Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-40/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 nümayəndəsi X5, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin Cavabdeh2 (Piri) qızına və Cavabdeh1 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilməklə “torpağın geri qaytarılması, tikilinin sökülməsi” barədə ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 (Piri) qızının İddiaçı MMC-yə qarşı “tikinti və torpaq sahəsinə görə pul kompensasiyasının verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 (Piri) qızına və Cavabdeh1 qarşı “torpağın geri qaytarılması, tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 29.12.2014-cü il tarixli və 16.01.2017-ci il tarixli 664 və 11 saylı sərəncamları ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə 2018-ci ildə Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə Yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidən Cavabdeh2 (Piri) qızı və Cavabdeh1 məxsus qanunsuz tikilinin sökülərək zəbt olunmuş təxminən 2 sot ərazinin boşaldılıb, abadlaşdırma və tikinti işləri aparılmasından ötrü İddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 29.12.2014-cü il tarixli, 646 nömrəli yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında sərəncamına əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı H.Abutalıbov "xxxx" MMC-nin 08.08.2014-cü il tarixli, 05 saylı müraciəti və Mənzil Kamunal Təsərüffat Departamentinin 24.12.2014-cü il tarixli, 1055 saylı razılıq məktubunu nəzərə alaraq, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə mövcud tikililərin sökülərək, yerində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MMCyə icazə vermişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 29.12.2014-cü il və 16.01.2017ci il tarixli 646, 11 saylı sərəncamı ilə, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "Yusifoğlu-İnşaat” MMC-yə 2018-ci il tarixdə, 18/46 nömrəli Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə Yaşayış binalarının tikintisi üçün (dəqiqləşdirilmiş Ayrıc Aktı) verilmişdir. Hazırda qeyd olunan torpaq sahəsinin bir hissəsi cavabdeh X12 və Cavabdeh1 tərəfindən zəbt edilmiş, orada təxminən 40 kv.metrdən ibarət tikili tikilmişdir. Nəticədə verilmiş Sərəncam və Ayrıc Aktına əsasən həmin ərazidə abadlaşdırma və tikinti işləri aparmağına həmin tikili maneçilik törədir. Dəfələrlə cavabdehə xəbərdarlıq etmələrinə baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərinə son qoymur, həmin tikili müqabilində əsassız olaraq onlardan müxtəlif məbləğlərdə reallığa uymayan kompensasiyalar istəyir, ona məxsus torpaq sahəsini həmin tikilini sökərək geri qaytarmır. Səbəb kimi bildirirlər ki, həmin ərazini Nizami rayon Bələdiyyəsindən icarə müqaviləsi əsasında abdlaşdırmaq məqsədi ilə almışdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh2 (Piri) qızı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “tikinti və torpaq sahəsinə görə pul kompensasiyasının verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, cavabdeh İddiaçı MMC-nin qeyri-qanuni hərəkətləri nəticəsində ona və ailə üzvlərinə dəymiş 269500 (iki yüz altmış doqquz min beş yüz) manat miqdarında maddi zərərin və 100000 (bir yüz min) manat miqdarında mənəvi zərərin- ümumilikdə 369500 (üç yüz altmış doqquz min beş yüz) manat miqdarında zərərin ona zərər vuran İddiaçı MMCdən tutularaq verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayon məhkəməsinə təqdim edilmiş iddia ərizəsində iddia tələbi iddiaçının mülki hüquq münasibətlərinin subyekti olmadığına görə iddia tələbi məhkəmə tərəfindən rədd edilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüququ vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlmə əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onunla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi 1990-cı il tarixdə inşa olunmuş, torpaq sahəsi Nizami bələdiyyəsi tərəfindən icarəyə verilmiş, sonradan həmin mənzil və torpaq sahəsi tərəfindən faktiki alqı-satqı olunaraq mənzil üçün yaşayış hüququ tanınmış, torpaq sahəsinə dair icarə haqqı onun tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Mülki Məcəllənin 179.2-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. 1990-cı il tarixdən fərdi mənzil kimi istifadə olunan əmlakın və torpaq sahəsinin sahibi odur. Fərdi yaşayış evi və onun altındakı, ətrafındakı istifadə olunan əmlakın sahibi odur, həmin əmlaklara mülki hüquq münasibətlərinin subyekti o və onun ailə üzvləridir. Hansı əsasa, hansı qanuna əsasən "xxxx" MMC onun əmlakının sökülməsi barədə, torpağın geri qaytarılması barədə iddia qaldıra bilər? "xxxx" MMC-nin iddia tələbi məhkəmə tərəfindən rədd edilməli və "xxxx" MMC tərəfindən ona, əmlakına və həmin ünvanda yaşayan şəxslərə vurulan zərər məhkəmənin qətnaməsinə əsasən ödənilməlidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.12.2014-ci il tarixli, 646 saylı və 16.01.2018-ci il tarixli, 11 saylı sərəncamları o vaxt əsaslı hesab olunur ki, "xxxx" MMC sərəncamlarda qeyd edilənləri-torpaq və əmlakın mülkiyyətçilərinə, istifadəçilərinə, icarəçilərinə sərəncamda qeyd edilən ödənişləri, kompensasiyaları və digər şərtlərlə razılaşsın. Razılaşma olmayan təqdirdə həmin sərəncamların heç bir hüquqi qüvvəsi yoxdur, mülkiyyətçilərə, istifadəçilərə və icarəçilərə vurulan zərərlər ödənilməlidir. Azərbaycan Respublikasında yaşayan vətəndaşların hüquqları, qanuni mənafeləri və azadlıqları Konstitusiya Qanunu ilə qorunur və X1 Əliyev tərəfindən nəzarətdədir. 14.06.2021-ci il tarixdə Nizami rayon Məhkəməsinə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən hesaba alınmır, ərizədə qarşılıqlı iddiaçı yalnız Cavabdeh2 göstərilsə də, bütün sənədlərdə Cavabdeh2 Piri qızı və X3 yazılışı davam edir. Qeyd edilən fərdi yaşayış evini və torpaq sahəsini o, Cavabdeh1 pulunu nağd verməklə almış, sahibi, qarşılıqlı iddiaçı da odur. Yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvandakı ev 1990-cı il tarixdə tikilmiş, evin ətrafındakı ağaclar və yaşıllıqlar, əkilən torpaq sahəsi Bakı şəhəri, Nizami Bələdiyyəsindən icarəyə götürmüşdür, illik icarə haqqını vaxtlı-vaxtında torpağın mülkiyyətçisi Bakı şəhəri, Nizami Bələdiyyəsinin büdcəsinə ödənilir. Qeyd olunan fərdi yaşayış evində pasport qeydiyyatı olmaqla bahəm uzun illərdir ki, qızı X13 və onun ailə üzvləri X19, X17, X18, kürəkəni Əliyev Aslanın anası İsmayılova Əfruzla birlikdə yaşayırlar. Yaşadıqları fərdi yaşayış evinin suyu, elektrik enerjisi və qazı qanuni sənədləşmə əsasında istifadə olunur. Uzun illər yaşayış hüquqlu fərdi yaşayış evinə fasiləsiz və etirazsız sahiblik etmiş, ailə üzvlərilə, əraziyə xidmət edən və ərazini idarə edən icra orqanlarının nümayəndələri və bələdiyyə qulluqçuları ilə hər zaman qarşılıqlı hörmət əsasında, qonşuları ilə hər zaman mehribanlıq şəraitində yaşamışlar. Bakı şəhərində əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, Bakı şəhərinin görkəminin yaxşılaşdırılması məqsədilə köhnə, lüzumsuz evlərin və mənzillərin sahiblərinə müvafiq kompensasiyaların, yaxud istifadə etdikləri mənzil sahəsindən az olmamaq şərtilə yeni mənzillərlə təmin edilməsi, mənzil sahələrinin yenisi ilə əvəz olunaraq mövcud tikililərin Memarlıq və Şəhərsalma qaydalarına əməl olunmaqla tikilməsi haqqında verilmiş olduğu sərəncamı əsasında hüquqi şəxs “Yusifoğlu-lnşaat" MMC-yə bu ərazinin-Babək prospekti 2390-cı məhəllədə mövcud tikililərin sökülərək yerində icarə əsasında yeni yaşayış binalarının tikilməsi haqqında sərəncamı verildikdən sonra qeyd olunan ərazidə vəziyyət 360 dərəcədə dəyişmişdir. Bu sərəncamdan sonra İddiaçı MMC-nin rəhbərliyi elə zənn etdi ki, ya babası, ya da atası bu yaşayış evlərini və evlərin ərazisindəki torpaqiarı ona bağışlayıb. Düşünmür ki, bu evlər və ərazisindəki torpaqların abadlaşdırılaraq şəhərin görkəminin yaxşılaşdırılması, ən əvvəli həmin ərazidə yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması, sakinlərə mümkün olan hallarda əlavə pul kompensasiyalarının verilməsi dövlət proqramının əsasını təşkil edir. İddiaçı MMC bu ərazidə iş görməyə başlayandan onun torpağı, ərazisi deyərək ərazidə yaşayanları bezdirib. Bu torpaq da, bu ərazi də, bu ərazidə yaşayanlar da Azərbaycan Dövlətinin ayrılmaz hissəsidir. Azərbaycan Dövlətinin Prezidenti ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir, Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Bu gün hansısa İddiaçı MMC dövlətə məxsus torpaq sahəsində, vətəndaşa məxsus mülkiyyətdə, istifadədə və ya icarədə olan torpaq sahələrində ayrıc aktı və ayrıc aktı əsasında layihələndirilən binaları inşa edirsə, bu o demək deyil ki, həmin torpaq sahəsi MMC-yə aiddir. Lakin, bu torpaqlar və ərazilər dövlətin və vətəndaşlarındır. Yalnız müvafiq sərəncam əsasında vətəndaşlara müvafiq pul kompensasiyaları ödənilmişsə, vətəndaşlara məxsus mövcud sökülən evlərin və evlərin ətrafındakı torpaq sahələrinin yerində tikilən çoxmənzilli, çoxmərtəbəli binalardakı məzillərin müəyyən hissəsi İddiaçı MMC-yə aiddir. Hüquqi şəxs "xxxx" MMC-nin rəhbərliyi ərazini planlaşdırarkən onlarla ötəri olaraq söhbət edərək bildirdi ki, onlara məxsus mənzilin və əlavə olaraq mənzilin altındakı, ətrafındakı ümumi 251 m2 torpaq sahəsinin əvəzinə təmirli üç otaqlı mənzil verəcəklər. Müəyyən vaxt keçdikdən sonra rəhbərlik yeni təklif verərək bildirdi ki, onlara təmir olunmamış 84 m2 mənzil verəcəyik. Həmin zaman onlar rəhbərliyə bildirdi ki, bu evdə iki ailə yaşayır. Onlara məxsus 113 m2 mənzil sahəsinin əvəzinə heç olmasa, bir iki otaqlı, bir ədəd də bir otaqlı mənzil verilsin, çünki faktiki olaraq fərdi yaşayış evində iki ailə yaşayır. Yaşadıqları mənzilin sahəsinə uyğun olaraq onları mənzillə təmin olunmasını xahiş etmişlər, baxarıq söyləmiş və getmişdir. Həmin söhbətdən sonra MMC-nin nümayəndələri bir dəfə də olsa onlarla söhbət etməmiş, əksinə yaşayışlarını zinhara döndərmişdir. Bir dəfə şirkət müdirinin oğlu gələrək bildirmişdir ki, “Sizə heç nə verməyəcəyik, hara istəyirsinizsə şikayət edin”. Onlar səksəkə içərisində yaşayırlar. Nəvələri evə gəlmək istəmirlər, qorxurlar. Binadan düşən tikinti qalıqları evlərinin üzərində və həyətdədir. Bina tikilən tərəfdən hasarları sökülüb, gediş-gəliş yolları kəsilib, uşaqlar bina tikilən zaman evdə yaşamadılar. Kürəkəninin anası Əfruz İsmayılova qorxudan ürək xəstəliyinə tutulub. Tikilən bina ilə onlara məxsus evlərinin hasarı arasında 2-3 metr məsafə qalıb. Həyətyanı ərazidə əkilən ağacların əksəriyyəti sıradan çıxıb. Sıradan çıxan ağacları yenisi ilə əvəz etmişlər. Hüquqları, azadlıqları və qanuni mənafeləri “Yusifoğlu-İnşaat" MMC tərəfindən pozulub, hara müraciət edirlərsə, işə məhkəmədə baxılır, cavabları verilir. X11 və Sərəncamlarına əməl olunmur, Qanunlara əməl olunmur. Konstitusion hüquqları pozulub, baxan yoxdur ki, iki ildən yuxarı müddət ərzində iddia ərizəsi məhkəmədə olsa da, məhkəmə tərəfindən heç bir əməli tədbir görülməyib. Hara müraciət edilirsə, bildirilir ki, iş məhkəmədədir, onların müdaxiləsi yolverilməzdir. MMC varlıdır, onlar və başqalarının hesabına varlanan MMC rəhbərliyinin istənilən şikayəti yoluna qoymaq imkanı var. “Yusifoğu-İnşaat" MMC qondarma bir iddia ilə Nizami rayon Məhkəməsinə iddia ərizəsi ünvanlayıb. Əslində həmin iddia ərizəsinə məhkəmədə baxılmalı deyildir, qanunsuz və əsassız tələblə tikdikləri binanın inşasını sona yetirdilər. Əslində həmin iddia tələbi rədd edilməli idi, hazırki vaxtadək iddia tələbi rədd edilməmiş qalır. İddiaçı MMC-nin özbaşınalığı nəticəsində fərdi yaşayış evə, icarə əsasında istifadə etdikləri torpaq sahəsinə və evdə yaşayanlara xeyli zərər dəymişdir. Hər şeydən əvvəl qızı Zümrüd Əliyevanın həyat yoldaşı və uşaqları qorxurlar, evə girmək istəmirlər, qayınanası qorxudan ürək xəstəliyinə (infarkt) tutulub. Evdə heç kim yaşamır. Torpaq sahəsi üzərində tikilmiş 113 m2-lik mənzil və ətrafındakı əkilmiş ağaclar gərəksiz əşyaya çevrilib, yalnız mənzilə görə ailələrinə 113x1500=169500 (bir yüz altmış doqquz min beş yüz) manat maddi zərər dəyib. İstifadə etdiyi 251 m2 torpaq sahəsinə və yaşıllığa görə ona 100.000 (bir yüz min) manat maddi zərər dəyib, evi və əkdiyi ağacları mühafizə edən daş hasar MMC tərəfindən dağıdılıb. Fərdi yaşayış evində yaşayanlara dəymiş maddi və mənəvi ziyanı heç nə ilə dəyərləndirmək mümkün deyil. Yalnız kürəkəninin anasının ürək infarktına tutulması, nəvələrinin, qızının psixologiyasının və əsəblərinin pozulması ən azı 100.000 (bir yüz min) manatla ölçülə bilər. Evinə yüksək mərtəbəli ev tərəfindən gediş-gəliş yolu bağlanılıb, evdə sək-səkə içərisində yaşayırlar, tikilən binadan düşən tikinti qalıqlarının və inşaat materiallarının qorxusundan həyətə çıxa bilmirlər, evin dam örtüyü yüxarıdan inşaat materiallarından sıradan çıxıb, bu barədə 102 xidmətinə məlumat verilib. Evlərinin təbii işıqlanması və təbii havalanması yox səviyyəsindədir. Artıq həmin evdə yaşayış qeyri-mümkündür. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X10 məhkəməyə 31.01.2022-ci il tarixdə vəsatət verərək ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması səbəbindən iddia tələbinin heç bir hüquqi və qanuni əsası olmadığından iddiasının geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 04.05.2022-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, "Yusifoğlu-İnşaat” MMC tərəfindən 16.03.2020-ci il tarixdə rayon məhkəməsinə verilən iddia ərizəsində iddiaçı əsassız olaraq onu cavabdeh qismində göstərmişdir. Belə ki, iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 Piri qızı və ona qarşı torpağın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə 16.03.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla bağlı qeyd olunan vaxtdan ona məhkəmə iclaslarında iştirak etmək üçün rayon məhkəməsinə gəlməyi barədə yaşadıqları ünvana bildirişlər göndərilmişdir. Halbuki, iddia ərizəsindəki mübahisənin predmeti olan ünvan 3 ünvanın ona heç bir aidiyyəti yoxdur. Odur ki, İddiaçı MMC-nin iddia ərizəsi əsasında rayon məhkəməsində baxılan işdə onun cavabdeh qismində qeyd olunmasına etiraz edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X14 qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbini qəbul etmədiyini bildirdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın rədd edilməsini xahiş etdi. Həmçinin o bildirdi ki, subyekt yalnız ona məxsus əmlak və ya əşya barədə iddia qaldıra bilər. O subyektin bu əmlaka dair iddia qaldırmağa heç bir əsası yoxdur. Bu ilkin iddianın heç bir əsası olmadığı üçün rədd edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə bildirir ki, bu əmlak Cavabdeh2 məxsusdur, 2014-cü ildə Natavan xanımdan pulla alıbdır və həmin tarixdın həmin evin altındakı torpaq və ətrafındakı yaşıllıqlar Cavabdeh2 məxsusudur. Cavabdeh1 qıznın orda qeydiyyatı yoxdur, iddiaçı tərəfindən səhvən yazılmışdır. Mülki Məcəllənin 179.2-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. Ev 1990-cı ildə tikilmiş, 2014-cü ildə Zərdə xanım tərəfindən alınmışdır. 1990-cı il tarixdən fərdi mənzil kimi istifadə olunan əmlakın və torpaq sahəsinin sahibi və həmin əmlaka mülki hüquq münasibətlərinin subyekti Cavabdeh2 və ailə üzvləridir. Eyni zamanda Mülki Məcəllənin 178-ci maddəsinə əsasən, şəxs əmlaka 30 ildən artıq sahiblik edirsə həmin əmlak əşyanın mülkiyyətçisidir. İddiaçı MMC-nin bura o vaxt hüquqları yaranardı ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının verdiyi 29.12.2014-cü il tarixli, 646 saylı və 16.01.2018-ci il tarixli, 11 saylı sərəncamlarının şərtlərinə əməl olunsun, burada sərəncamın şərtlərinə əməl olunmamışdır. Cənab Prezdetin fərmanı, şəhərin görkəminin yaxşılıaşdırılması, vətəndaşlar üçün köhnə lüzumsuz evlərin sökülülərək yerində yeni evlərin tikilməsinə dair sərəncamı var, həmin sərəncama uyğun olaraq Bakı şəhəri İcra Hakimiyyəti də bu sərəncamı verir və sərəncamda göstərilir ki, orada yaşayan şəxslər, torpaq sahəsinə icarə hüququ və istifadə hüququna, mülkiyyət hüququna mənsub olan şəxslər razılaşdırılmalıdır. Oraya gələn ekspert bildirmişdir ki, bina ilə evin arasında 8 metr, bina ilə hasarın arasında 2-3 metr var. Bunlar şəxslə razılaşmamamış, neçə illərdir vətəndaşı incidir, evin şiferi deşik-deşik olub yuxarıdan atılan daşlara görə, uşaqlar qorxudan həyətə çıxa bilmirlər və həyətə çıxmaq mümkün deyil, həyətdəki yaşıllıqlar məhv edilmişdir. Həmin evdə yaşayan Əfruz xanım qorxudan ürək xəstəliyi tapmışdır. Bunların həmin evə yaşayış hüququ, qeydiyyat hüququ tanınmışdır, bu sakinlərin burda yaşamarı ilə bağlı MİK-dən arayışları var və evin eskiz lahiyyəsi vardır. Bundan başqa məhkəmə çəkişməsi üçün tərəf olmalıdır, lakin burada tərəf məhkəməyə gəlmir, tərəf yoxdur. Burada vətəndaşın haqqı tapdalanır, bu insanlar burada sakit yaşaya bilmirlər. MMC onlara ya ev verməli, ya da yaşayış hüququ olan 113 kv.m tikinti sahəsinə görə mənzilin və onun altındakı, ətrafdakı istifadə etdiyi icarə hüquqlu 251 m2 torpaq sahəsinə görə əlavə olaraq pul kompensasiyasının verilməsi tələb edirlər. Orada MMC sakinləri ilə razılaşdırılmalı idi, orada heç kəslə razılaşdırılmamışdır. MMC əvvəl bir dəfə gəlmiş və bunlara 2 otaqlı təmirsiz 84 kvadrat ev təklif etmişlər, bunlar da kasıb olduğu üçün evi təmir edə bilməyəcəkləri üçün razılaşmamışlar, amma sonra MMC-dən bir 1 otaq, bir də 2 otaqlı ev və ya bir ədəd 3 otaq istəmişlər, çünki orada kürəkənin anası Əfruz xanım da qalır, amma MMC-dən xəbər çıxmamışdır. 113 kvadrat və əlavə 20% və təmirli ev verilsə razıdırlar. Evə 30 ildir, işığa, qaza və suyu pul ödəyirlər. Həmçinin o bildirdi ki, hazırda çoxmərtəbəli yaşayış binası tikilərək başa çatdırılmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbini qəbul etmədiyini bildirdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil1 ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini, vəsatət verərək tikiliyə çəkilmiş xərcin müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.12.2014-cü il tarixli, 646 saylı Sərəncamının surətindən görünür ki, İddiaçı MMC-nin 08.08.2014-cü il tarixli, 05 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə yerləşən mövcud və qeyri-yaşayış tikililərin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, İddiaçı MMC-yə həvalə olunmuşdur. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.02.2018-ci il tarixli, 61 saylı Sərəncamının surətindən görünür ki, İddiaçı MMC-nin 24.01.2018-ci il tarixli, 07 saylı müraciətini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.12.2014-cü il tarixli, 646 saylı və 16.01.2017-ci il tarixli, 11 saylı Sərəncamının nəzərə alaraq, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə Baş plan üzrə 2 saylı yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə icazə verilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhəri Nizami Bələdiyyəsinin Cavabdeh2 ünvanladığı 27.04.2020-ci il tarixli, 02/145 saylı məktubundan görünür ki, 07.06.2007-ci il tarixdə 10 il müddətinə Nizami Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış Q.Qarayev prospekti 124 saylı binanın yaxınlığında yerləşən daş hasara alınmış 200 kv.m torpaq sahəsinə görə bağlanmış icarə müqaviləsinin öhdəliklərinin torpaq mülkiyyətə verilənə qədər Cavabdeh2 tərəfindən yerinə yetirilməsinə etiraz etməmişdir. Cavabdeh2 tərəfindən müxtəlif vaxtlarda Nizami Bələdiyyəsinə icarə haqqı ödəmişdir. - 07.06.2007-ci il tarixli torpaq icarə müqaviləsinin surətindən görünür ki, Nizami Bələdiyyəsi Cavabdeh1 Nizami rayonu, Q.Qarayev prospekti 124 saylı binanın yaxınlığında daş hasara alınmış 200 kv.m torpaq sahəsini 10 il müddətinə hər il 400000 manat icarə haqqı ödəməklə yaşıllıq və abadlıq məqəsdi ilə verilmişdir. - 05.05.2015-ci il tarixli torpaq icarə müqaviləsinin surətindən görünür ki, Nizami Bələdiyyəsi İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.12.2014-cü il tarixli, 646 saylı Sərəncamının, 17.04.2015-ci il tarixli, 13074 saylı inşaat pasportu əsasından Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə ayrılmış torpaq sahəsini 49 il müddətinə icarəyə verilmiş və sahədə sökülməsi nəzərdə tutulan tikililərin mövcud olduğu müəyyən olunmuşdur. - Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin 14.05.2020-ci il tarixli məktubundan görünür ki, cəmiyyət tərəfindən təqdim olunmuş sənədlərə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.02.2018-ci il tarixlli, 61 saylı Sərəncamı və razılaşdırılmış layihə əsaəında tikinti işlərinin aparıldığı, ərazidə olan ağacların götürülməsi və budanması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 27.06.2019-cu il tarixli, 22/1740 saylı məktubuna əsasən həyata keçirildiyi, sözügedən yaşayış binasının layihəsində dəyişiklik edilərək binanın tikintisinin yerinin dəyişdirildiyi, onlara məxsus hasar, su və kanalizasiya xətlərinin bərpa edildiyi bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.12.2021-ci il tarixli rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh2 (Piri) qızının sahibliyində və istifadəsində olan ünvan 3 ünvanda olan 1 mərtəbəli yaşayış evinin və həmin ünvandakı həyətyanı torpaq sahəsinin bütünlüklə ‘Yusifoğlu-İnşaat” MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində tikilmiş çoxmərtəbəli yaşayış evinin Cavabdeh2 (Piri) qızına ona məxsus yaşayış evindən və torpaq sahəsindən istifadəyə maneə yaradıbyaratmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından sualın həmin hissəsi üzrə tədqiqat aparılmaması, baxış zamanı faktiki olaraq Cavabdeh2 (Piri) qızının istifadəsində olan yaşayış evinə gedən keçid yolu mövcud olduğu və həmin yolun açıq vəziyyətdə olduğu lakin fərdi yaşayış evinin həyətyanı sahəsinə digər tərəfdən keçid yolunun bağlanıb-bağlanmaması, həmin evin və həyətyanı sahənin ilkin vəziyyətdə planlı yerləşməsinə dair sənədləri və ya plan-sxem təqdim edildikdən sonra müəyyən oluna biləcəyi, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən İddiaçı MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binası ilə ona ayrılmış torpaq sahəsinin sərhədinə qədər olan məsafənin 19,0 metr (şimal tərəfdən) təşkil etdiyini nəzərə alaraq, “Yusifoğlu-inşaat" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə yaşayış binası inşa edilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.1. bəndlərinin tələblərinə riayət olunmadığı, baxış zamanı tədqiq olunan ərazidə kanalizasiya sularının yığılması üçün anbar (şambo) müəyyən edilmədiyi, Cavabdeh2( Piri) qızının istifadəsində olan yaşayış sahəsinin tikintisinə nə qədər vəsait xərclənməsi, həmin evin inşası ilə bağlı layihə-smeta sənədləri təqdim edildikdən sonra müəyyən oluna biləcəyi bildirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri İcra Hakimiyyətinin 29.12.2014cü il tarixli, 646 nömrəli yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında sərəncamına əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı H.Abutalıbov "xxxx" MMCnin 08.08.2014-cü il tarixli, 05 saylı müraciəti və Mənzil Kamunal Təsərüffat Departamentinin 24.12.2014-cü il tarixli, 1055 saylı razılıq məktubunu nəzərə alaraq, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə mövcud tikililərin sökülərək, yerində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MMCyə icazə vermişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 29.12.2014-cü il və 16.01.2017ci il tarixli 646, 11 saylı sərəncamı ilə, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "Yusifoğlu-İnşaat” MMC-yə 2018-ci il tarixdə, 18/46 nömrəli Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə Yaşayış binalarının tikintisi üçün (dəqiqləşdirilmiş Ayrıc Aktı) verilmişdir. Hazırda qeyd olunan torpaq sahəsinin bir hissəsində Cavabdeh2 (Piri) qızı ailə üzvləri ilə bərabər yaşayır. 07.06.2007-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Nizami Bələdiyyəsi tərəfindənCavabdeh1 Nizami rayonu, Q.Qarayev prospekti 124 saylı binanın yaxınlığında daş hasara alınmış 200 kv.m torpaq sahəsi onun icrasinə verilmiş, həmin torpaq sahəsinə görə Bakı şəhəri Nizami Bələdiyyəsinə icarə haqqı ödənilməklə Cavabdeh2 (Piri) qızı tərəfindən istifadə edilir. Bələdiyyə tərəfindən onun torpaq sahəsindən istifadə etməsinə etiraz edilməmişdir. Tərəflər sökülməsi nəzərdə tutulan tikiliyə görə yaşayış sahəsinin verilməsi və ya kompensasiya olaraq pul vəsaitinin verilməsi ilə bağlı razılığa gələ bilməmişlər. Hazırda cavabdehin tikilisinin yerində ucaldılması nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasının layihəsində dəyişiklik edilərək, binanın tikintisi üçün nəzərdə tutulmuş yer dəyişdirilmiş və çoxmərtəbəli yaşayış binasının tikintisi başqa yerdə həyata keçirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydalara riayət etməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X8in ilkin iddia üzrə İddiaçı MMC-nin subyektiv hüququnun olmaması barədə vəsatətinə münasibətdə bildirir ki, İddiaçı MMC Bakı şəhəri Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhəri İcra Hakimiyyətinin 29.12.2014-cü il tarixli, 646 nömrəli yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında sərəncamına, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 29.12.2014-cü il və 16.01.2017-ci il tarixli 646, 11 saylı sərəncamına və 05.05.2015-ci il tarixli torpaq icarə müqaviləsinə uyğun olaraq mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətlərini tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına dair qərarın müddəlarına uyun olaraq həyata keçirməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən də görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti 124 saylı binanın yaxınlığında daş hasara alınmış 200 kv.m torpaq sahəsi Cavabdeh1 tərəfindən icarəyə götürülsə də həmin ərazidəki tikilidə Cavabdeh2 (Piri) qızı yaşayır və torpaq sahəsi hazırda onun tərəfindən istifadə edilir. Sonuncu tərəfindən həmin tikiliyə görəi işıq, qaz və su pulu, eyni zamanda Bələdiyyə hesabına icarə haqqı ödənilir. Cavabdeh2 (Piri) qızı artıq uzun müddətdir ki, ailə üzvləri ilə birgə burada yaşayır və həmin tikilidən və torpaq sahəsindən istifadə edir. "xxxx" MMC tərəfindən qanunsuz tikilinin sökülməsi istənilsə də, qanunvericiliyin normalarına əsasən tikili ədalətli balans yaradılaraq pul kompensasiya verilməklə və ya əvəzində yeni yaşayış sahəsi verilməklə sökülməli, kompensasiya təyin edilərkən tikilinin vəziyyəti və şəraiti nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı MMC tərəfindən X20 (Piri) qızının mövcud tikilisinin qəzalı vəziyyətdə olması sübuta yetirilməmiş, həmin əmlaka görə onunla yeni yaşayış sahəsi və ya pul kompensasiyası verilməsi barədə razılığa gəlinməmiş, məhkəmə gedişatında da belə bir təklif irəli sürülməmiş, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası tərəfindən isə həmin evin və həyətyanı sahənin ilkin vəziyyətdə planlı yerləşməsinə dair sənədləri və ya plan-sxem təqdim edildikdən sonra onun tikilməsinə çəkilmiş xərclərin müəyyən oluna biləcəyi əsas gətirilərək ekspert rəyi verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülkiyyətçi olmasa da Mülki Məcəllənin 157.8-ci maddəsinə müvafiq olaraq Cavabdeh2 (Piri) qızı əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçi hüquqları ona da mənsubdur. Ona görə də həmin şəxsin istifadəsində olan tikilinin dəyərinə uyğun məbləğ ödənilmədən onun müsadirə olunması, bir qayda olaraq, əmlaka qeyri-mütənasib müdaxilə hesab olunmalıdır. Kompensasiya şərtləri mübahisələndirilən tədbir üzrə zəruri ədalətli balans yaratdığından, "xxxx" MMC tərəfindən belə bir təklif edilmədən Cavabdeh2 (Piri) qızı və ailə üzvlərinin evsiz qalması ilə nəticələnəcək iddianın irəli sürülməsi əsassız iddia hesab olunmalıdır. Belə olan halda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin Cavabdeh2 (Piri) qızına və Cavabdeh1 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilməklə “Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 29.12.2014-cü il tarixli və 16.01.2017-ci il tarixli 664 və 11 saylı sərəncamları ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə 2018-ci ildə Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə Yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidən Cavabdeh2 (Piri) qızı və Cavabdeh1 məxsus qanunsuz tikilinin sökülərək zəbt olunmuş təxminən 2 sot ərazinin boşaldılıb, abadlaşdırma və tikinti işləri aparılmasından ötrü İddiaçı MMC-yə qaytarılması”na dair ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda bildirir ki, ilkin iddia üzrə Cavabdeh1 cavabdeh olaraq ona qarşı hazırki iddianın irəli sürülməsi əsassız olduğundan təmin oluna bilməz Belə ki, həmin torpaq sahəsi üzrə icarə müqaviləsi Cavabdeh1 tərəfindən bağlanılsa da, həmin ərazidə Cavabdeh2 (Piri) qızı ailə üzvləri ilə birlikdə sonuncudan həmin tikilini satın almaqla orada yaşayır və həmin tikili və torpaq sahəsi onun sahiblik və istifadəsindədir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh2 (Piri) qızının ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “cavabdeh İddiaçı MMC-nin qeyri-qanuni hərəkətləri nəticəsində ona və ailə üzvlərinə dəymiş 269500 (iki yüz altmış doqquz min beş yüz) manat miqdarında maddi zərərin və 100000 (bir yüz min) manat miqdarında mənəvi zərərin- ümumilikdə 369500 (üç yüz altmış doqquz min beş yüz) manat miqdarında zərərin ona zərər vuran İddiaçı MMC-dən tutularaq verilməsi” tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli əmlakın sökülməsi qarşılığında kompensasiya tələb etmiş, qarşılıqlı iddia ərizəsində 269500 (iki yüz altmış doqquz min beş yüz) manat miqdarında maddi zərəri kompensasiya olaraq nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən tikilinin sökülərək torpaq sahəsindən çıxarılması üçün yaşayış sahəsi və ya pul kompensasiya təklif olunmaması səbəbindən və qarşılıqlı iddia ilə əlaqəli olan ilkin iddia tələbi rədd edildiyindən, qanunvericiliyə əsasən kompensasiya tələb edilmədən tikilinin sökülməsi nəzərdə tutulmadığından, hər iki tələbi bir-biri ilə qarşılıqlı əlaqədə olduğundan qarşılıqlı iddia tələbi rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X10 mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, mənəvi zərər vurulmaya, habelə bu mənəvi zərərin məhz "xxxx" MMC-nin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də təmin edilməməlidir. Məhkəmə eyni zamanda ağacların gərəksiz əşyaya çevrilməsi, oradakı ağacların kəsildiyi dəlili ilə bağlı bildirir ki, Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin 14.05.2020ci il tarixli məktubu ilə cəmiyyət tərəfindən təqdim olunmuş sənədlərə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.02.2018-ci il tarixlli, 61 saylı Sərəncamı və razılaşdırılmış layihə əsasında tikinti işlərinin aparıldığı, ərazidə olan ağacların götürülməsi və budanması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 27.06.2019-cu il tarixli, 22/1740 saylı məktubuna əsasən həyata keçirildiyi, sözügedən yaşayış binasının layihəsində dəyişiklik edilərək binanın tikintisinin yerinin dəyişdirildiyi, onlara məxsus hasar, su və kanalizasiya xətlərinin bərpa edildiyi bildirilmişdir. Məhkəmə həmçinin bildirir ki, iş üzrə dəfələrlə əmlakın qiymətləndirilməsi, məhkəmə əmtəəşünaslıq, kompleks məhkəmə texniki-əmtəəşünaslıq ekspertizasının təyin olunması qərara alınsa da, sonradan Cavabdeh2 (Piri) qızı tərəfindən şikayət verildiyindən, ekspertizanın aparılmasından imtina edildiyindən, ekspertizaların aparılması üçün lazımi sənədləri məhkəməyə təqdim etmədiklərindən qərardadlar ləğv edilmiş və ekspertiza həyata keçirilə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCnin Cavabdeh2 (Piri) qızına və Cavabdeh1 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilməklə “Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 29.12.2014-cü il tarixli və 16.01.2017-ci il tarixli 664 və 11 saylı sərəncamları ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə 2018-ci ildə Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə Yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidən Cavabdeh2 (Piri) qızı və Cavabdeh1 məxsus qanunsuz tikilinin sökülərək zəbt olunmuş təxminən 2 sot ərazinin boşaldılıb, abadlaşdırma və tikinti işləri aparılmasından ötrü İddiaçı MMC-yə qaytarılması” barədə ilkin iddia tələbi və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh2 (Piri) qızının ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “cavabdeh İddiaçı MMC-nin qeyri-qanuni hərəkətləri nəticəsində ona və ailə üzvlərinə dəymiş 269500 (iki yüz altmış doqquz min beş yüz) manat miqdarında maddi zərərin və 100000 (bir yüz min) manat miqdarında mənəvi zərərin- ümumilikdə 369500 (üç yüz altmış doqquz min beş yüz) manat miqdarında zərərin ona zərər vuran İddiaçı MMC-dən tutularaq verilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı MMC-dən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin Cavabdeh2 (Piri) qızına və Cavabdeh1 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilməklə “Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 29.12.2014-cü il tarixli və 16.01.2017-ci il tarixli 664 və 11 saylı sərəncamları ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə 2018-ci ildə Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə Yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidən Cavabdeh2 (Piri) qızı və Cavabdeh1 məxsus qanunsuz tikilinin sökülərək zəbt olunmuş təxminən 2 sot ərazinin boşaldılıb, abadlaşdırma və tikinti işləri aparılmasından ötrü İddiaçı MMC-yə qaytarılması” barədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh2 (Piri) qızının ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “cavabdeh İddiaçı MMC-nin qeyri-qanuni hərəkətləri nəticəsində ona və ailə üzvlərinə dəymiş 269500 (iki yüz altmış doqquz min beş yüz) manat miqdarında maddi zərərin və 100000 (bir yüz min) manat miqdarında mənəvi zərərin- ümumilikdə 369500 (üç yüz altmış doqquz min beş yüz) manat miqdarında zərərin ona zərər vuran İddiaçı MMC-dən tutularaq verilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat pul İddiaçı MMC-dən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. İlkin İddiaçı MMC tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilsin. Cavabdeh2 (Piri) qızı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-40/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-40/2022
23.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver