Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-436/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədriyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "ABC TELEKOM” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-"xxxx"MMC . Cavabdeh-Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr: 1.xx.xx.2020-ci il tarixli müqavilə. 2.xx.xx.2020-ci il tarixli müqavilə. 3.xx.xx.2020-ci il tarixli müqavilə. Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ: 1.xx.xx.2020-ci il tarixli müqaviləüzrə 4953.6 manat ödənilməmiş hissə,900.4 manat cərimə; 2.xx.xx.2020-ci il tarixli müqavilə üzrə 620 manat ödənilməmiş hissə,180 manat cərimə; 3.xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1124 manat ödənilməmiş hissə,336 manat cərimə; Tələb olunan ümumi məbləğ-8204 manat borc və 102.04 manat dövlət rüsumu. Məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar:Alq-satqı müqavilələri, ödəniş cədvəlləri,əşyanın təhvil-təslim aktları,maliyyə arayışları,dövlət rüsumunun ödənilməsi barədə qəbz,pretenziya qaydasına əməl olunmasına dəlalət edən xəbərdarlıq məktubu. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Mülkü Prosessual Məcəlləsi: 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hər bir müqavilə üzrə iddia tələbini ödənilməmiş hissə(əsas borc)və cərimə hissəsində,elcəcə də dövlət rüsumunun tutulması hissədə əsaslı hesab edir. Cərimə məbləğlərinin hər bir müqavilə üzrə aşağıdakı qaydada azaldılmasını məqsəduyğun hesab edir: 1.xx.xx.2020-ci il tarixli müqaviləüzrə 900.4 manat cərimə 90 manat, 2.xx.xx.2020-ci il tarixli müqavilə üzrə 180 manat cərimə 10 manat, 3.xx.xx.2020-ci il tarixli müqavilə üzrə 336 manat cərimə 30 manat. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh "ABC TELEKOM” MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4953.6 manat ödənilməmiş hissə, 90 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 620 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1124 manat ödənilməmiş hissə, 30 manat cərimə, eləcə də 102.04 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh "ABC TELEKOM” MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4953.6 manat ödənilməmiş hissə,90 manat cərimə,xx.xx.2020-ci il tarixli müqavilə üzrə 620 manat ödənilməmiş hissə,10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1124 manat ödənilməmiş hissə,30 manat cərimə,ümumilikdə 6827.6 manat borc və 102.04 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-436/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-436/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver