Məhkəmə qərarları › İş №2(007)-4526/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4526/2021

17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4526/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46338 olan Samsung Galaxy A50 markalı telefon üçün 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********86724 olan Samsung Galaxy A50 markalı telefon və aksesuar, Philips Trimmer üçün 418 (dörd yüz on səkkiz) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə, 12.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********02624 olan Huawei Y9 Prime markalı telefon üçün 416 (dörd yüz on altı) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə, ümumilikdə 1208 manat borc, 32,08 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 15.09.2019-cu il, 28.12.2019-cu il və 12.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46338 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ kodu **********86724 olan Samsung Galaxy A50 markalı telefon və aksesuar, Philips Trimmer, İMEİ kodu **********02624 olan Huawei Y9 Prime markalı telefon almış və nəticədə 1208 (min iki yüz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (12 ay x 54 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********46338 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 292 (iki yüz doxsan iki) manat olmaqla ondan, 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə miqdarında borc yaranmışdır. 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840.4 (səkkiz yüz qırx manat qırx qəpik) manat (12 ay x 69.7 manat + 4 manat ilkin ödəniş) olan İMEİ kodu **********86724 olan Samsung Galaxy A50 markalı telefon və aksesuar, Philips Trimmer üçün ümumilikdə, 459 (dörd yüz əlli doqquz) manat olmaqla ondan, 418 (dörd yüz on səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41 (qırx bir) manat cərimə, 12.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (12 ay x 52 manat + 48 manat ilkin ödəniş) olan İMEİ kodu **********02624 olan Huawei Y9 Prime markalı telefon üçün ümumilikdə, 457 (dörd yüz əlli yeddi) manat olmaqla ondan, 416 (dörd yüz on altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41 (qırx bir) manat cərimə borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1060.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.09.2019-cu il tarixli, 00913692 nömrəli, 28.12.2019-cu il tarixli, 01167286 nömrəli, 12.03.2020-ci il tarixli, 20169026 nömrəli müqavilələrdən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 648 manat olan İMEİ kodu **********46338 olan Samsung Galaxy A50 markalı telefon, ümumi dəyəri 840.4 manat olan İMEİ kodu **********86724 olan Samsung Galaxy A50 markalı telefon və aksesuar, Philips Trimmer, ümumi dəyəri 672 manat olan İMEİ kodu **********02624 olan Huawei Y9 Prime markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 20 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15.09.2019-cu il tarixli müqavilə üzrə 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə, ümumilikdə 292 manat, 28.12.2019-cu il tarixli müqavilə üzrə 418 (dörd yüz on səkkiz) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə, ümumilikdə 459 manat, 12.03.2020-ci il tarixli müqavilə üzrə 416 (dörd yüz on altı) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə, ümumilikdə 457 manat borcu qalmışdır. İşə əlavə olunmuş 21 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 32.08 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 15.09.2019-cu il tarixli, 28.12.2019cu il tarixli və 12.03.2020-ci il tarixli müqavilələr əsasında İddiaçı MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 15.09.2019-cu il tarixli müqavilə üzrə əsas borc 266 manat, cərimə borcu üzrə 26 manat, ümumilikdə 292 manat, 28.12.2019-cu il tarixli müqavilə üzrə əsas borc 418 manat, cərimə borcu üzrə 41 manat, ümumilikdə 459 manat, 12.03.2020-ci il tarixli müqavilə üzrə əsas borc 416 manat, cərimə borcu üzrə 41 manat, ümumilikdə 457 manat borc və ödənilməmiş 1208 manat borc və 32,08 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar