Məhkəmə qərarları › İş №2(007)-4388/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4388/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4388/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış 22.04.2020-cu il və 23.04.2020-ci iltarixli müqavilələrə əsasən, cavabdehə MYKRONOZ ZETİME saat və Samsung Galaxy saat almış və nəticədə 525 manat borc yaranmışdır. Cavabdeh 22.04.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 378.6 manat (12 ay x 30.3 manat +15 manat ilkin ödəniş) MYKRONOZ ZETİME saat telefon üçün ümumilikdə 400 manat olmaqla ondan 363.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 36.4 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh 23.04.2020-ci iltarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 659 manat (6 ay x 105 manat + 29 manat ilkin ödəniş) olan Samsung Galaxy saat üçün ümumilikdə 125 manat olmaqla ondan 114 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 11 manat cərimə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 560 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdehdən ümumilikdə 525 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 22.04.2020-ci il tarixli 20040891 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə MYKRONOZ ZETİME saat verilmişdir. Cavabdeh oğlu müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 22.04.2020-ci il tarixli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 22-dən gec olmayaraq 12 ay müddətinə hər ay 30.3 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 23.04.2020-ci il tarixli nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh oğlunın sahibliyinə və istifadəsinə Samsung Galaxy markalı saat verilmişdir. Cavabdeh oğlu müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 23.04.2020-ci il tarixli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 23-dən gec olmayaraq 6 ay müddətinə hər ay 105 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 13.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunın 22.04.2020-ci il tarixli müqavilə üzrə 400 manat, 23.04.2020-ci il tarixli müqavilə üzrə 125 manat,cəmi 525 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh oğluna göndərilmiş 05.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh oğlundan borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 29.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 22.04.2020-ci il tarixli 20040891 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə MYKRONOZ ZETİME saat verilmişdir. Bundan başqa,"xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 23.04.2020-ci il tarixli nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh oğlunın sahibliyinə və istifadəsinə Samsung Galaxy markalı saat verilmişdir.Cavabdeh oğlu müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və layiqincə icra etməmişdir.Nəticədə onun 22.04.2020-ci il tarixli müqavilə üzrə 400 manat, 23.04.2020-ci il tarixli müqavilə üzrə 125 manat,cəmi 525 manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 22.04.2020-ci il tarixli müqaviləyə əsasən, MYKRONOZ ZETİME saat üçün 363 manat ödənilməmiş hissə,36.4 manat cərimə, 23.04.2020-ci iltarixli müqaviləyə əsasən, “Samsung Galaxy markalı saat üçün 114 manat ödənilməmiş hissə, 11 manat cərimə, ümumilikdə 525 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar