Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4003/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.07.2020-ci il tarixli müqaviləsinə əsasən, “ELECTROLUX” Tozsoran üçün 284.2 (iki yüz səksən dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 28.8 (iyirmi səkkiz manat səksən qəpik) manat cəriməvə 28.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********93360 olan “Xiaomi Redmi 9” markalı telefon üçün 417.6 (dörd yüz on yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 41.4 (qırx bir manat qırx qəpik) manat cərimə, ümumilikdə 772 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 343.2 (üç yüz qırx üç manat iyirmi qəpik) manat (12 ay x 28.6 manat + 0 manat ilkin ödəniş) olan “ELECTROLUX” Tozsoran üçün 284.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28.8 manat cərimə pulu borcun, ümumilikdə 313 manat borcu qalmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 501.6 manat (12 ay x 41.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********93360 olan “Xiaomi Redmi 9” markalı telefon üçün 417.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.4 manat cərimə pulu borcun, ümumilikdə 459 manat borcu qalmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.07.2020-ci il tarixli, 21032943 nömrəli və 28.07.2020-ci il tarixli, 21043871 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 343.2 manat olan “ELECTROLUX” Tozsoran, ümumi dəyəri 501.6 manat İMEİ kodu **********93360 olan “Xiaomi Redmi 9” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh 21 iyul 2020-ci il tarixli müqavilə üzrə 284.2 manat ödənilməmiş hissə, 28.8 manat cərimə pulu borcun, ümumilikdə 313 manat borcu qalmışdır. İşə əlavə olunmuş 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh 28 iyul 2020-ci il tarixli müqavilə üzrə 417.6 manat ödənilməmiş hissə, 41.4 manat cərimə pulu borcun, ümumilikdə 459 manat borcu qalmışdır. İşə əlavə olunmuş 02 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh oğlu 21 iyul 2020-ci il və 28 iyul 2020-ci il tarixli müqavilələr əsasında İddiaçı MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 21 iyul 2020-ci il tarixli müqavilə üzrə 284,2 manat ödənilməmiş hissə, 28.8 manat cərimə borcu, 28 iyul 2020-ci il tarixli müqavilə üzrə 417,6 manat ödənilməmiş hissə, 41,4 manat cərimə borcu olmaqla ümumilikdə 772 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-4003/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4003/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver