Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-450/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı X6 cavabdeh X4 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh X4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X8 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla mağaza işlədir.Onunla cavabdeh X5 arasında bağlanmış 15.08.2018-ci il tarixli 321923 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi qiyməti 3360 manat olan kondisioner, paltaryuyan maşın və kombi sistemi satılmışdır.Cavabdeh 250 manat ödəniş etməklə hər ay üçün 189 manat 44 qəpik hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi,cəmi 3410 manat ödəməyi öhdəsinə götürmüşdür.Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş,3410 manat əsas borcu indiyədək ödəməmiş,bununla da alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.Cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq aldığı əşyaların pulunu qanunsuz və əsassız olaraq ödəməmiş,iddiaçının biznes fəaliyyətinə 327 manat 75 qəpik məbləğində ziyan vurmuşdur. Qeyd olunanlara əsasən cavabdeh X2 mənim xeyrimə 3410 manat əsas,327 manat 75 qəpik cərimə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edirəm İddiaçı X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı X8 28.09.2020-ci il tartixdə ərizə ilə məhkəməyə müracət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: 15.08.2018-ci il tarixli 321923 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X1 fəaliyyəti ilə məşğul olduğu mağazadan cavabdeh X4 18 ay müddətinə ümumi qiyməti 3660 manat dəyərində olan kondisioner, paltaryuyan maşın və kombi sistemi satmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh 18 ay müddətinə hər ay 189.44 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, X3 21.07.2018-ci il tarixli alqısqtı müqaviləsi üzrə 3410 manat əsas borcundan bugünədək ödəniş etməmiş, , 3410 manat əsas,327 manat 75 qəpik cərimə borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, 05.08.2020-ci il tarixli 321923 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 3410 manat borcun ödənilməsi barədə xəbərdar olunmuş, əks halda məhkəməyə müraciət olunacağı ona bildirilmişdir. İş materiallarında olan 18.08.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X8 məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən olunan qaydada alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə öhdəliklərinə əməl edərək alqısatqı predmeti olan dəyəri 3660 manat dəyərində olan kondisioner, paltaryuyan maşın və kombi sistemi alıcıya nisyə vermiş, sonuncu isə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Hal-hazırda cavabdehin 3410 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən borcun tutulması barədə tələb əsaslıdır. Məhkəmə, toplanmış sübutlara tam və hərtərəfli araşdırıb, qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin olunmalı, X2 3410 manat əsas,327 manat 75 qəpik cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu X6 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 3410 manat əsas, 327 manat 75 qəpik cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu X6 xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-450/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-450/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver