Məhkəmə qərarları › İş №2(007)-4010/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4010/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4010/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38083 olan Samsung galaxy A10 markalı telefon üçün 178.8 (yüz yetmiş səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 17.8 (on yeddi manat səksən qəpik) manat cərimə, 15.08.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********25136 olan Lenovo TAB 4 10 LTE markalı tablet, İMEİ kodu **********73776 olan Samsung galaxy A10 markalı telefon üçün 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə olmaqla, ümumilikdə 631 manat borc və 30 manat dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsulivyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 31.05.2020-ci il və 15.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38083 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********25136 olan Lenovo TAB 4 10 LTE markalı tablet, İMEİ kodu **********73776 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 631 (altı yüz otuz bir) manat borc yaranmışdır. Cavabdeh 31.05.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 358.2 (üç yüz əlli səkkiz manat iyirmi qəpik) manat (yəni 18 ay x 19.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********38083 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 196 (yüz doxsan altı) manat olmaqla ondan 178.8 (yüz yetmiş səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.8 (on yeddi manat səksən qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 15.08.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 953 (doqquz yiiz əlil iiç) manat (yəni 18 ay x 52 manat +77 manat ilkin ödəniş), olan İMEİ kodu **********25136 olan Lenovo TAB 4 10 LTE markalı tablet, İMEİ kodu **********73776 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 435 (dörd yüz otuz beş) manat olmaqla ondan 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 737 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri" mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31.05.2020ci il tarixli, 20321893 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 358.2 manat olan , İMEİ kodu **********38083 olan Samsung galaxy A10 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.08.2019-cu il tarixli, 00848742 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 953 manat olan İMEİ kodu **********25136 olan Lenovo TAB 4 10 LTE markalı tablet, İMEİ kodu **********73776 olan Samsung galaxy A10 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 03 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31.05.2020-ci il tarixli müqavilə üzrə 178.8 (yüz yetmiş səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 17.8 (on yeddi manat səksən qəpik) manat cərimə, 15.08.2019-cu il tarixli müqavilə üzrə 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə olmaqla, ümumilikdə 631 manat borc qalmışdır. İşə əlavə olunmuş 06 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 31.05.2020-ci il və 15.08.2019-cu il tarixli müqavilə əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 31.05.2020-ci il tarixli müqavilə üzrə 178.8 (yüz yetmiş səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 17.8 (on yeddi manat səksən qəpik) manat cərimə borcu, 15.08.2019-cu il tarixli müqavilə üzrə 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 631 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 661 manat məbləğ İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar