Məhkəmə qərarları › İş №2(007)-4548/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4548/2021

12.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4548/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Piralı qızının cavabdeh Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Piralı qızı cavabdeh Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir; 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hazırkı halda müəyyən edildi ki, İddiaçı Piralı qızı iddia tələbinin əsasını təşkil edən, o cümlədən onun istehlakçı olmasını təsdiq edən sübutlarını iddia ərizəsinə əlavə etməmiş, iddia ərizəsinə yalnız şəxsiyyətini təsdiq edən sənədin kserosurətini və yaşayış yerini təsdiq edən arayışı əlavə etmişdir. Bundan başqa, qanunvericiliyə görə idarə hüquqi şəxs olmadığından, hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərdiyindən, iddiaçı Mirzəliyeva X1 rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Hansı ki, “vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat”dan və “Elektron Məhkəmə” informasiya sistemi vasitəsinə nəzər yetirdikdə müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsi hüquqi şəxs olmamaqla, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan idarədir. Göründüyü kimi, iddiaçı "xxxx" ASC-yə qarşı iddia qaldırmalı olduğu halda, həmin ASC-nin hüquqi şəxs olmayan və əsasnamə əsasında fəaliyyət göstərən Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı iddia qaldırmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan nöqsanlara görə iddia ərizəsi iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Piralı qızının cavabdeh Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Piralı qızına göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar