Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4099/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.01.2020-ci il tarixli müqaviləsinə əsasən ona satdığı İMEİ kodu **********02099 olan “X1 8T” markalı telefon üçün 400.6 (dörd yüz manat altmış qəpik) manat ödənilməmiş hissə, 40.4 (qırx manat qırx qəpik) manat cərimə, 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu, Sony musiqi mərkəzi üçün 827 (səkkiz yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 82 (səksən iki ) manat cərimə, ümumilikdə 1350 manat borc və 30 manat dövlət rüsumu, Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 625.6 (altı yüz iyirmi beş manat altmış qəpik) manat (12 ay x 51.3 manat + 10 manat ilkin ödəniş) olan İMEİ kodu **********02099 olan “X1 8T” markalı telefon üçün 400.6 (dörd yüz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.4 (qırx manat qırx qəpik) manat cərimə pulu borcun, ümumilikdə 441 manat dəyərində borcu qalmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2557.8 (iki min beş yüz əlli yeddi manat səksən qəpik) manat (18 ay x 142.1 manat + 0 manat ilkin ödəniş) olan Samsung Soyuducu, Sony musiqi mərkəzi üçün 827 (səkkiz yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 82 (səksən iki) manat cərimə pulu borcun, ümumilikdə 909 manat dəyərində borcu qalmışdır. Cavabdeh 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Sony musiqi mərkəzindən 03.01.2020-ci il tarixində imtina etdikdən sonra məhsul 865.8 manat qiymətləndirilib, borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 26.12.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 865 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 865.8 manat, digər müqavilə üzrə ödədiyi məbləğ 225 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.01.2020-ci il tarixli, 20071939 nömrəli və 26.12.2019-cu il tarixli, 01160774 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 625.6 manat İMEİ kodu **********02099 olan “X1 8T” markalı telefon, ümumi dəyəri 2557.8 manat olan Samsung Soyuducu, Sony musiqi mərkəzi satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 02 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31 yanvar 2020-ci il tarixli müqavilə üzrə 400.6 manat ödənilməmiş hissə, 40.4 manat cərimə pulu borcun, ümumilikdə 441 manat və 26.12.2019-cu il tarixli müqavilə üzrə isə 827 manat ödənilməmiş hissə, 82 manat cərimə pulu borcun, ümumilikdə 909 manat borcu qalmışdır. İşə əlavə olunmuş 03 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 31 yanvar 2020-ci il və 26 dekabr 2019-cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 31 yanvar 2020-ci il il tarixli müqavilə üzrə əsas borc 400,6 manat, cərimə borcu üzrə 40,4 manat, ümumilikdə 441 manat borc və 26.12.2019-cu il tarixli müqavilə üzrə əsas borc 827 manat, cərimə borcu üzrə 82 manat, ümumilikdə 909 manat borc, cəmi 1350 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 1380 manat məbləğin əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-4099/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4099/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver