Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-394/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 66 saylı binanın 14-cü mənzilində müvafiq icazə sənədi olmadan pencərə oyuğunun genişləndirilərək küçəyə açılmış qapının cavabdehin öz vəsaiti hesabına əvvəlki vəziyyətində bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 66 ünvanında yerləşən yaşayış binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla, Birliyin 120 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Göstərilən binanın 1-ci mərtəbəsində yerləşən 14 saylı mənzildə yaşayan Cavabdeh müvafiq icazə sənədi olmadan yaşayış sahəsini qeyriyaşayış sahəsinə keçirmək məqsədilə qanunsuz olaraq apardığı yenidən planlaşdırma işləri nəticəsində yaşadığı mənzilin pəncərə oyuğunu söküb genişləndirərək küçəyə qapı açmışdır. Belə ki, 120 saylı MKİS-nin nümayəndələri tərəfindən ünvana yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh heç bir icazə sənədi olmadan yaşadığı mənzilin pəncərə oyuğunu genişləndirərək küçəyə qapı açmaqla qanunsuz tikinti işləri aparmış və ona qanunsuz hərəkətləri davam etdirməməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh qısa müddət ərzində öz şəxsi vəsaiti hesabına apardığı tikinti işlərinin öz vəsaiti hesabına əvvəlki vəziyyətə bərpa olunması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, bundan imtina etmişdir. Vətəndaş Cavabdeh yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Rayon İcra Hakimiyyəti, Şəhərsalma İdarəsi və sair instansiyalardan rəsmi razılıq olduqdan sonra qapının açılmasına, mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsinə icazə veriləcəyi onun nəzərinə çatdırılmışdır. Nəzərə çatdırır ki, Cavabdeh heç bir icazə sənədi olmadan yaşadığı mənzilin pəncərə oyuğunu genişləndirərək küçəyə qapı açmaqla qanunsuz tikinti işləri aparmış və ona qanunsuz hərəkətləri davam etdirməməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh qısa müddət ərzində öz şəxsi vəsaiti hesabına apardığı tikinti işlərinin öz vəsaiti hesabına əvəllki vəziyyətə bərpa olunması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, bundan imtina etmişdir. Odur ki, Cavabdeh tərəfindən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 66 saylı binanın 14-cü mənzilində müvafiq icazə sənədi olmadan pəncərə oyuğunun genişləndirilərək küçəyə açılmış qapının cavabdehin öz vəsaiti hesabına əvvəlki vəziyyətində bərpa edilməsi barədə qətnamə çıxarılmalıdır.
Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :
3. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək, məhkəmədən iddia tələbi əsassız olduğu ücün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qanunsuz tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsassızdır və bu səbəbdən iddia rədd edilməlidir. Hal-hazırda Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 66 ünvanında yerləşən binada açılmış qapının binanın istinad divarlarının davamlığına təsir etmir, heç bir ziyan dəyməmişdir. Bu halların müəyyən etmək ücün iş üzrə məhkəmə tikinti-texniki ekspertizanını keçirilməsi zərurəti yaranmışdır.
İş materialları :
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir.
6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Komunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 120 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Cavabdeh ünvanlandırdığı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh Qara Qarayev 66 mənzil 14-də qeyri-qanuni açdığı qapının dərhal yerinə bərpa olunması xahiş və ya tələb edilmiş, əks təqdirdə Cavabdeh barəsində inzibati qaydada tədbir görüləcəyi bildirilmişdir.
7. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Komunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 120 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aktda 120 saylı MİKS-in xidməti ərazisində yerləşən Qara Qarayev 66 saylı binanın 14-cü mənzilində, yəni 2-ci blokun sol tərəfində qeyri-müəyyən olaraq qapı açıldığı, mənzilin Cavabdeh mənsub olunduğu, mənzilin ümumi sahəsinin 43,90 m2 olduğu, mənzilin beş mərtəbənin birinci mərtəbəsində yerləşdiyi qeyd edilmişdir.
8. İş materiallarına 3 ədəd fotoşəkil əlavə edilmişdir.
9. İş materiallarına xx.xx.2001-ci il tarixli akt əlavə edilmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/618 nömrəli məktubundan görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisləri cəlb edilməklə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 29 yanvar 2024-cü il tarixli vəsatət göndərildiyi, məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi 29 mart 2024-cü il tarixinə təyin edildiyi, lakin tərəflər və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisləri məhkəmə binasına gəlmədiyi, bu səbəbdən də, tədqiqat obyektinin ünvanın müəyyən edilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqatın aparılmasının mümkün olmaması səbəbinə görə 2(007)-394/2024 saylı iş üzrə xx.xx.2023cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır.
11. İş materiallarına ünvan 2 ünvanında yerləşən mənzilin texniki pasportunun surəti əlavə edilmişdir.
12. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
16. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.
18. Belə ki, “işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər.
19. İşin faktiki hallarından görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan mübahisəli mənzilin pəncərə oyuğu sökülərək küçəyə qapı açılmaqla qanunsuz tikinti işləri aparılmışdır.
20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 10.2-10.4-ci bəndlərinə müvafiq olaraq ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
21. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanuna əsasən müəyyən istisnalar nəzərə alınmaqla “Şəhərsalma və Tikinti Məcəlləsi” 2013-cü ilin yanvarın ayının 1-dən qüvvəyə minmişdir.
22. Həmin Qanunla “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilmiş, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüququ aktların Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlaması, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız 16-18-ci fəsillərində nəzərdə tutulmuş müddəaların şamil olunması qərara alınmışdır.
23. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-cü maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 97.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyəta keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir.
24. Azərbaycan Respublikası “Şəhərsalma Və Tikinti Məcəlləsi”-nin 95.2-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir.
25. İstinmad edilən qanunvericilik aktları ilə dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyəta keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur.
Nəticə :
26. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq qeyd edir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.
27. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 manat məbləğində dövlət rüsumu (Ödəyici: "xxxx" ASC VÖEN: **********; GPP qəbz nömrəsi: **********; büdcə səviyyə kodu:142213; tarix: xx.xx.2023; saat:14:32) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (Ödəyici: "xxxx" ASC VÖEN: **********; GPP qəbz nömrəsi: **********; büdcə səviyyə kodu:142213; tarix: xx.xx.2023; saat:14:32) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet” vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva