Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4536/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38012 olan “X1 9S” markalı telefon üçün 679 (altı yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 67(altmış yeddi) manat cərimə və 14.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********39332 olan “Samsung Galaxy A20s” markalı telefon üçün 190 (yüz doxsan) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, ümumilikdə 955 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 14 avqust 2020-ci il və 14 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38012 olan “X1 9S” markalı telefon və İMEİ kodu **********39332 olan “Samsung Galaxy A20s” markalı telefon almış və nəticədə 955 (doqquz yüz əlli beş) manat borc yaranmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 14 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 718.2 (yeddi yüz on səkkiz manat iyirmi qəpik) manat (18 ay x 39.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********38012 olan “X1 9S” markalı telefon üçün 679 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 67 manat cərimə pulu borcu, ümumilikdə 746 manat borcu qalmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 14 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 443.8 manat (14 ay x 31.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********39332 olan “Samsung Galaxy A20s” markalı telefon üçün 190 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 manat cərimə pulu borcu, ümumilikdə 209 manat borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 293 manat təşkil edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.08.2020-ci il tarixli, 21075172 nömrəli və 14.02.2020-ci il tarixli, 20100280 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 718.2 manat olan İMEİ kodu **********38012 olan “X1 9S” markalı telefon, ümumi dəyəri 443.8 manat olan İMEİ kodu **********39332 olan “Samsung Galaxy A20s” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 27 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh 14 avqust 2020-ci il tarixli müqavilə üzrə 679 manat ödənilməmiş hissə, 67 manat cərimə borcun, ümumilikdə 746 manat borcu qalmışdır. İşə əlavə olunmuş 27 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh 14 fevral 2020-ci il tarixli müqavilə üzrə 190 manat ödənilməmiş hissə, 19 manat cərimə pulu borcun, ümumilikdə 459 manat qalmışdır. İşə əlavə olunmuş 28 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 14 avqust 2020-ci il və 14 fevral 2020-ci il tarixli müqavilələr əsasında İddiaçı MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 14 avqust 2020-ci il tarixli müqavilə üzrə 679 manat ödənilməmiş hissə, 67 manat cərimə pulu borcu və 14 fevral 2020-ci il tarixli müqavilə üzrə 190 manat ödənilməmiş hissə, 19 manat cərimə borcu olmaqla ümumilikdə 955 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-4536/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4536/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver