Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-449/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 2804 manat əsas, 255.89 qəpik cərimə və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.09.2018-ci il tarixli 325699 saylı alqı-satqı müqaviləsinə əsasən o, 3644 manat dəyərində iki ədəd televizor almışdır. Cavabdeh alınmış malların dəyərindən 200 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 aya bölərək, hər ay üçün 287 manat hissə-hissə ödəmək şərtilə aldığı malın dəyəri kimi, cəmi 3444 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyərək əsas borcundan bu günədək 640 manat ödəniş etmiş, qalan 2804 manat borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq aldığı əşyaların pulunu qanunsuz və əsassız olaraq ödəməmiş, onun biznes fəaliyyətinə 255 manat 89 qəpik məbləğində ziyan vurmuşdur. Həmin pulun da borcludan tutulmalı olduğunu qanuni hesab etmişdir. İddaçı İddiaçı 31.03.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyi ona məlum olduğundan əvvəlcədən məhkəməni bu barədə məlumatlandırmış və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iddia tələbini müdafiə etdiyini və mövcud sübutlar əsasında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını, cavabdeh iştirak etmədiyi təqdirdə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən xx.xx.1986-cı ildə Masallı rayonunda anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fiziki şəxsin sahibkarlıq fəaliyyəti haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı sahibkar kimi Azərbaycan Respublikası Prezidentinin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 25.09.2018-ci il tarixli 325699 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X2 tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Hisense 32N2170HVV” markalı və “Philips 55PUS7100/60” markalı 2 ədəd televizor verilmişdir. Cavabdeh X1 alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.09.2018-ci il tarixli 325699 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 25-dən gec olmayaraq 12 ay müddətinə hər ay 287 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 05.08.2020-ci il tarixli arayışa əsasən Cavabdeh 25.09.2018-ci il tarixli 325699 saylı alqı-satqı müqaviləsi üzrə 3444 manat əsas borcundan həmin günədək 640 manat ödəniş etmiş, 2804 manat əsas, 255 manat 89 qəpik cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə kreditor İddiaçı arasında bağlanmış 25.09.2018-ci il tarixli 325699 nömrəli müqavilə üzrə 2 ədəd televizor almış və nəticədə 2804 manat borc və 255.89 manat cərimə borcu yaranmışdır. Lakin Cavabdeh müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 325699 nömrəli, 25.09.2018-ci il tarixli müqavilə üzrə 2804 manat əsas, 255.89 manat dəbbə pulu olmaqla cəmi 3.059.89 (üç min əlli doquz manat səksən doqquz qəpik) və 30 manat dövlət rusumu İddiaçı xeyrinə tutlsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-449/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-449/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver