Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-389/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür. Cavabdeh “Rahatlığın Məkanı" MMC ilə onun arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən o, ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 22 kv.m yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə tikilməkdə olan 2 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı, 45.5 kv.m yaşayış sahəsi olan mənzili, onun istəyinə əsasən ödəniş şərtilə həmin mənzilin sahəsinə əlavə olaraq 17.5 kv.m. yəni cəmi 63 kv.m yaşayış sahəsi olan 54 nömrəli mənzili orta təmirli vəziyyətdə istifadəsinə vermək barədə öhdəlik götürüb. Əlavə kvadrat sahəsinə görə ödəniş 22000 manat nəzərdə tutulub. Müqavilənin 2.3 bəndində əsasən mənzil tikintisi başa çatdıqdan sonra onun istifadəsinə verilməli idi. Hazırda müqavilədə nəzərdə tutulan yaşayış binası tam tikilib sakinlərin istifadəsinə verilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini icra etməkdən imtina edir. Belə ki, cavabdeh müqavilədə nəzərdə tutulan 22000 manat pulu qəbul etməkdən, müqavilədə nəzərdə tutulan 8-ci mərtəbədəki, 2 otaqlı, 54 nömrəli mənzili təhvil verməkdən, həmçinin kirayə xərci olan 300 manatı ödəməkdən imtina edir.Bununla bağlı cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya məktubu ünvanlayaraq müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 10 gün vaxt verilib. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək məktubuna hər hansı rəsmi cavab verilməyib. Bu səbəbdən də, hazırkı tələblə bağlı məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır.Qeyd etdiyi xx.xx.2017-ci il tarixli müqavilə qüvvədədir və rəsmi qaydada ləğv edilməmişdir.Bundan başqa,ələvə ödənilməli olan 22000 manat pulun hansı tarixdə ödənilməli olması barədə müqavilədə konkret öhdəlik nəzərdə tutulmamışdır.Aralarında yaranan mübahisənin danışıqlar yolu ilə həll olunması üçün həyat yoldaşı ilə birlikdə cavabdehin ofisinə yaxınlaşmışdır.Lakin 54 saylı mənzildə digər şəxslərin olduğu müəyyən olunmuşdur.Eyni zamanda məhkəmə tərəfindən həmin mənzilə baxış keçirilərkən 54 nömrəli mənzildə digər şəxslərin yaşaması bildirilsə də həmin mənzilin satılması və ya kirayəyə verilməsinə dair hər hansı bir sənəd təqdim edilməmiş və baxış zamanı mənzildə heç kim olmadığından mənzilə baxış keçirilməsi mümkün olmamışdır.54 nömrəli mənzilə dair iddiaçının adına olan müqavilən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmədən həmin mənzilin digər şəxsə verilməsi qanunsuzdur.Tələb edilən kirayə haqqının 2019-cu ilin aprel ayından deyil,2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qüvvəyə minənədək ödənilməsi və 54 nömrəli mənzilin boşaldılaraq ona təhvil verilməsinin "xxxx" MMC-yə həvalə edilməsi ilə bağlı iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır.Qeyd olunanlara əsasən"xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 22000 manat pulun ondan qəbul olunması vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, müqavilədə nəzərdə tutulan Bakı şəhəri Nizami rayonu Əlif Hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsində 2 otaqlı,63 kv.m sahəsi olan 54 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsinin"xxxx" MMC-yə həvalə olunması və müqavilədə nəzərdə tutulan aylıq 300 manat kirayə haqqı məbləğinin 2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qüvvəyə minənədək "xxxx" MMC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddian qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçının da, bildirdiyi kimi tərəflər arasında müqavilə bağlanıb, iddiaçı onun üzərinə düşən öhdəliyi yerinə yetirməyib ödəməli olduğu vəsaiti ödəməyib, buna görə də, müqavilə şərtləri pozulduğu üçün müqaviləyə xitam verilib.Belə ki,2019-cu ildə İddiaçılə bağlanmış mənzilin istifadəyə hazır olması ona bildirilmiş və mənzili qəbul etməyə çağırmışlar.Lakin İddiaçı müqavilədə nəzərdə tutulan 22000 manat pulu ödəməkdən imtina etmişdir.Əlavə olaraq bildirmək istəyir ki,İddiaçı 2019-cu il tarixdə Bakı Şəhər Prokurorluğuna və Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə hazırkı mübahisə ilə əlaqədar müraciət etmiş və bununla əlaqədar araşdırmalar aparılmışdır.Lakin şirkətin işində hər hansı bir qüsur aşkar edilməmişdir.Həmin araşdırmalar zamanı da İddiaçı izah olunmuşdur ki,22000 manat pulu ödədikdən sonra mənzili təhvil ala bilər.Lakin yenə də pulu ödəməmişdir. Buna baxmayaraq şirkət iddiaçını evsiz qoymaq fikrində deyil, keçən iclasda baxış keçirilən mənzili ona təklif edirlər,həmin mənzil tərflər arasında bağlanmış ilkin müqavilədə əldə olunan razılaşmada göstərilən tələblərə tam cavab verir.Baxış keçirilən zaman da müəyyən olundu ki,həmin mənzil tam təmirli vəziyyətdədir.Sahəsi 45.5 kv.m-dir. Təmsil etdiyi müəssisə həmin mənzili istənilən an ona təhvil verməyə və sənədləşdirməyə zəmanət verir. xx.xx.2017-ci il tarixdə cavabdehin ödəməli olduğu 22000 manat pul hal-hazırda əvvəlki dəyərini xeyli itirmişdir. İddiaçı vaxtında həmin məbləği ödəmədiyi üçün müqavilə öhdəliklərini pozmuşdur və həmin tarixdən kirayə haqqını tələb etmək hüququnu da itirmişdir.Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan: "xxxx" MMC ilə arasında bağlanmış 25.10. 2014-cü il tarixli müqavilənin məzmunundan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 22 kv.m yaşayış sahəsini "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə tikilməkdə olan binada 13-cü mərtəbədə 1 otaqlı,47.18 kv.m. sahəsi olan 219 nömrəli mənzili orta təmirli vəziyyətdə İddiaçı istifadəsinə vermək barədə öhdəlik götürüb. "xxxx" MMC ilə arasında bağlanmış 02 may 2017-ci il tarixli müqavilənin məzmunundan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 22 kv.m yaşayış sahəsini "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə tikilməkdə olan 2 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı, 45.5 kv.m yaşayış sahəsi olan mənzili, onun istəyinə əsasən ödəniş şərtilə həmin mənzilin sahəsinə əlavə olaraq 17.5 kv.m. yəni cəmi 63 kv.m yaşayış sahəsi olan 54 nömrəli mənzili orta təmirli vəziyyətdə istifadəsinə vermək barədə öhdəlik götürüb. Əlavə kvadrat sahəsinə görə ödəniş 22000 manat nəzərdə tutulub. Bakı Şəhər Prokurorluğundan İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, onun şikayət ərizəsi ilə əlaqədar aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 2019-cu ilin aprel ayında ona verilməsi nəzərdə tutulan mənzildə təmir işləri başa çatsa da, 22000 manat əlavə ödəniş həyata keçirilmədiyindən mənzilin təhvil verilməsindən imtina olunmuşdur. "xxxx" MMC-nin həmtəsisçisi Elnur Mustafayevin, direktor müavini Nümayəndə1 və ofis meneceri Nümayəndə2 imzalarıyla təsdiq olunmuş 31 yanvar 2022-ci il tarixli aktın məzmunundan görünür ki, həmin tarixdə İddiaçı həyat yoldaşı və baldızıyla "xxxx" MMC-nin ofisində olmuş və ona müqavilədə nəzərdə tutulmuş mənzilin 2019-cu ildə hazır olması, müqavilədə nəzərdə tutulan 22000 manat pulu ödəməkdən imtina etdiyinə görə onunla bağlanmış 02 may 2017-ci il tarixli müqaviləyə xitam verilməsi izah olunmuş, Ş.Mirzəyev küçəsi 63C ünvanda tikilən 5 saylı binada 45.5 kv.m mənzil, eyni zamanda Əlif Hacıyev küçəsi 40 ünvanda inşa edilən 2 saylı binada sahəsi 45.5 kv.m olan 91 saylı, tam təmir edilmiş mənzil təklif olundu.X5,onunla gəlmiş həyat yoldaşı və baldızı həmin mənzillərə baxmaqdan imtina etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, Kamillə uzun illərdir ki, tanışdır. Bilir ki, o, qardaşı və ailəsi ilə birlikdə Qara Qarayevdə yerləşən yataqxanada yaşayırdı. Bir gün ona zəng vurub dedi ki,icra hakimiyyətindən gəliblər deyirlər ki, yataqxana söküləcək yerində bina tikiləcək. Kamilə dedi ki, halhazırda rayonda olduğu üçün onun yanına gələ bilməyəcək. Bir müddət sonra Komilin yanına gəldi və Kamil ona şikrətlə onun arasında bağlanan müqaviləni göstərdi və həmin müqaviləyə baxıb dedi ki, hər şey qaydasındadır. Bir müddət sonra evə köçən zaman yenidən ona zəng vurdu dedi gəl gedib evə birlikdə baxaq, onlar gedib evə baxdılar və bəyəndilər. Bündan sonra yenidən rayonda olan zaman Kamil ona zəng vurub dedi ki, ona verilən mənzili dəyişirlər, çünki orada hansısa bir vətəndaş şikayət edir, onu razı salmaq lazımdır, ona razılaşmamağı bildirdi. 2020-ci ildə müqavilə üzrə ödəməli olduğu pulu şirkətə gətirən zaman, orada bir xanım olub və bir hüquqşünas. Kamilin adını vurublar kompyuterə deyiblər ki, heç bir problem yoxdur ödəniş edə bilərsiniz. Bu vaxt Arif çıxmış,onu görüb tanımışdır.Belə ki, oraya başqa bir tanışının işi ilə bağlı qəlirdi.Həmin şəxs soruşdu ki, nə lazımdır, o da Kamilin ödənişini gətirdiklərini bildirdi.O isə dedi ki, tələb olunan müddətdə pul ödənilmədiyi üçün artıq həmin mənzili satmır. Bildirdi ki, katlavandan yeni inşa edilən binadan 63 kv.m. sahəsi olan mənzili Kamilə verməyə hazırdır.Lakin Kamil bununla razılaşmadı. 04 fevral 2022-ci il tarixdə prosesdə iştirak edən tərəflərin iştirakı ilə mübahisəli mənzilə və iddiaçıya təklif olunan digər mənzilə baxış keçirilmişdir.Baxış zamanı Bakı şəhəri Nizami rayonu Əlif Hacıyev küçəsindəki 2 saylı binanın 8-ci mərtəbəsində 2 otaqlı,63 kv.m sahəsi olan 54 saylı mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır.Həmin binadakı sahəsi 45.5 kv.m olan 91 saylı mənzilə baxış keçirilərkən müəyyən olundu ki,mənzil tam təmirli vəziyyətdədir,mənzilin qeyri-yaşayış sahələri(mətbəx,hamam,tualet və s.) mebel və aksesuarlarla təmin olunmuşdur. Həmin mənzil iddiaçıya təklif olundu.Lakin iddiaçı mənzili qəbul etməkdən imtina etdi. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasn: 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6.Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X2 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. İşin hallarından görünür ki,tərəflər arasında 25.10. 2014-cü il tarixldə ilkin müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 22 kv.m yaşayış sahəsini "xxxx" MMC-yə təhvil vermək, "xxxx" MMC isə tikilməkdə olan binada 13-cü mərtəbədə 1 otaqlı,47.18 kv.m. sahəsi olan 219 nömrəli mənzili orta təmirli vəziyyətdə İddiaçı istifadəsinə vermək barədə öhdəlik götürüb. Lakin 2017-ci ildə mənzil istifadəyə hazır olduğu zaman İddiaçı daha geniş bir mənzil istədiyini bildirmiş və əlavə yaşayış sahəsi üçün ödəniş etməyə hazır olduğunu bildirmişdir. "xxxx" MMC onunla razılaşmış və tərəflər arasında yeni,xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır.Həmin müqaviləyə əsasən "xxxx" MMC tikilməkdə olan 2 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı, 45.5 kv.m yaşayış sahəsinin əvəzinə, onun istəyinə əsasən ödəniş şərtilə həmin binada 63 kv.m yaşayış sahəsi olan 54 nömrəli mənzili orta təmirli vəziyyətdə İddiaçı istifadəsinə vermək barədə öhdəlik götürüb. Əlavə kvadrat sahəsinə görə ödəniş 22000 manat nəzərdə tutulub. Lakin məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olundu ki, 54 nömrəli mənzildə 2019-cu ilin aprel ayında təmir işləri başa çatmış,İddiaçı bu barədə məlumat verilmiş və mənzili təhvil almaq üçün 22000 manat əlavə ödəniş ondan tələb edilmişdir.Buna baxmayaraq İddiaçı pulu ödəməkdən imtina etmişdir. Hal-hazırda iddiaçı 22000 manat pulun ondan təhvil alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, sonuncu müqavilədə “onun istəyinə əsasən ödəniş şərtilə”sözləri iddiaçıya pulu ödəməkdən imtina hüququ vermir və həmin sözlərə istinad edərək təqribən 2 il ərzində 22000 manat əlavə ödənişi həyata keçirməməklə iddiaçı özü artıq onunla bağlanmış müqavilənin şərtlərini pozmuşdur.Belə ki,2019-cu ilin aprel ayında mənzilin tam hazır olması,22000 manat ödəməklə mənzili təhvil alınmasının İddiaçı təklif olunması mübahisə doğurmur. Cavabdeh iddiaçının hazırda təklif etdiyi 22000 manatı qəbul etməməsini onunla əsaslandırır ki,həmin məbləğ vaxtında ödənmədiyi üçün öz dəyərini itirmişdir və bu səbəbdən mübahisəli mənzil iddiaçıya veriləcəyi təqdirdə ona zərər dəyəcək. Göründüyü kimi,İddiaçı 02 may 2017-ci il tarixli müqavilənin şərtlərinə əməl etmədiyi üçün(2019-cu il tarixdə mənzil ona hazır vəziyyətdə təklif olunarkən 22000 manatlıq ələvə ödənişdən imtina etdiyi üçün) "xxxx" MMC haqlı olaraq müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Bundan başqa,hal-hazırda "xxxx" MMC İddiaçı Məhərrəm oğluna istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 22 kv.m yaşayış sahəsinin əvəzinə 2 saylı binada tam təmirli, yaşayış sahəsi iki dəfədən artıq olan 45.5 kv.m bir otaqlı mənzil təklif edir. Bu ona dəlalət edir ki, "xxxx" MMC İddiaçı Məhərrəm oğlunun hüquqlarını məhdudlaşdırmamış və ona ziyan vurmamışdır. Məhkəmə İddiaçı Məhərrəm oğlunun istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 22 kv.m yaşayış sahəsinin əvəzinə 2 saylı binada tam təmirli, yaşayış sahəsi iki dəfədən artıq olan 45.5 kv.m bir otaqlı mənzili qəbul etməməsini və 2 il müddətində əlavə ödəniş etmədən 63 kv.m.yaşayış sahəsini icrarla tələb etməməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir. 300 manat kirayə haqqı məbləğinin 2020-ci ilin yanvar ayından yekun məhkəmə aktı qüvvəyə minənədək "xxxx" MMC-dən onun xeyrinə tutulmasına dair iddia tələbinə qiymət verərkən məhkəmə hesab edir ki,tərəflər arasında bağlanmış müqaviləyə iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən xitam verildiyindən bu hissədə də iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki,iddia əsassız olduğundan təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-389/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-389/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver