Məhkəmə qərarları › İş №2(007)-474/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-474/2021

15.09.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-474/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Mirzəyevin sədrliyi, X1 Firdin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin "Həzi Aslanov" filialı lə Cavabdeh arasında 19.09.2019-cu il tarixli RPF-00933-16/19A saylı kredii müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 3754 (üç min yeddi yüz əlli dörd) manat 81 (səksən bir) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 60 (altmış) ay müddətinə cavabbeh Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK-00413-06/141J saylı 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 19 sentyabr 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restruklurizasiya edilmən ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF -00933-16/19A saylı 19 sentyabr 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır.Cavabdeh kredii müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ölürmüşdür və kredii müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə 13.08.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 3754.81 manat əsas borcu, 34.35 manat faiz borcu vardır. Beləliklə cavabdehin 13.08.2020-ci il tarixinə ümumi borcu 3789.16 manat təşkil edir. Qeyd olunanlara əsasən Bank "xxxx" ASC-nin "Həzi Aslanov" filialı ilə Cavabdeh arasında bağlanmış 19.09.2019-cu iİ tarixli RPF-00933- 16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 13.08.2020-ci il tarixinə ödənilməmiş 3754.81 manat əsas borc, 34.35 manat faiz borcu, ümumilikdə 3789.16 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin problemli kreditlər departamenti tərəfindən 15.09.2021-ci il tarixdə məhkəməyə göndərilmiş teleqramda işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutub işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 19.09.2019-cu il tarixli RPF-00933- 16/19A saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3754 manat məbləğində kredit verilib. Ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 19-dan gec olmayaraq 60 ay müddətinə 64.19 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 13.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun banka 3754.81 manat əsas, 34.35 manat faiz borcu, cəmi 3789.16 manat borcu vardır. 03.03.2020-ci il tarixli bildirişdən görünür ki, borclu borcun ödənilməsi barədə xəbərdar olunmuşdur. 19.08.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, o isə öz öhdəliklərinə əməl etməmişdir. Hal-hazırda cavabdehin 3789.16 manat borcu vardır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh arasında bağlanmış 19.09.2021-ci il tarixli RPF-00933-16/19A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 13.08.2020-ci il tarixinə ödənilməmiş 3754.81 manat əsas borc, 34.35 manat faiz borcu, cəmi 3789.16 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh arasında bağlanmış 19.09.2021-ci il tarixli RPF-00933-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 13.08.2020-ci il tarixinə ödənilməmiş 3754.81 manat əsas borc, 34.35 manat faiz borcu, cəmi 3789.16 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar