Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3990/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Əlifağa qızının hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Əlifağa qızı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələbini onunla əsaslandırdı ki, Ərizəçi atası Qazaxıstan Respublikasının vətəndaşı X3 05.01.2019-cu il tarixdə Qazaxıstan Respublikasında özünə aid mülkünün bir hissəsini notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə hüquqlarını müdafiə etdiyi şəxsə vəsiyyət edib. X3 11.07.2021-ci il tarixində vəfat edib. Vəsiyyətnamədə ərizəçinin soyadı Qazaxstan Respublikasında verilən doğum haqqında şəhadətnamədə yazılan kimi, yəni Bekverdiyeva qeyd edilib. Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində və ümumvətəndaş pasportunda soyadı Bəyverdiyeva, ingilis dilində isə Bayverdıyeva kimi yazılıb. Bu səbəbdən, Qazaxıstan Respublikasında hüquqlarıından istifadə etməkdə çətinliklərlə üzləşir. O cümlədən, ərizəçinin atası tərəfindən vəsiyyət edilən mirası öz adına rəsmiləşdirə bilmir. Bununla bağlı Azərbaycan Respublikasının vətəndaşı olaraq hüquqlarının Qazaxısatan Respublikasında müdafiəsini təmin etmək məqsədilə, Azərbaycanda məhkəməyə müraciət elmək məcburiyyətində qalıb.Qeyd olunanlara əsasən Qazaxstan Respublikasında 18 iyun 1988-ci il tarixində verilmiş İ-ЛВ seriyalı,370293 nömrəli doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası DİN tərəfindən 01.05.2017-ci il tarixdə verilmiş C 01615790 nömrəli ümüumvətandaş pasportunun eyni şəxsə, yəni Ərizəçi Əlifağa qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Qazaxstan Respublikasının qeydiyyat orqanı tərəfindən verilmiş İ-ЛВ seriyalı, 370293 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1988-ci il tarixdə Qazaxstan Respublikasının Novıy Uzen şəhərində anadan olmuşdur. X1, anası X7r. Azərbaycan Respublikası DİN tərəfindən 01.05.2017-ci il tarixdə verilmiş C 01615790 nömrəli ümüumvətandaş pasportundan görünür ki, Ərizəçi Əlifağa qızı xx.xx.1988-ci il tarixdə Qazaxstan Respublikasında anadan olmuşdur. X3 tərəfindən 05.01.2019-cu il tarixdə Qazaxıstan Respublikasının Aktau şəhərində verilmiş vəsiyyətnamədən görünür ki,o,özünə aid mülkünün bir hissəsini qızı X2 vəsiyyət edib. 120 saylı MKİS-dən verilmiş 06.09.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Əlifağa qızı Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsindəki 29 saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin nümayəndəsinin izahatı, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də Qazaxstan Respublikasında 18 iyun 1988-ci il tarixində verilmiş İ-ЛВ seriyalı, 370293 nömrəli doğum haqqında şəhadətnamə və Azərbaycan Respublikası DİN tərəfindən 01.05.2017-ci il tarixdə verilmiş C01615790 nömrəli ümüumvətandaş pasportu eyni şəxsə, yəni Ərizəçi Əlifağa qızına məxsusdur. Həmin sənədlərdə ad və soyadların müxtəlif yazılışı ərizəçiyə atasından qalmış marasın qəbulu zamanı maneə yaradır. Məhkəmə hesab edir ki, qeyd olunan faktın hüquqi əhəmiyyəti olduğundan və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Qazaxstan Respublikasının qeydiyyat orqanı tərəfindən verilmiş İ-ЛВ seriyalı,370293 nömrəli doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası DİN tərəfindən 01.05.2017-ci il tarixdə verilmiş C 01615790 nömrəli ümüumvətandaş pasportunun eyni şəxsə, yəni Ərizəçi Əlifağa qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Qazaxstan Respublikasının qeydiyyat orqanı tərəfindən verilmiş İ-ЛВ seriyalı,370293 nömrəli doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası DİN tərəfindən 01.05.2017-ci il tarixdə verilmiş C01615790 nömrəli ümüumvətandaş pasportunun eyni şəxsə, yəni Ərizəçi Əlifağa qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3990/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3990/2021
30.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver