Məhkəmə qərarları › İş №2(007)-390/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-390/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-390/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı və ya MMC) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış WDM001087 saylı, 25.06.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə nisyə satılmış mala görə yaranmış 3590 AZN (üç min beş yüz doxsan) qalıq borc və iddianın qaldırılması üçün ödənilmiş 56,30 AZN, ümumilikdə 3646,30 AZN (üç min altı yüz qırx altı manat otuz qəpik) məbləğindəki pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (müqavilə üzrə satıcı) ilə cavabdeh (müqavilə üzrə alıcı) arasında WDM001087 saylı, 25.06.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında alıcıya satıcı tərəfindən müqavilədə qeyd olunan “mallar” satılmışdır. Alıcı isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirtməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilədən irəli gələn pul tələbini MMC alqı-satqı zamanı “Ferrum Kapital" QSC-yə güzəşt etmişdir. “Ferrum Kapital" QSC ilə MMC arasında imzalanmış faktoring müqaviləsi və ona əlavə olunan sazişə əsasən MMC-nin (satıcı) Cavabdeh (alıcı) qarşı 3750 (üç min yeddi yüz əlli) AZN məbləğdə pul tələbinin "xxxx" QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim olunmuşdur. Belə ki, alıcı tərəfindən ödənişin faktoring müqaviləsinə əsasən (surəti qoşmada əlavə olunur) “Ferrum Kapital" QSC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin müqavilə üzrə pul öhdəliyinin icrası cavabdeh tərəfindən icra olunmadığına görə, yəni nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh satıcı qarşısında götürdüyü öhdəliyi 60 gün müddətinə icra etmədiyi üçün həmin öhdəlik faktoring müqaviləsinə əsasən MMC-yə yönəldilmişdir (MMC ilə “Ferrum Kapital" QSC arasında imzalanmış faktoring müqaviləsi və ona aid ödəniş sənədləri qoşmada əlavə olunur.) Belə ki, satıcı ilə alıcı arasında bağlanmış WDM001087 saylı, 25.06.2020-ci tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn 3750 (üç min yeddi yüz əlli) AZN məbləğindən bu günə qədər cavabdeh 160 AZN ödənişi olmuş və 3590 (üç min beş yüz doxsan) AZN məbləğində borcu qalmaqdadır. Qalıq borc 3590 AZN MMC tərəfindən "xxxx" QSC-nin hesabına ödənilmişdir. Cavabdeh ilə MMC arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin 2.4.4-cü bəndinə əsasən (alıcı ödəmələrin həyata keçirilməsini gecikdirərsə, hər gecikdirilən gün üçün gecikdirilmiş ödəmənin 0,5 %-i əlavə ödəniş həyata keçiriləcəkdir.) Bu bəndə əsasən, cavabdehin ödənilməmiş borc məbləği 3590 AZN, gecikdirilən günlər üçün müqavilədə dəbbə pulu nəzərdə tutulsa da hesablanmamış, cavabdehin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 3590 (üç min beş yüz doxsan) AZN təşkil edir. Tərəflərindən dəfələrlə cavabdehə ödənişin həyata keçirilməsi üçün müraciət olunsa da, bu nəticəsiz qalmış, cavabdeh ödənişləri həyata keçirtməkdən qərəzli şəkildə imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış WDM001087 saylı, 25.06.2020-ci il tarixli Nisyə Alğı-Satqı Müqaviləsindən görünür ki, cavabdeh iddiaçı MMC-dən müqaviləyə əlavə edilmiş Əlavə 1-də qeyd edilən dəyəri 3750 manat olan 1 ədəd “X1”ni ilkin ödənişsiz aylıq 156,25 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə almışdır. - 25.06.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, cavabdeh alğı-satqı predmeti olan 1 ədəd “X1”ni təhvil almışdır. - "xxxx" QSC-nin 25.02.2022-ci il tarixli hesabdan çıxarışından görünür ki, cavabdeh WDM001087 saylı müqavilə üzrə 15.08.2020-ci il tarixdə 160 manat ödəniş etmişdir. - Faktor "xxxx" QSC ilə müştəri MMC arasında bağlanmış 30.10.2019-cu il tarixli R- 237/19 № li faktorinq müqaviləsindən görünür ki, faktor borclu barəsində müştərinin borcluya malların satılmasında irəli gələn pul tələbininin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. - MMC ilə "xxxx" QSC arasında bağlanmış R-237/19 № li, 30.10.2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olunan 18.11.2020-ci il tarixli R-237/**-RG-***8 №-li Sazişdən görünür ki, müqaviləyə əlavə edilmiş cədvəldə ödənilməmiş 11267,4672 manat borc pul müştəri (iddiaçı) tərəfindən faktora ("xxxx" QSC-yə) ödənilmişdir. Həmin cədvəldə cavabdehlə bağlanmış WDM001087 saylı, 25.06.2020-ci il tarixli müqaviləyə əsasən 3590 manat pulun iddiaçı MMC tərəfindən "xxxx" QSC-yə ödənilməsi müəyyən edilmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 27.10.2021-ci il tarixdə 56,63 manat dövlət rüsumu ödənilmiş və 0,40 qəpik xidmət haqqı tutulmuşdur. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış WDM001087 saylı, 25.06.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçı MMC-dən müqaviləyə əlavə edilmiş Əlavə 1-də qeyd edilən dəyəri 3750 manat olan “X1”ni ilkin ödənişsiz aylıq 156,25 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə almış, tələb hüququ iddiaçı MMC tərəfindən "xxxx" QSC-yə güzəşt edilmişdir. Cavabdeh aldığı məhsulun dəyərini ödəməmiş, iddiaçı MMC ilə "xxxx" QSC arasında R-237/19 № li faktorinq müqaviləsinə əsasən isə həmin malın dəyəri iddiaçı tərəfindən "xxxx" QSC-yə ödənilmişdir. Hazırda iddiaçı QSC-yə ödədiyi satılmış malın dəyəri olan 3590 manat pulun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Belə ki, iddiaçı MMC bağlanmış müqaviləyə əsasən öhdəliyini yerinə yetirərək müqavilə predmeti olan malı cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh öhdəlikləri yerinə yetirməyərək aldığı malın dəyərini ödəməmişdir. MM-in: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh WDM001087 saylı, 25.06.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən, iddiaçının "xxxx" QSC ilə bağlıdığı faktorinq müqaviləsinə əsasən həmin malın dəyərini QSC-yə ödəmişdir. Ona görə də, onun həmin pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 56,63 (əlli altı manat altmış üç qəpik) manat dövlət rüsumu ödənilmiş və 0,40 (qırx qəpik) xidmət haqqı tutulmuşdur. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş və tələb edilən dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, WDM001087 saylı, 25.06.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 3590 manat borc və iddia qaldırılması üçün ödənilmiş 56,30 manat dövlət rüsumu, ümumilikdə 3646,30 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. WDM001087 saylı, 25.06.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 3590 manat borc və iddia qaldırılması üçün ödənilmiş 56,30 manat dövlət rüsumu, ümumilikdə 3646,30 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar