Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-466/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X11 nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X11 Cavabdeh qarşı “tikilinin özbaşına tikili hesab edilməsi və sökülərək «Mühafizə Zonası»ndan çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X15 Cavabdeh qarşı “tikilinin özbaşına tikili hesab edilməsi və sökülərək «Mühafizə Zonası»ndan çıxarılması” barədə iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X13 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 40 metrlik məsafəsində torpaq zəbt edilməklə Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsi P.Fərzəliyev küçəsində özbaşına boz kərpicdən 4,5 x 3 x 3 metr ölçüdə fərdi yaşayış evi inşa edilmişdir. Bundan başqa həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel Dş- 500 mm, Dş-300 mm və Dş-250 mm neft boru kəmərləri keçir. Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X15 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir.“Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Göstərilənlərə əsasən, Cavabdeh tərəfindən Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi P.Fərzəliyev küçəsində 4.5 x 3 x 3 metr ölçüdə inşa edilmiş tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X13 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 40 metrlik məsafəsində torpaq zəbt edilməklə Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi P.Fərzəliyev küçəsində boz kərpicdən 4.5 x 3.0 x 3.0 metr ölçülərdə inşa edilmiş fərdi yaşayış evinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması barədə xx.xx.2023-cü il tarixli 14-2-27/2-2219/2023 saylı iddia ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət olunmuş və xx.xx.2023-cü il tarixli 2(007)-466/2023 saylı mülki işin icratına başlanılmışdır. Növbəti monitorinq zamanı Heydər Əliyev adına X13 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin 47 metrlik məsafəsində Cavabdeh tərəfindən, həmin ərazidə boz kərpicdən 3.4 x 2.0 x 1.8 metr ölçülərdə özbaşına inşa edilmiş sanitar qovşağına dam örtüyünün vurulması aşkar edilmişdir. Cavabdeh şifahi xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq o, tikinti işlərini davam etdirdiyi üçün tərəflərindən xx.xx.2024-cü il tarixdə əraziyə baxış keçirilmiş, akt tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, “Cavabdeh tərəfindən Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi P.Fərzəliyev küçəsində boz kərpicdən 4.5 x 3.0 x 3.0 metr ölçülərdə inşa edilmiş fərdi yaşayış evinin və 3.4 x 2.0 x 1.8 metr ölçülərdə sanitar qovşağının özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikililərin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması” barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X11 nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edib, əlavə olaraq bildirdi ki, həm ekspert rəyində, həm də mütəxəssis rəyində sözügedən özbaşına tikilinin “Mühafizə zonası”nda yerləşməsi təsdiq olunur, bu hal həm də cavabdehin özü üçün təhlükəlidir. Həmçinin, sözügedən ərazidə mövcud olan bütün özbaşına tikililərin sökülməsi tələbi ilə bağlı məhkəmələrə müraciət olunmuşdur. Buna görə də Z.V.Mustafayeva, qeyd edilənləri əsas tutaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, qeyd olunan ərazidə sadəcə ona məxsus olan tikili mövcud deyil, belə ki, ondan da xeyli müddət əvvəl çoxlu şəxslərlər tərəfindən mühafizə zonasının yaxınlığında tikintilər aparılmışdır. Onun evinin sökülməsi üçün, əvvəlcə növbəli şəkildə ondan əvvəl tikinti aparmış şəxslərin evləri sökülməlidir. Onun sadəcə kiçik bir “daxma”sı vardır, başqa yaşayış yeri də yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı təqdiq edilmiş: - xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X9 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. - Əraziyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Heydər Əliyev adına Bakı X11 Mühafizəsi üzrə Polis İdarəsinin bölük komandiri vəzifəsini müvəqqəti icra edən, polis mayoru X5, manqa komandiri, polis baş serjantı X4, polis nəfəri, polis baş serjantı isayev Rüfət Xanlar oğlu həmin aktı tərtib etmişlər ondan ötrü ki, xx.xx.2023-cü ıl tarixdə saat 17:00 radələrində Heydər Əliyev adına X14 neft məhsulları nəql olunan kəmərlərinin mühafizə zolağında Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi ünvanında 48 saylı postun ərazisində kəmərdən təqribən 45 metr aralı məsafədə kəmərə paralel 2-ci sırada (qarşısında köhnədən yaşayış evi var) naməlum şəxs tərəfindən 4,5X3 metr ölçülərdə dam örtüyü, eləcə də plastik qapı və pəncərəsi vurulmuş kiçik ev tikintisi tərəflərindən aşkarlanmışdır. - xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, həmin tarixdə saat 10:30 radələrində Heydər Əliyev adına X13 (NEZ) məxsus neft məhsulu nəql olunan neft boru kəmərlərinin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən tikinti işləri aparılan mübahisəli əraziyə- Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, tikinti işləri ilə NEZ-ə məxsus ən yaxın olan Dş-300 mm neft boru kəməri arasındakı məsafə 40 metr məsafə təşkil edir. Nəticədə bu kəmərinə paralel NEZ-ə məxsus Dş-500 mm, Dş-300 mm digər neft boru kəmərlərinin keçdiyi müəyyənləşdirildi. Aparılan tikinti işlərinin təxmini ölçüləri 4.5 metr uzunluğunda, 3 metr hündürlüyündə, 3 metr enində aşkar olunmuşdur. - Məhkəməyə özbaşına tikintinin fotoşəkilləri təqdim edilmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 100 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikintaltı sahəsi 26.8 kv.m olan birmərtəbəli yaşayış evi mövcuddur. Torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Sözügedən torpaq sahəsinin və üzərində yerləşən tikilinin yerləşməsinə dair koordinatları əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən yaşayış evi tam şəkildə dəmiryolu xəttinin və eynilə 38 kv.m hissə neft kəmərinin mühafizə zonasında yerləşir. Sahənin yaxın ətrafından çox sayda neft-qaz xətləri keçir. - Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/3409 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında təqdim olunan Cavabdeh istifadəsində olan birmərtəbəli eni 4.3 metr, uzunluğu 5.3 metr, hündürlüyü 3 metr təşkil tikili və həmin tikiliyə bitişik eni 1.8 metr, uzunluğu 2 metr və hündürlüyü 3 metr olan sanitar qovşağının 300 mm-lik neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir; 22-ci maddəsinin 2-ci bəndinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır; 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı Qərarının 4.1-ci bəndinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Bundan başqa, X7rşı işi üzrə qərarının 54-cü paraqrafında Avropa İnsan Hüquqları Məhkəməsi “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı potensial riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir (Paul və Audrey Edwards, paraqraf 54, 2000-Vİİ). Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin sahibliyində olan qanunsuz tikili dövlətin müstəsna mülkiyyətində olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X13 məxsus boru kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində və tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına inşa edildiyinə, neft boru kəmərlərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyinə, cavabdehin özünün, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığına görə özbaşına tikili hesab edilməli, cavabdeh həmin tikilidən çıxarılmalı və tikili cavabdehin hesabına sökülməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti isə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1ndə yerləşən 4.5x3x3 metr ölçüdə inşa edilmiş fərdi yaşayış evi və 3.4x2x1.8 metr ölçüdə sanitar qovşaqdan ibarət tikili özbaşına (qanunsuz) tikili hesab edilsin. ünvan 1ndə yerləşən 4.5x3x3 metr ölçüdə inşa edilmiş fərdi yaşayış evi və 3.4x2x1.8 metr ölçüdə sanitar qovşaqdan ibarət tikili Cavabdeh vəsaiti hesabına sökülsün və “Mühafizə zonası”ndan çıxarılsın. Cavabdeh məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-466/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-466/2024
06.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver