Məhkəmə qərarları › İş №2(007)-4042/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4042/2025

24.11.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4042/2025 24.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi Ərizəçi Semkina Elenanın Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Semkina Elenanın Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. Ərizəçi Semkina Elena Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediator X1 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Semkina Elena arasında bağlanmış 18 sentyabr 2025-ci il tarixli barışıq sazişinin təsdiq ediməsi, mediasiya təşkilatına ödədiyi 50 manat dövlət rüsumunun və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbil edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslər:

2. Məhkəmə iclasında iştirak edən ərizəçi Semkina Elena iddia ərizəsinin və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədi.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Məhkəmənin mövqeyi:

6. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsini nəzərə alınaraq, sözügedən ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

7. Həmçinin ərizə baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır.

8. İş materiallarına əlavə edilmiş 9421 nömrəli, mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: **********, terminal nömrəsi: K0114013, GPP qəbz nömrəsi: ********** tarix: xx.xx.2025 saat: 13:50) görünür ki, Semkina Elena hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 101 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

9. Beləliklə, Semkina Elenanın Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə baxılmamış saxlanıldığından ödənilmiş 101 manat məbləğində dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır.

10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Ərizə təmin edilsin. Ərizəçi Semkina Elenanın Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizənin verilməsinə görə Semkina Elena tərəfindən ödənilmiş 101 manat dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: **********, terminal nömrəsi: K0114013, GPP qəbz nömrəsi: ********** tarix: xx.xx.2025 saat: 13:50) dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar