Məhkəmə qərarları › İş №2(007)-4004/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4004/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4004/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış 12.03.2020-ci il və 14.07.2019-cu il tarixli müqavilələrə əsasən, cavabdehə İMEİ kodu **********14436 olan “Xiaoni Mİ”A3 markalı telefon, İMEİ kodu **********96601 olan “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 530 manat borc yaranmışdır. Cavabdeh 12.03.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 586.8 manat (12 ay x 48.9) İMEİ kodu **********14436 olan “Xiaoni Mİ”A3 markalı telefon üçün ümumilikdə 373 manat olmaqla ondan 339.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 33.2 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh 14.07.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 876 manat (12 ay x 73 manat ) olan İMEİ kodu **********96601 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 157 manat olmaqla ondan 143 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 14 manat cərimə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 980 manat təşkil edir. Qeyd olunanlara əsasən, 12.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********14436 olan “Xiaoni Mİ”A3 markalı telefon üçün 339.8 manat ödənilməmiş hissə, 33.2 manat cərimə, 14.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********96601 olan “Samsung Galaxy A50” markalı telefon üçün 143 manat ödənilməmiş hissə,14 manat cərimə, ümumilikdə 530 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.03..2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə İMEİ kod İMEİ kodu **********14436 olan “Xiaoni Mİ”A3 markalı telefon telefon verilmişdir. Cavabdeh oğlu müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 12.03.2020-ci il tarixli i müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 20-dən gec olmayaraq 12 ay müddətinə 48.9 manat ödəniş etməlidir. İşə əlavə olunmuş 14.07.2019-cu il tarixli müqavilədən görünür ki,"xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********96601 olan “Samsung Galaxy A50” markalı telefon verilmişdir. Cavabdeh oğlu müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür . İşə əlavə olunmuş 14.07.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 22-dən gec olmayaraq 12 ay müddətinə 73 9 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 30.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunın 12.03..2020-ci il tarixli alq-satqı müqaviləsi 373 manat,14.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 157 manat ödənilməmiş borcu qalmışdır.Cavabdehin hər iki müqavilə üzrə ümumilikdə 530 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh oğluna göndərilmiş 13.07..2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh oğlundan borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 31.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan halları ilə müəyyən olundu ki, İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.03..2020-ci il tarixdə müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod İMEİ kodu **********14436 olan “Xiaoni Mİ”A3 markalı telefon telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh oğlu arasında 14.07.2019-cu il tarixdə müddətli alqı-satqı müqaviləsi,"xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********96601 olan “Samsung Galaxy A50” markalı telefon verilmişdir. Cavabdeh oğlu müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür . Lakin cavabdeh həmin müqavilələr ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Nəticədə cavabdehin hər iki müqavilə üzrə ümumilikdə 530 manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması,yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 12.03.2020-ci il tarixli müqaviləyə əsasən,339.8 manat ödənilməmiş hissə, 33.2 manat cərimə,14.07.2019-cu il tarixli müqaviləyə əsasən, 143 manat ödənilməmiş hissə, 14 manat cərimə, ümumilikdə 530 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar