Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3939/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi cəlb edilməklə “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi cəlb edilməklə “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla birinci tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixdə Qəbələ 1 saylı mediasiya təşkilatında bağlanmış MŞQ/T035-2025-026 saylı barışıq sazişinin 1-ci, 2-ci bəndlərinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən ümumi birgə pay hüququ ilə xüsusi mülkiyyətlərində olan 1.2497 ha torpaq sahəsinin razılaşmaya uyğun ölçü və cizgilərdə olmaqla 0.9 ha hissəsini Ərizəçi sahiblik, istifadə və sərəncamına verməyi və bölgü sxemi hazır olduqda alqı-satqı edərək mülkiyyətinə keçirməyi öz öhdələrinə götürür. Hazırda sifarişi verilmiş 0.9 ha torpaq sahəsinin bölgü sxemi bu sazişə və ikinci tərəfin istəyinə uyğun olaraq razılaşdırılmış ölçü və hissədən veriləcək. Birinci tərəf kimi çıxış eədn Maraqlı şəxs6 sazişin və alqı-satqının predmeti olacaq torpaq sahəsinə dair öz razılığını verməyi öhdəsinə götürür və gələcəkdə həmin hissəyə dair hər hansı bir iddia və ya tələbi olmayacağını öhdəsinə götürür. Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, X1 və Maraqlı şəxs6 sazişin predmetində olan nəqliyyat vasitəsini sahiblik və istifadəsinə qəbul etdiyi gündən sonra yaranacaq texniki nasazlıq, amartizasiya hallarına görə ikinci tərəfdən heç bir tələbi olmayacağını öz öhdələrinə götürürlər. İkinci tərəf kimi çıxış edən Ərizəçi ona məxsus və X2 mülkiyyətində olan 77MN569 dövlə. qeydiyyat nişanlı, Mercedes Benz E200 CDİ Minik markalı, buraxılış ili 2010, qara rəngli və WDD2120051A296777 ban nömrəli nəqliyyat vasitəsini Maraqlı şəxs3 mülkiyyətinə keçirməsinə heç bir etiraz etmir və həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair sərəncam verən etibarnamə verilməsini təmin etməyi öz öhdəsinə götürür. İkinci tərəf kimi çıxış edən Ərizəçi torpaq sahəsinin ümumi dəyərindən qalıq pul olan 9000 manatı ən geci xx.xx.2025-ci ilədək ödəməyi, həmin məbləği mübahisələndirməyəcəyini və alqı-satqıdan imtina etməyəcəyini, alqı-satqı üçün tələb olunan bütün xərcləri (dövlət rüsumu və s.) tam formada ödəməyi öz öhdəsinə götürür. Lakin sazişin bağlanmasının və tərəfindən götürülən öhdəliklərin tam yetirilməsinin üzərindən neçə vaxt keçməsini və maraqlı şəxslərdən dəfələrlə alqı-satqıya getməyi tələb etməyinə baxmayaraq sazişin icrasından yayınaraq alqı-satqıya getməkdən imtina etmişdir. Bu səbəbdən maraqlı şəxslərin öz öhdəliyini yerinə yetirmədiyindən həmin sazişin təsdiq edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, tərəfindən ona məxsus olan, lakin formal olaraq yaxınının adına sənədləşdirilmiş 77MN569 dövlət qeydiyyat nişanlı, Mercedes Benz E200 CDİ Minik markalı, buraxılış ili-2010, qara rəngli və WDD2120051A296777 Ban nömrəli nəqliyyat vasitəsini Maraqlı şəxs3 adına sənədləşdirmək üçün sazişin bağlandığı gündən bir gün sonra etibarnamə verilməsini təmin etməyinə, həmin etibarnamə ilə qeyd edilən avtomobilin neçə müddətdir ki, satılmasına 9000 manatı ən geci xx.xx.2025-ci ilədək ödəməli olduğu halda vaxtından əvvəl ödəməyinə baxmayaraq hələ də maraqlı şəxslər öz öhdəliklərini yerinə yetirməmişdir. Ərizəsinə əlavə etdiyi qəbzlərdən də göründüyü kimi tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, maraqlı şəxslər yalnız razılaşdığı bölgü planını alaraq ona təqdim etmiş, lakin alqı-satqıdan imtina etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış maraqlı şəxslər məhkəmə iclasında iştirak etmir, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli, MŞQ/MT035-2025-026 barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 arasında xx.xx.2025-ci il tarixində, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, ərizəçi isə tələb etmədiyindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir.. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 (Saziş üzrə Birinci Tərəf) ilə Ərizəçi (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞQ/MT035-2025-026 barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən ümumi birgə pay hüququ ilə xüsusi mülkiyyətlərində olan 1.2497 ha torpaq sahəsiinn razılaşaya uyğun ölçü və cizgilərdə olmaqla 0.09 ha (doqquz sot) hissəsini Ərizəçi sahiblik, istifadə və sərəncamına verməyi və bölgü sxemi hazır olduqda alqı-satqı edərək mülkiyyətinə keçirməyi öz öhdələrinə götürür. Hazırda sifarişi edilmiş 0.09 ha (doqquz sot) torpaq sahəsinin bölgü sxemi bu sazişə və ikinci tərəfin istəyinə uyğun olaraq razılaşdırılmış ölçü və hissədən veriləcək.
2. Birinci tərəf kimi çıxış edən Maraqlı şəxs6 sazişin alqı-satqının predmeti olacaq sahəsinə dair öz razılığını verməyi öhdəsinə götürür, və gələcəkdə həmin hissəyə dair hər hansı bir iddia və ya tələbi olmayacağını öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov