anasının yanında saxlanılmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 170 manat alimentin Məmmədi (Spirina) Aleksandra Vladimirovnanın xeyrinə ödənilməsi barədə saziş bağlamaqla razılaşmışlar. Nikah pozularkən tərəflər ödənilməli olan alimentin miqdarı barədə razılığa gəlsələr də, cavabdeh həmin sazişlə üzərinə götürdüyü öhdəliyini qismən yerinə yetirmiş, bir neçə ayın pulunu ödəmiş, qalan ayların ödənişini başqa borcları olması ilə əlaqələndirərək ödəmək imkanında olmadığını bildirir. Həmin səbəbdən də ərizəçi həmin barışıq sazişinin məcburi icrası üçün onun məhkəmədə təsdiq edilməsini istəyir. Maraqlı şəxs öhdəliyini lazımi qaydada yerinə yetrimədiyi səbəbindən barışıq sazişinin məcburi, icrası üçün saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizənin dəlillərini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, o, işləyəndə tam ödəniş etmişdir. Hələ biraz artıq da ödəmişdir. İndi isə işləmir deyə, alimenti ¼ hissədə yox, 1/5 hissədə tutulmasını xahiş edir ki, yığılan borcu da ödəyə bilsin. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanmışdır və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 2.1) Tərəflər aralarında bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 mart 2018-ci il tarixdə 944 nömrə ilə qcvdə alınmış nikahın pozulmasına razılaşırlar və buna görə Birinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq; 2.2) Tərəflər razılaşırlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çalmayan xx.xx.2019-cu il təvəllüdlü X3 anası Ərizəçinm yanında qalsın; 2.3) Tərəflər razılaşırlar ki, Maraqlı şəxs övladı yetkinlik yaşma çatmayan X1 üçün Ərizəçinm xeyrinə hər ay sabit məbləğdə i/5 (yüz yetmiş beş) manat aliment ödəsin; 2.4) Tərəflər razılaşırlar ki, Maraqlı şəxs övladı X4 ilə heç bir vaxt və gün məhdudiyyəti olmadan işlədiyi zaman görüşməklə ünsiyyət saxlasın; 2.5) Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 2.6) Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla. Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillrrini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər; 2.7) Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və yə notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir; 2.8) Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də nolarisun icra qeydinə əsasən həyata keçirilə bilər; 2.9) Tərəflər razılığa gəlirlər ki, onların Tcç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və va münasibətə vol verməvəcəkdir. Hazırda ərizəçi xx.xx.2021-ci il tarixli, 2021-002564 saylı barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixində, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə təmin edildiyindən həmin məbləğ maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Lakin məhkəmə vəkilə ödənilən pulun maraqlı şəxsdən tutulması ilə bağlı qeyd edir ki, ərizəçi tərəfindən həmin ödənişn həyata keçirilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin məbləğ maraqlı şəxsdən tutula bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (Saziş üzrə Birinci Tərəf) ilə Maraqlı şəxs (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2021-ci il tarixli, 2021-002564 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “2.3.Tərəflər razılaşırlar ki, Maraqlı şəxs övladı yetkinlik yaşına çatmayan X1 üçün Ərizəçi xeyrinə hər ay sabit məbləğdə 175 (yüz yetmiş beş) manat aliment ödəsin.” Qətnamə dərhal icra edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar