Məhkəmə qərarları › İş №2(007)-420/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-420/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-420/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.05.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94371 olan Samsung Galaxy A3 markalı telefon, Antivirus Kaspersky üçün 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, 61 manat (0,68 x 90 gün) dəbbə pulu, 13.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81031 olan Samsung J2 markalı telefon üçün 143 (yüz qırx üç) manat ödənilməmiş hissə, 48 manat (0,32 x 150gün) manat dəbbə pulu, 30.11.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********98959 olan Xiaomi 8 Lite markalı telefon, Samsung markalı Headphones , Power Bank mi 10000 üçün 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 160 manat (0,67 x 240 gün) manat dəbbə pulu, 31.01.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70512 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 548 (beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 169 manat (0,47 x 360 gün) manat dəbbə pulu, 11.02.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMAN markalı soba, piltə, aspirator üçün 974 (doqquz yetmiş dörd) manat ödənilməmiş hissə, 297 manat (0,9 x 330 gün) manat dəbbə pulu, 12.02.2019-cu il tarixli müqaviləyə əsasən, Canon MF3010 üçün 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə 176 manat (0,98 x 180 gün) manat dəbbə pulu, 13.02.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********65139 Xiaomi Mi A2 üçün 497 (dörd yüz doxsan yeddi) manat ödənilməmiş hissə 154 manat, ümumilikdə 4526 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4556 manat cavabdeh X1 alınaraq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə 04.05.2018-ci il, 13.07.2018-ci il, 30.11.2018-ci il, 31.01.2019-cu il, 11.02.2019-cu il, 12.02.2019-cu il, 13.02.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən İMEİ kodu **********94371 olan Samsung Galaxy A3, İMEİ kodu **********81031 olan Samsung J2, İMEİ koclu **********98959 olan Xiaomi 8 Lite markalı telefonları, Samsung markalı Headphones , Power Bank mi 10000, İMEİ kodu **********70512 olan Xiaomi Mi A2 Lite markalı telefon, HOFFMAN markalı soba, piltə, aspirator, Canon MF3010, İMEİ kodu **********65139 olan Xiaomi Mi A2 markalı telefon almış və nəticədə 4526 (dörd min beş yüz iyirmi altı) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.05.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 816 (səkkiz yüz on altı) manat (12 ay x 68 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********94371 olan Samsung Galaxy A3 markalı telefon, Antivirus Kaspersky üçün ümumilikdə 248 (iki yüz qırx səkkiz) manat olmaqla ondan 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, 61 manat (0,68x 90 gün) dəbbə pulu, 13.07.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********81031 olan Samsung J2 markalı telefon üçün ümumilikdə 191 (yüz doxsan bir) manat olmaqla ondan 143 (yüz qırx üç) manat ödənilməmiş hissə, 48 manat (0,32 x 130 gün) manat dəbbə pulu, 30.11.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 868 (səkkiz yiiz altmış səkkiz) manat (12 ay x 67 manat + 64 manat ilkin ödəniş) olan İMEİ kodu **********98959 olan Xiaomi 8 Lite markalı telefon, Samsung markalı Headphones , Power Bank mi 10000 üçün ümumilikdə 700 (yeddi yüz) manat olmaqla ondan 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 160 manat (0,67x 240 gün )manat dəbbə pulu, 31.01.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 564 (beş yüz altmış dörd) manat (12 ay x 47 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********70512 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə 717 (yeddi yüz on yeddi) manat olmaqla ondan 548 (beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 169 manat (0,47x 360 gün) manat dəbbə pulu, 11.02.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 990 (doqquz yüz doxsan) manat (11 ay x 90 manat + 0 manat ilkin ödəniş) olan HOFFMAN markalı soba, piltə, aspirator üçün ümumilikdə 1271 (min iki yüz yetmiş bir) manat olmaqla ondan 974 (doqquz yetmiş dörd) manat ödənilməmiş hissə, 297 manat (0,9 x 330 gün) manat dəbbə pulu, 12.02.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 597 (beş yüz doxsan yeddi manat (6 ay x 98 manat + 9 manat ilkin ödəniş) olan Canon MF3010 üçün ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat olmaqla ondan 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə 176 manat (0,98 x 180 gün) manat dəbbə pulu, 13.02.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 616 (altı yüz on altı) manat (9 ay x 57 manat + 103 manat ilkin ödəniş) olan İMEİ kodu **********65139 olan Xiaomi Mi A2 markalı telefon üçün ümumilikdə 651 (altı yüz əlli bir) manat olmaqla ondan 497 (dörd yüz doxsan yeddi) manat ödənilməmiş hissə 154 manat (0,57 x 270 gün) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1374 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayədəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh 05 avqust 2020-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlinin surətindən görünür ki, Cavabdeh 04.05.2018-ci il tarixli İMEİ kodu **********94371 olan Samsung Galaxy A3, Antivirus Kaspersky görə ümumilikdə 248 manat, 13.07.2018-ci il tarixli İMEİ kodu **********81031 olan Samsung J2 markalı telefona görə ümumilikdə 191 manat, 30.11.2018-ci il tarixli İMEİ kodu **********98959 olan Xiaomi 8 Lite markalı telefon, Samsung markalı Headphones , Power Bank mi 10000-ə görə ümumilikdə 700 manat, 31.01.2019-cu il tarixli İMEİ kodu **********70512 olan Xiaomi Mi A2 markalı telefona görə 717 manat, 11.02.2019-cu il tarixli HOFFMAN markalı soba, piltə, aspiratora görə ümumilikdə 1271 manat, 12.02.2019-cu il tarixli Canon MF3010-a görə 748 manat, 13.02.2019-cu il tarixli İMEİ kodu **********65139 Xiaomi Mi A2 markalı telefona görə ümumilikdə 651 manat, cəmi 4526 manat ödənilməmiş borcu vardır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 04.05.2018-ci il tarixli 00130898 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 816 manat məbləğində İMEİ kodu **********94371 olan Samsung Galaxy A3 markalı telefon, Antivirus Kaspersky əldə etmiş və həmin məbləği aylıq 68 manat olmaqla 12 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 13.07.2018-ci il tarixli 00211895 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 384 manat məbləğində İMEİ kodu **********81031 olan Samsung J2 markalı telefon əldə etmiş və həmin məbləği aylıq 32 manat olmaqla 12 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 30.11.2018-ci il tarixli 00395712 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 64 manat ilkin ödənişlə 868 manat məbləğində İMEİ kodu **********98959 olan Xiaomi 8 Lite markalı telefon, Samsung markalı Headphones, Power Bank mi 10000 əldə etmiş və həmin məbləği aylıq 67 manat olmaqla 12 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 31.01.2019-cu il tarixli 00494339 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 564 manat məbləğində İMEİ kodu **********70512 olan Xiaomi Mi A2 markalı telefon əldə etmiş və həmin məbləği aylıq 47 manat olmaqla 12 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2019-cu il tarixli 00509487 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 990 manat məbləğində HOFFMAN markalı soba, piltə, aspirator əldə etmiş və həmin məbləği aylıq 90 manat olmaqla 11 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12.02.2019-cu il tarixli 00511207 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 9 manat ilkin ödənişlə 597 manat məbləğində Canon MF3010 əldə etmiş və həmin məbləği aylıq 98 manat olmaqla 6 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 13.02.2019-cu il tarixli 00512962 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 103 manat ilkin ödənişlə 616 manat məbləğində İMEİ kodu **********65139 Xiaomi Mi A2 markalı telefon əldə etmiş və həmin məbləği aylıq 57 manat olmaqla 9 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 04.05.2018-ci il, 13.07.2018-ci il,30.11.2018-ci il, 31.01.2019-cu il 11.02.2019-cu il, 12.02.2019-cu il və 13.02.2019-cu il tarixli bildirişlərdən görünür ki, uyğun olaraq 04.05.2018-ci il, 13.07.2018-ci il,30.11.2018-ci il, 31.01.2019-cu il 11.02.2019-cu il, 12.02.2019-cu il və 13.02.2019-cu il tarixində bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilələrdə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilələrin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilələrin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00130898 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********94371 olan Samsung Galaxy A3 markalı telefonu, Antivirus Kaspersky-ı tam qüsursuz halda təhvil almışdır. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00211895 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********81031 olan Samsung J2 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00509487 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********98959 olan Xiaomi 8 Lite markalı telefonu, Samsung markalı Headphones-u, Power Bank mi 10000-i tam qüsursuz halda təhvil almışdır. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00494339 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********70512 olan Xiaomi Mi A2 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00535808 nömrəli müqaviləyə əsasən HOFFMAN markalı sobanı, piltəni, aspiratoru tam qüsursuz halda təhvil almışdır. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00511207 nömrəli müqaviləyə əsasən Canon MF3010-u tam qüsursuz halda təhvil almışdır. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00512962 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********65139 Xiaomi Mi A2 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. - İddiaçı MMC-nin 16.07.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh qısa müddətdə borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 06.08.2020-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 04.05.2018-ci il, 13.07.2018-ci il,30.11.2018-ci il, 31.01.2019-cu il 11.02.2019-cu il, 12.02.2019-cu il və 13.02.2019-cu il tarixli müqavilələr bağlanmışdır. 04.05.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 816 manat məbləğində İMEİ kodu **********94371 olan Samsung Galaxy A3 markalı telefonu, Antivirus Kaspersky-ı ilkin ödənişsiz, aylıq ödənişi 68 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə almışdır. 13.07.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 384 manat məbləğində İMEİ kodu **********81031 olan Samsung J2 markalı telefonu ilkin ödənişsiz, aylıq ödənişi 32 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə almışdır. 30.11.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 868 manat məbləğində İMEİ kodu **********98959 olan Xiaomi 8 Lite markalı telefonu, Samsung markalı Headphones-u, Power Bank mi 10000-i 64 manat ilkin ödənişlə, aylıq ödənişi 67 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə almışdır. 31.01.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 564 manat məbləğində İMEİ kodu **********70512 olan Xiaomi Mi A2 markalı telefoni ilkin ödənişsiz, aylıq ödənişi 47 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə almışdır. 11.02.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 990 manat məbləğində HOFFMAN markalı sobanı, piltəni, aspiratoru ilkin ödənişsiz, aylıq ödənişi 90 manat olmaqla, 11 ay müddətinə ödəmək şərti ilə almışdır. 12.02.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 597 manat məbləğində Canon MF3010 9 manat ilkin ödənişlə, aylıq ödənişi 98 manat olmaqla, 6 ay müddətinə ödəmək şərti ilə almışdır. 13.02.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 616 manat məbləğində İMEİ kodu **********65139 Xiaomi Mi A2 markalı telefonu 103 manat ilkin ödənişlə, aylıq ödənişi 57 manat olmaqla, 9 ay müddətinə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilələrin predmeti olan əşyanı “xxxx” MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliyə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq, hesab edir ki, 04.05.2018-ci il tarixli İMEİ kodu **********94371 olan Samsung Galaxy A3, Antivirus Kaspersky üçün 61 manat miqdarında cərimə pulu 187 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 13.07.2018-ci il tarixli İMEİ kodu **********81031 olan Samsung J2 markalı telefon üçün 48 manat miqdarında cərimə pulu 143 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 30.11.2018-ci il tarixli İMEİ kodu **********98959 olan Xiaomi 8 Lite markalı telefon, Samsung markalı Headphones , Power Bank mi 10000 üçün 160 manat miqdarında cərimə pulu 540 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 31.01.2019-cu il tarixli İMEİ kodu **********70512 olan Xiaomi Mi A2 markalı telefon üçün 169 manat miqdarında cərimə pulu 548 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 11.02.2019-cu il tarixli HOFFMAN markalı soba, piltə, aspirator üçün 297 manat miqdarında cərimə pulu 974 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 12.02.2019-cu il tarixli Canon MF3010 üçün 176 manat miqdarında cərimə pulu 572 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 13.02.2019cu il tarixli İMEİ kodu **********65139 Xiaomi Mi A2 markalı telefon üçün 154 manat miqdarında cərimə pulu 497 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 04.05.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94371 olan Samsung Galaxy A3 markalı telefon, Antivirus Kaspersky üçün 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə), 13.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81031 olan Samsung J2 markalı telefon üçün 143 (yüz qırx üç) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 30.11.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********98959 olan Xiaomi 8 Lite markalı telefon, Samsung markalı Headphones, Power Bank mi 10000 üçün 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 31.01.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70512 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 548 (beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat, 11.02.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffman markalı soba, piltə, aspirator üçün 974 (doqquz yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 40 (qırx) manat, 12.02.2019-cu il tarixli müqaviləyə əsasən, Canon MF3010 üçün 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 13.02.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********65139 olan Xiaomi Mi A2 üçün 497 (dörd yüz doxsam yeddi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 3596 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3626 manat Cavabdeh alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 04.05.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94371 olan Samsung Galaxy A3 markalı telefon, Antivirus Kaspersky üçün 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə), 13.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81031 olan Samsung J2 markalı telefon üçün 143 (yüz qırx üç) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 30.11.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********98959 olan Xiaomi 8 Lite markalı telefon, Samsung markalı Headphones, Power Bank mi 10000 üçün 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 31.01.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70512 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 548 (beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat, 11.02.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffman markalı soba, piltə, aspirator üçün 974 (doqquz yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 40 (qırx) manat, 12.02.2019-cu il tarixli müqaviləyə əsasən, Canon MF3010 üçün 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 13.02.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********65139 olan Xiaomi Mi A2 üçün 497 (dörd yüz doxsam yeddi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 3596 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3626 manat Cavabdeh alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar