Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4569/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76828 olan Samsung Galaxy A21s markalı telefon, Panasonic Fen-daraq üçün 483 (dörd yüz səksən üç) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə, 13.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********61317 olan iPhone 11 markalı telefon üçün 2959,8 (iki min doqquz yüz əlli doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 295,2 (iki yüz doxsan beş manat iyirmi qəpik) manat cərimə, 29.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 822 (səkkiz yüz iyirmi iki) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat cərimə, ümumilikdə 4690 manat borc, 66,9 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 10.06.2020-ci il, 13.09.2020-ci il və 29.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76828 olan Samsung Galaxy A2ls markalı telefon, Panasonic Fen-daraq, İMEİ kodu **********61317 olan iPhone 11 markalı telefon, Samsung Paltaryuyan almış və nəticədə 4690 (dörd min altı yüz doxsan) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 687 (altı yüz səksən yeddi) manat (12 ay x 57 manat + 3 manat ilkin ödəniş) İMEİ kodu **********76828 olan Samsung Galaxy A21s markalı telefon, Panasonic Fen-daraq üçün ümumilikdə, 531 (beş yüz otuz bir) manat olmaqla ondan, 483 (dörd yüz səksən üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48 (qırx səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. 13.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3152.8 (üç min yüz əlli iki manat səksən qəpik) manat (18 ay x 174.6 manat + 10 manat ilkin ödəniş) olan İMEİ kodu **********61317 olan iPhone 11 markalı telefon üçün ümumilikdə, 3255 (üç min iki yüz əlli beş) manat olmaqla ondan, 2959.8 (iki min doqquz yüz əlli doqquz manat səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 295.2 (iki yüz doxsan beş manat iyirmi qəpik) manat cərimə, 29.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1297.8 (min iki yüz doxsan yeddi manat səksən qəpik) manat (18 ay x 72.1 manat + 0 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan üçün ümumilikdə, 904 (doqquz yüz dörd) manat olmaqla ondan, 822 (səkkiz yüz iyirmi iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 82 (səksən iki) manat cərimə, cavabdehin cəmi ödədiyi məbləğ 872.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.06.2020-ci il tarixli, 20339763 nömrəli, 29.06.2020-ci il tarixli, 20374900 nömrəli 13.09.2020-ci il tarixli, 21164464 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 687.0 manat olan İMEİ kodu **********76828 olan Samsung Galaxy A21s markalı telefon, Panasonic Fen-daraq, ümumi dəyəri 31528.8 manat olan İMEİ kodu **********61317 olan iPhone 11 markalı telefon, ümumi dəyəri 1297.8 manat olan Samsung Paltaryuyan satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 28 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh 10.06.2020-ci il tarixli müqavilə üzrə 483 manat ödənilməmiş hissə, 48 manat cərimə, 10.06.2020-ci il tarixli müqavilə üzrə 2959,8 manat ödənilməmiş hissə, 295,2 manat cərimə, 13.09.2020-ci il tarixli müqavilə üzrə 822 manat ödənilməmiş hissə, 82 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4690 manat qalmışdır. İşə əlavə olunmuş 28.10.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 66,9 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 10.06.2020-ci il, 29.06.2020-ci il və 13.09.2020-ci il tarixli müqavilələr əsasında İddiaçı MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə 10.06.2020-ci il tarixli, 20339763 nömrəli müqavilə üzrə 483 manat əsas borc, 30 manat cərimə borcu, 13.09.2020-ci il tarixli, 21164464 nömrəli müqavilə üzrə 2959,8 manat əsas borc, 50 manat cərimə borcu, 29.06.2020-ci il tarixli, 20374900 nömrəli müqavilə üzrə 822 manat əsas borc, 40 manat olmaqla, ümumilikdə 4384,8 manat borc və ödənilmiş 66,9 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 10.06.2020-ci il tarixli, 20339763 nömrəli müqavilə üzrə 483 manat əsas borc, 30 manat cərimə borcu, 13.09.2020-ci il tarixli, 21164464 nömrəli müqavilə üzrə 2959,8 manat əsas borc, 50 manat cərimə borcu, 29.06.2020-ci il tarixli, 20374900 nömrəli müqavilə üzrə 822 manat əsas borc, 20 manat olmaqla, ümumilikdə 4364,8 manat borc və ödənilmiş 66,9 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx"MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-4569/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4569/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver