Məhkəmə qərarları › İş №2(007)-4391/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4391/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4391/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01896 olan Samsung Galaxy A51 markalı telefon üçün 693.4 (altı yüz doxsan üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 69.6 (altmış doqquz manat altmış qəpik) manat cərimə, 24.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********30618 olan Samsung Galaxy A50 markalı telefon üçün 373 (üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə olmaqla, ümumilikdə 1173 manat borc və 31.73 manat dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 25.02.2020-ci il və 24.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01896 olan Samsung Galaxy A51 markalı telefon, İMEİ kodu **********30618 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 1173 (min yüz yetmiş üç) manat borc yaranmışdır. Cavabdeh 25.02.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 778.4 (yeddi yüz yetmiş səkkiz manat qırx qəpik) manat (yəni 18 ay x 40.8 manat + 44 manat ilkin ödəniş) olan İMEİ kodu **********01896 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 763 (yeddi yüz altmış) manat olmaqla ondan 693.4 (altı yüz doxsan üç manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69.6 (altmış doqquz manat altmış qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 24.12.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 630 (altı yüz otuz) manat (yəni 12 ay x 52.5 manat +0 manat ilkin ödəniş), olan İMEİ kodu **********30618 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 410 (dörd yüz on) manat olmaqla ondan 373 (üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 342 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri" mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.02.2020-ci il tarixli, 20126733 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 778.4 manat olan, İMEİ kodu **********01896 olan Samsung Galaxy A51 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.12.2020-ci il tarixli, 01154230 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 630 manat olan İMEİ kodu **********30618 olan Samsung Galaxy A50 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 11 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.02.2020-ci il tarixli müqavilə üzrə 693.4 (altı yüz doxsan üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 69.6 (altmış doqquz manat altmış qəpik) manat cərimə, 24.12.2020-ci il tarixli müqavilə üzrə 373 (üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə olmaqla, ümumilikdə 1173 manat borc qalmışdır. İşə əlavə olunmuş 30 sentyabr 2021-ci il tarixli və 12 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 31.73 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 25.02.2020-ci il və 24.12.2020-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 25.02.2020-ci il tarixli müqavilə 693,4 manat ödənilməmiş hissə, 69,6 manat cərimə, 24.12.2020-ci il tarixli müqavilə üzrə 373 (üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə olmaqla, ümumilikdə 1173 manat borc və ödənilmiş 31,73 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar