Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4301/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********70855 olan Samsung galaxy A10 markalı telefon üçün 248 (iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, 07.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********00576 olan Samsung galaxy A10 markalı telefon üçün 225 (iki yüz iyirmi beş) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, 06.01.2020-ci il tarixli müqavilə üzrə HOFFMANN LED TV, X1 üçün 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə olmaqla, ümumilikdə 750 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 11.03.2020-ci il, 07.01.2020-ci il və 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********70855 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********00576 olan Samsung Galaxy A10 markalı telefon, HOFFMANN LED TV, X1 almış və nəticədə 750 (yeddi yüz əlli) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 (üç yüz yetmiş iki) manat (12 ay x 31 manat+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********70855 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 272 (iki yüz yetmiş iki) manat olmaqla ondan, 248 (iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə miqdarında borc yaranmışdır. 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 383 (üç yüz səksən üç) manat (15 ay x 25 manat +8 manat ilkin ödəniş) olan İMEİ kodu **********00576 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 247 (iki yüz qırx yeddi) manat olmaqla ondan, 225 (iki yüz iyirmi beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə, 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 422 (dörd yüz iyirmi iki) manat (12 ay x 35 manat + 2 manat ilkin ödəniş) olan HOFFMANN LED TV, X1 üçün ümumilikdə, 231 (iki yüz otuz bir) manat olmaqla ondan, 210 (iki yüz on) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 494 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri" mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.03.2020-ci il tarixli, 20167038 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 372 manat olan, İMEİ kodu **********70855 olan Samsung galaxy A10 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.01.2020-ci il tarixli, 20018441 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 383 manat olan İMEİ kodu **********00576 olan Samsung galaxy A10 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.01.2020-ci il tarixli, 20016412 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 422 manat HOFFMANN LED TV, X1 satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 16 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.03.2020-ci il tarixli müqavilə üzrə 248 (iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, 07.01.2020-ci il tarixli müqavilə üzrə 225 (iki yüz iyirmi beş) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, 06.01.2020-ci il tarixli müqavilə üzrə 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə olmaqla, ümumilikdə 750 manat borc qalmışdır. İşə əlavə olunmuş 17 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 11.03.2020-ci il, 07.01.2020-ci il və 06.01.2020-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 11.03.2020-ci il tarixli müqavilə üzrə 248 (iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, 07.01.2020-ci il tarixli müqavilə üzrə 225 (iki yüz iyirmi beş) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, 06.01.2020-ci il müqavilə üzrə 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə olmaqla, ümumilikdə 750 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 780 manat vəsait İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-4301/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4301/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver