Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4394/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızına qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdeh Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızına qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 mart 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33881 olan «Samsung Galaxy S6» markalı telefon üçün 261 manat əsas borcun, 26 manat cərimənin, 25 iyul 2019-cu il tarixli müqavilə üzrə «Samsung» markalı LED TV, paltaryuyan üçün 2382 manat əsas borcun, 238 manat cərimənin, 29 mart 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********39005 olan «Hoffman Neo A300» markalı telefon üçün 81 manat əsas borcun, 8 manat cərimənin və 15 may 2019-cu il tarixli müqavilə üzrə «Hoffmann» markalı musiqi mərkəzi və yaddaş kartı üçün 422 manat əsas borcun, 42 manat cərimənin, ümumilikdə isə 3460 manat borc, 54,6 manat dövlət rüsumu olmaqla, cəmi 698 manat pulun cavabdeh Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızından alınaraq, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 29 mart 2019-cu il, 25 iyul 2019-cu il, 29 mart 2019-cu il və 15 may 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********33881 olan «Samsung Galaxy S6» markalı telefon, «Samsung» markalı LED TV, paltaryuyan, İMEİ kodu **********39005 olan «Hoffman Neo A300» markalı telefon, «Hoffmann» markalı musiqi mərkəzi və yaddaş kartı almış və nəticədə 3460 (üç min dörd yüz altmış) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29 mart 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 522 manat (18 ay x 29 manat + 100 manat ilkin ödəniş) İMEİ kodu **********33881 olan «Samsung Galaxy S6» markalı telefon üçün ümumilikdə, 287 manat olmaqla ondan, 261 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 manat cərimə miqdarında borc yaranmışdır. 25 iyul 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2682 manat (18 ay x 149 manat + 0 manat ilkin ödəniş) «Samsung» markalı LED TV, paltaryuyan üçün ümumilikdə, 2620 manat olmaqla ondan, 2382 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 238 manat cərimə; 29 mart 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 192 manat (12 ay x 16 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********39005 olan «Hoffman Neo A300» markalı telefon üçün ümumilikdə, 89 manat olmaqla ondan, 81 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 manat cərimə; 15 may 2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 456 manat (24 ay x 19 manat + 0 manat ilkin ödəniş) «Hoffmann» markalı musiqi mərkəzi və yaddaş kartı üçün ümumilikdə, 464 manat olmaqla ondan, 422 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 706 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gıinünə hesablanmış 1%-i həcmində “Müştəri’' mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızı arasında bağlanmış 29 mart 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızına ümumi dəyəri 522 manat olan, İMEİ kodu **********33881 olan «Samsung Galaxy S6» markalı telefon satılmışdır. Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızı müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızı arasında bağlanmış 25 iyul 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızına ümumi dəyəri 2682 manat olan «Samsung» markalı LED TV, paltaryuyan satılmışdır. Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızı müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızı arasında bağlanmış 29 mart 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızına ümumi dəyəri 192 manat olan İMEİ kodu **********39005 olan «Hoffman Neo A300» markalı telefon satılmışdır. Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızı müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızı arasında bağlanmış 15 may 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızına ümumi dəyəri 324 manat olan «Hoffmann» markalı musiqi mərkəzi və yaddaş kartı satılmışdır. Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızı müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 12 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızınun 29 mart 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 261 manat, cərimə borcu üzrə 26 manat olmaqla, ümumilikdə 287 manat borcu vardır. Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızınun 25 iyul 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 2382 manat, cərimə borcu üzrə 238 manat olmaqla, ümumilikdə 2620 manat borcu vardır. Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızınun 29 mart 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 81 manat, cərimə borcu üzrə 8 manat olmaqla, ümumilikdə 89 manat borcu vardır. Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızınun 15 may 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 422 manat, cərimə borcu üzrə 42 manat olmaqla, ümumilikdə 464 manat borcu vardır. Hər dörd müqavilə üzrə ümumilikdə 3460 manat borcu vardır. İşə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 54,60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızı 29 mart 2019-cu il tarixli, 25 iyul 2019-cu il tarixli, 29 mart 2019-cu il və 15 may 2019-cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 29 mart 2019-cu il tarixli müqavilə üzrə 261 manat əsas borc, 26 manat cərimə borcu, 25 iyul 2019-cu il tarixli müqavilə üzrə 2382 manat əsas borc, 238 manat cərimə borcu, 29 mart 2019-cu il tarixli müqavilə üzrə 81 manat əsas borc, 8 manat cərimə borcu və 15 may 2019-cu il tarixli müqavilə üzrə 422 manat əsas borc, 42 manat cərimə borcu olmaqla, ümumilikdə 3460 manat borc və ödənilmiş 54,60 manat dövlət rüsumunun əvəzi Şirinova (Fərzəliyeva) Rəna Müzəffər qızından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-4394/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4394/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver