Məhkəmə qərarları › İş №2(007)-4564/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4564/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4564/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış 11.01.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdehə İMEİ kodu **********13868 olan Huawei P30 Lite markal telefon , Huawei tərəzi almış və nəticədə 671 manat borc yaranmışdır. Cavabdeh 11.01.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 942 manat İMEİ kodu **********13868 olan Huawei P30 Lite markalı telefon , Huawei tərəzi üçün ümumilikdə 671 manat olmaqla ondan 610 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 61 manat cərimə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 332 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdehdən ümumilikdə 671 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 11.01.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə İMEİ kodu **********13868 olan Huawei P30 Lite markalı telefon , Huawei tərəzi verilmişdir. Cavabdeh oğlu müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 15.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 11.01.2020ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ümumilikdə 671 manat olmaqla ondan 610 manat ödənilməmiş hissə, 61 manat cərimə pulu borcu vardır. Müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 20-dən gec olmayaraq 20 ay müddətinə hər ay 47,1 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh oğlundan borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh oğlu arasında qanunla müəyyən olunmuş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" MMC müqavilənin şərtlərinə əml edərək müqavilədə nəzərdə tutulan malı alıcının sahibliyinə və istifadəsinə versə də,sonuncu müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərə tam və layiqincə əməl etməmişdir.Nəticədə onun "xxxx" MMC-yə 671 manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh oğlundan 11.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********13868 olan Huawei P30 Lite markal telefon,Huawei tərəzi üçün 610 manat manat ödənilməmiş hissə, 61 manat cərimə, cəmi 671 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar