Məhkəmə qərarları › İş №2(007)-4077/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4077/2025

25.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4077/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında **********90089 abonent koduna əsassız yazılmış 130.89 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami rayonu Qara Qarayev prospekti 39, mənzil 89 Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 179657 №-li qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1999-cu il tarixindən onun şəxsi mülküdür. Hər ay "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları sayğaca baxış keçirir və istifadə etdiyi işığa görə sərfiyyatın qəbzini təqdim edirlər. O, isə qəbzdə göstərilən işıq səffiyyatını yəni işıq pulunu vaxtlı-vaxtında ödəyir. Abonet kodunu keçmiş bu evin sahibi X1 adından öz adına dəyişdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixində Bakı şəhəri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 №-li Asan kommunalınada fəaliyyət göstərən əməkdaşına müraciət etmiş, lakin oradan ona bildirmişlər ki, X1 **********90089 №-li abonet sayğacda 2000-ci ildən 130.89 (yüz otuz manat,89 qəpik) manat dondurulmuş borc qalmışdır. '‘Azərişıq” ASC-yə müracət etmiş, onlarda öz nöbəsində xx.xx.2025-ci il tarixli 13-13/2-2/18-Ə-14011-5/2025№- məktubları ilə bildirmişlər ki, **********90089 №-li abonet kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, mənzildə istehlak edilmiş, lakin ödənişi təmin edilməmiş elektrik enerjisinə görə 2002-ci il tarixə kimi 130.89 manat borc yaranmışdır. Bu borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir.

İş materialları :

3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MN seriyalı, 179657 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Nizami rayonu, Qara Qarayev prospekti 39, mənzil 89 İddiaçı xüsusi mülkiyyətinə keçirilmişdir.

4. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılması barədə "Azərişıq” ASCyə daxil olmuş müraciətə (xx.xx.2025-ci il tarixli, Ə-14011-5/2025 nömrəli) baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, **********90089 nömrəli kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, mənzildə istehlak edilmiş, lakin ödənişi təmin edilməmiş elektrik enerjisinə görə 2002-ci il tarixə kimi 130.89 manat borc yaranmışdır. Bu borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Qeyd olunan borcların ödənişi yalnız Abunə vərəqində ad dəyişdirilərkən yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur.

Tərəflərin izahatları :

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, 130 manat dondurulmuş borc olub ondan əvvəl yaranmışdır. Hazırda sayğaca dair abonet kodunu adına keçirtmək istəyir, borc olduğu üçün keçirdə bilmir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, borc köhnə borc olduğundan iddiaçı sayğacı adına keçirtməkdə problem olur.

İşin faktiki halları.

7. İddiaçı məxsus Nizami rayonu, Qara Qarayev prospekti 39, mənzil 89 ünvanında **********90089 abonent kodu üzrə 2002-ci il tarix kimi 130.89 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən borc "xxxx" ASC tərəfindən tələb edilməyən borclar qrafasına daxil edilmişdir.

Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

10. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi :

135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

Məhkəmənin mövqeyi :

12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

13. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı olan “borcun silinməsi” tələbini onun mülkiyyətində olan mənzilə, mənzilin əvvəlki mülkiyyətçisinin sahibliyi dövründə yazılmış və tələb edilməyən borclar qrafasına daxil edilmiş borcun cavabdeh tərəfindən silinməməsi ilə əsaslandırmışdır.

14. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, İddiaçıun mülkiyyətində ünvan 2 ünvanına işıq sərfiyyatına görə 2002-ci il tarixə kimi 130.89 manat borc hesablanmışdır. Qeyd edilən borc "xxxx" ASC tərəfindən tələb edilməyən borclar qrafasında daxile dilmişdir. Cavabdeh tərəfindən həmin borc yalnız Abunə vərəqində ad dəyişikliyi edilərkən və ya borcun olmaması barədə arayış alınarakən tələb edilir. Hazırda iddiaçı tərəfindən ona məxsus olan mənzilə dair abunə kodunun onun adına dəyişdirilməsi üçün Cavabdeh təşkilata müraciət etmiş, lıakin həmin borc silinmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir.

15. Mülki iş materialları və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, yazılmış borc “tələb olunmayan borclar” qrafasına aid edilməsinə baxmayaraq, qeyd edilən borcun silinməsi orqanının səlahiyyətində deyil.

16. Məhkəmə qeyd edir ki, ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş borc məbləğinin silinməməsi hazırda iddiaçının hüquqlarını pozur. Belə ki, həmin borcun iddiaçıya dair sənədlərdə qeydiyyatının mövcudluğu onun həmin mənzili özgəninkiləşdirməsinə və mənzilə dair digər hüquqlarının həyata keçirilməsinə maneə olur.

Məhkəmə Xərcləri :

17. “Dövlət rüsumu haqqında Qanunun” 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar və 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlər rüsumu ödəməkdən azad olduqları üçün hazırki iddia tələbi üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə :

18. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və cavabdeh "xxxx" ASC tərəfindən ünvan 2 ünvanına (Abunə kodu: **********90089) aid edilən və ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş 130.89 manat borc silinməlidir.

19. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QətEtdi:

İddia tələbi təmin edilsin. ünvan 2 ünvanına (Abunə kodu: **********90089) aid yazılmış və ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş 130.89 manat borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar