Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-396/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 48 saylı evin 28 saylı mənzilinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı Aktın ləğv edilməsi və əsassız hesablanmış 1555 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli aktla hesablanmış 1555 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 48 saylı evin 28 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzilə dair bütün kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən mənzilə təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtlı-vaxtında ödəmişdir. Onun xəbəri olmadan cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 48, mənzil 28 yerləşən mənzilə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixdə ******* saylı Akt tərtib edilmişdir. Nəticədə isə onun 1555 manat borcu yaranmışdır. Cavabdeh təşkilatı tərəfindən tərtib edilmiş həmin akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Bir daha bildirir ki, onun tərəfindən qaz sayğacına müdaxilə olunmamış, habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, şifahi qaydada ona bildirmişlər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı "Azəriqaz" İB-yə qarşı iddiasını qəbul etmirlər və hesab edirlər ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının yaşadığı ünvanda olan qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı aşkar olunmuşdur. Bu barədə istehlakçının iştirakı ilə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2023-cü il tarixli Akt tərtib olunmuş və sayğac əvəz olunaraq dövlət yoxlamasına göndərilmiş, yoxlamanın rəyinə əsasən də sayğaca müdaxilə edildiyi öz təsdiqini tapmışdır. Bundan sonra isə xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin 1555,20 manat məbləğində dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, sayğac əvvəllər smart tipli idi. Sonradan özləri gəlib mexaniki sayğac quraşdırdılar. O, sayğacın dəyişdirilməsi üçün müraicət etməmişdir. Sayğac dəyişiləndə evdə olmayıblar. Onların iştirakı olmadan dəyişmişlər. Sayğac blokda yerləşir, istənilən şəxs müdaxilə edə bilər. Ona görə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 etiraz ərizəsində göstərdiklərini müdafiə edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Sayğac xx.xx.2023-cü il tarixdə dəyişdirilib. xx.xx.2023-cü il tarixdə isə müdaxilə olma barədə akt yazıblar. Cəriməni 90 gün hesablayıblar. Sayğacın mühafizəsi Cavabdeh İB-nin üzərinə düşür. Sayğac pilləkan qəfəsində yerləşir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 29 aprel 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 48 saylı evin 28 saylı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşənin üzərinə vurulan zavod plastmas plomblardan birinin alt hissədəki üzəri deşici alətlə deşilib. - xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 48 saylı evin 28 saylı mənzilinə quraşdırılmış qaz sayğacının alt zavod plombunda deşik aşkarlandı. - Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********70-05101-093025 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 48 saylı evin 28 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 20 aprel 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - Dəymiş ziyanın bərpasına dair 30 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli 14-2-/3-5-4244-1 nömrəli aktına əsasən G-4 markalı **********6 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşənin üzərinə vurulan zavod plastmas plomblardan birinin alt hissədəki üzəri deşici alətlə deşilib. Qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 6x24x90=12960 m3 - Qaz sayğacının yoxlanması barədə 25 aprel 2023-cü il tarixli, MSK-14-2-/3-5-4244- 1 nömrəli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşənin üzərinə vurulan zavod plastmas plomblarından birinin alt hissədəki üzəri deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. - Abonentin saldosundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 48 saylı evin 28 saylı mənzilində İddiaçı adlı abonentə 14 oktyabr 2022-ci il tarixdə ZENNER G4T MEXANİKİ markalı, **********9 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00280-dur. - 29 aprel 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 48 saylı evin 28 saylı mənzilinə quraşdırılmış G-4 markalı, **********6 nömrəli Zenner tipli qaz sayğacı xx.xx.2023-cü il tarixdə xətdən çıxarılmış növbəti dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğac yoxlanılmış əhali qaz sayğacının yoxlanması haqqında AKT 14-2-2-/3-5-4244-1 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunan akta əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 48 saylı evin 28 saylı mənzilinə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş ******* saylı Akt tərtib olunaraq 12960 m3 dəymiş ziyan hesablanmışdır. İddiaçı tərtib olunan aktla tanış olmaqdan və imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, 16 aprel 2023-cü il tarixdə iddiaçının iştirakı olmadan Cavabdeh nümayəndələri tərəfindən abonentin sayğacı dəyişdirilmiş və akt tərtib edilərək sayğac labaratoriyaya göndərilmişdir. 25 aprel 2023-cü il tarixli qaz sayğacının yoxlanması barədə akt tərtib olunmuş və İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 48 saylı evin 28 saylı mənzilinə quraşdırılmış qaz sayğacının aparılmış yoxlaması zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşənin üzərinə vurulan zavod plastmas plomblardan birinin alt hissədəki üzəri deşici alətlə deşilməsi müəyyən edilmişdir. İddiaçıya 1555.20 manat borc hesablanmışdır. İddiaçı borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac onun iştirakı olmadan, smart tipli qaz sayğacı mexaniki qaz sayğacına dəyişdirilmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu şüşənin üzərinə vurulan zavod plastmas plomblardan birinin alt hissədəki üzəri deşici alətlə deşilib. Müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Bundan başqa itirilmiş qaz 90 gün müddətinə hesablanaraq (6x24x90=8640 m2) iddiaçıya 1555.20 manat borc yazılmışdır. Halbuki, mexaniki sayğaclara Cavabdeh nümayəndələri tərəfindən hər ay baxış keçirilir və müdaxilə olunması iddiaçı tərəfindən müəyyən olunmuş olsa idi belə cərimə 90 gün yox 30 gün hesablanmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdeh İddiaçı məxsus **********00280 abonent kodu üzrə hesablanmış 1555.20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus **********00280 abonent kodu üzrə hesablanmış 1555 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-396/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-396/2024
21.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver