Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4059/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 14.12.2019-cu il, 07.03.2020-ci il, 06.08.2020-ci il və 29.11.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********90392 olan X1 8T markalı telefon, İMEİ kodu **********36589 olan Xiaomi Redmi 7A markalı telefon, İMEİ kodu **********48764 olan BQ-1848 Step+ markalı telefon, Panasonic Epilyator almış və nəticədə 741 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 666 manat (yəni 18 ay x 35 manat + 36 manat ilkin ödəniş) olan İMEİ kodu **********90392 olan X1 8T markalı telefon üçün ümumilikdə, 423 manat olmaqla ondan, 385 manat ödəniməmiş hissə, müştəriyə güzəşt olunaraq 38 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 07.03.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 311.6 manat (yəni 12 ay x 24.8 manat + 14 manat ilkin ödəniş) olan İMEİ kodu **********36589 olan Xiaomi Redmi 7A markalı telefon üçün ümumilikdə 217 manat olmaqla ondan 197.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.4 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 06.08.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 46.2 manat (yəni 6 ay x 7.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********48764 olan BQ-1848 Step+ markalı telefon üçün ümumilikdə 51 manat olmaqla ondan 46.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.8 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 29.11.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 180 manat (yəni 12 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan Panasonic Epilyator üçün ümumilikdə 50 manat olmaqla ondan 46 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 529 manat təşkil edir. Qeyd olunanlara əsasən 14.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********90392 olan X1 8T markalı telefon üçün 385 manat ödəniməmiş hissə, 38 manat cərimə, 07.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********36589 olan Xiaomi Redmi 7A markalı telefon üçün 197.6 manat ödənilməmiş hissə, 19.4 manat cərimə 06.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********48764 olan BQ-1848 Step+ markalı telefon üçün 46.2 manat ödənilməmiş hissə, 4.8 manat cərimə, 29.11.2019-cu il tarixli müqavilə üzrə Panasonic Epilyator üçün 46 manat ödənilməmiş hissə, 4 manat cərimə olmaqla, ümumilikdə 741 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.12.2019-cu il tarixli 01126334 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********90392 olan X1 8T markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 14.12.2019-cu il tarixli 01126334 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 15-dən gec olmayaraq 18 ay müddətinə 35 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 06.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14.12.2019-cu il tarixli 01126334 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdehdan 385 manat ödənilməmiş hissə, 38 manat cərimə, cəmi 423 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli 20153991 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********36589 olan Xiaomi Redmi 7A markalı telefon və aksesuar verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 07.03.2020-ci il tarixli 20153991 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 15-dən gec olmayaraq 12 ay müddətinə 24.8 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 06.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 07.03.2020-ci il tarixli 20153991 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdehdan 197.6 manat ödənilməmiş hissə, 19.4 manat cərimə, cəmi 217 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.08.2020-ci il tarixli 21056707 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********48764 olan BQ-1848 Step+ markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 06.08.2020-ci il tarixli 21056707 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 10-dan gec olmayaraq 6 ay müddətinə 7.7 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 06.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 06.08.2020-ci il tarixli 21056707 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 46.2 manat ödənilməmiş hissə, 4.8 manat cərimə, cəmi 51 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli 01085320 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə Panasonic Epilyator verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 29.11.2019-cu il tarixli 01085320 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 05-dən gec olmayaraq 12 ay müddətinə 15 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 06.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 29.11.2019-cu il tarixli 01085320 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 46 manat ödənilməmiş hissə, 4 manat cərimə, cəmi 50 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh ünvanlanmış 02.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il, 06.08.2020-ci il, 14.12.2019-cu il və 29.11.2019-cu il tarixli müqavilələrə əsasən, 2 ədəd “Xiaomi”, “BQ” markalı telefon, “Panasonic” markalı epilyator almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "xxxx" MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 07.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 14.12.2019-cu il tarixli 01126334 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********90392 olan X1 8T markalı telefon verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 14.12.2019-cu il tarixli 01126334 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 15-dən gec olmayaraq 18 ay müddətinə 35 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 07.03.2020-ci il tarixli 20153991 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********36589 olan Xiaomi Redmi 7A markalı telefon verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 07.03.2020-ci il tarixli 20153991 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 15-dən gec olmayaraq 12 ay müddətinə 24.8 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. 06.08.2020-ci il tarixli 21056707 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********48764 olan BQ-1848 Step+ markalı telefon verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 06.08.2020-ci il tarixli 21056707 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 10-dan gec olmayaraq 6 ay müddətinə 7.7 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. 29.11.2019-cu il tarixli 01085320 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə Panasonic Epilyator verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 29.11.2019-cu il tarixli 01085320 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 05-dən gec olmayaraq 12 ay müddətinə 15 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Mecellesinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 14.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********90392 olan X1 8T markalı telefon üçün 385 manat ödənilməmiş hissə, 38 manat cərimə, 07.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********36589 olan Xiaomi Redmi 7A markalı telefon üçün 197.6 manat ödənilməmiş hissə, 19.4 manat cərimə, 06.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********48764 olan BQ-1848 Step+ markalı telefon üçün 46.2 manat ödənilməmiş hissə, 4.8 manat cərimə, 29.11.2019-cu il tarixli müqavilə üzrə Panasonic Epilyator üçün 46 manat ödənilməmiş hissə, 4 manat cərimə ümumilikdə 741 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-4059/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4059/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver