Məhkəmə qərarları › İş №2(007)-4304/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4304/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4304/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Məmmədxanova Evelina Pavlovnaya qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 25.12.2019-cu il,02.07.2020-ci il və 10.05.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Hansa solo soba, Samsung TV, Dr.Beckmann Naqar təmizləyicisi,Dr.Beckmann Steklokeramika təmizləyici sprey, İMEİ kodu **********26324 olan iPhone 11 Pro markalı telefon, Retro-yumşaq künc divanı, Transformer Jurnal masası almış və nəticədə 8630 manat borcu qalmışdır.Qeyd olunanlara əsasən Cavabdeh 8630 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı etiraf etdi və izahat verərək göstərdi ki, həqiqətən də, "xxxx" MMCdən Hansa solo soba,Samsung TV,Dr.Beckmann Naqar təmizləyicisi, Dr. Beckmann Steklokeramika təmizləyici sprey, İMEİ kodu **********26324 olan iPhone 11 Pro markalı telefon,Retro-yumşaq künc divanı,Transformer Jurnal masası kreditə götürmüşdür. Həmin əşyaların ümumi dəyəri 8630 manat təşkil edirdi. İlk vaxtlar ödənişi vaxtla-vaxtında etsə də, sonradan baş verən pandemiya nəticəsində borcu ödəyə bilməmişdir. Ona vaxt verilsə əsas borcunu hissə-hissə ödəyər, cərimə borcunun isə silinməsini xahiş edir. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edirə iddia qismən təmin olunsun. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdehı arasında bağlanmış 25.12.2019-cu il,02.07.2020-ci il və 10.05.2020-ci il tarixli müqavilələrdən görünür ki,cavabdeh Hansa solo soba,Samsung TV, Dr.Beckmann Naqar təmizləyicisi,Dr. Beckmann Steklokeramika təmizləyici sprey, İMEİ kodu **********26324 olan iPhone 11 Pro markalı telefon,Retroyumşaq künc divanı,Transformer Jurnal masasını nisyə almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki,cavabdehin 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2354 manat ödənilməmiş hissə,717 manat dəbbə pulu,cəmi 3070 manat, 02.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3381 manat ödənilməmiş hissə,776 manat dəbbə pulu,cəmi 4157 manat, 10.05.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1132.6 manat ödənilməmiş hissə,270.4 manat dəbbə pulu,cəmi 1403 manat,hər üç müqavilə üzrə ümumilikdə 8630 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında "xxxx" MMC arasında bağlanmış 25.12.2019-cu il,02.07.2020-ci il və 10.05.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Hansa solo soba, Samsung TV, Dr.Beckmann Naqar təmizləyicisi, Dr. Beckmann Steklokeramika təmizləyici sprey, İMEİ kodu **********26324 olan iPhone 11 Pro markalı telefon,Retro-yumşaq künc divanı,Transformer Jurnal masası almış və nəticədə 8630 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi hər 3 müqavilə üzrə əsas borc hissəsində təmin olunmalıdır. Məhkəmə qeyd olunan müqavilələr üzrə dəbbə puluna qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı dəbbə pulu azaldılmalıdır. Belə ki, 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 70 manat dəbbə pulu, 02.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 70 manat dəbbə pulu, 10.05.2020-ci il tarixli kredit müqaviləsi üzrə isə 20 manat dəbbə pulu müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehin əsas borc hissəsində iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2354 manat ödənilməmiş hissə,70 manat dəbbə pulu, 02.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3381 manat ödənilməmiş hissə,70 manat dəbbə pulu, 10.05.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1132.6 manat ödənilməmiş hissə,20 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2354 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, 02.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3381 manat ödənilməmiş hissə,70 manat dəbbə pulu, 10.05.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1132.6 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu,ümumilikdə 7027.6 borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar