Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-498/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 18 fevral 2022-ci il tarixli, R 227797 saylı aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək akta əsasən hesablanmış 735.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Heç vaxt elektrik enerjisinə görə borcu olmamışdır. İstifadə etdiyi enerjinin pulunu vaxtlı-vaxtında ödəmişdir. 18 fevral 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun istifadə etdiyi elektrik sayğacına baxış keçirilmiş və mənzilin zirzəmi hissəsindən xətti zədələyərək kənar xətt çəkilməsi haqqında akt tərtib edilmişdir. Lakin həmin zirzəmidə heç vaxt yaşayış olmayıb, nə də orada elektrik sayğacından istifadə edilməyib. Onun yaşadığı ünvan 1 ünvanında mənzilin sayğacı işlək vəziyyətdədir, heç bir enerjidən istifadəyə görə pozuntu yoxdur. O, "xxxx" ASC-nin vəzifəli şəxslərinə müraciət edərək cərimə ilə razı olmadığını, cərimə qərarını məhkəmədə mübahisələndirəcəyini, işə məhkəmədə baxıb yekun qərar qəbul edilənə qədər bu qaydada elektrik xəttinin kəsilməsinin qanunsuz olduğunu və məhkəməyə müraciət etmək üçün onun cərimə olunmağı barədə sənədin surətinin ona verilməsini dəfələrlə xahiş və tələb etsə də vətəndaşa bu sənədin verilə bilməyəcəkləri, belə bir səlahiyyətlərinin olmadığı kimi absurd bir cavab vermişlər. Hesab edir ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 18 fevral 2022-ci il tarixli, R 227797 saylı akt əsassızdır, həmin akt əsasında hesablanmış borc məbləği əsassızdır, ona görə də həmin məbləğ silinməlidir. O, 2-ci dərəcəli əlildir, daim həkim nəzarətində müalicə alır, oğlu X3 torpaqların azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuşdur. Birinci dərəcəli əlildir, qazidir. Onunla birlikdə ünvan 1 ünvanında yaşayır. Məhkəmənin iclasında İddiaçı iddianı müdafiə edib, mənzili 2000-ci ildə aldıqlarını bildirmişdir. Mənzildə 2011-ci ildən yaşayış olmuşdur. Yaşamadıqları müddətdə də gəlib mənzilə baxırdılar. Heç vaxt kənar xətt olmamışdır. Zirzəmidə 1 lampıçka yanır onlara aidiyyəti yoxdur. Mənzilə gələn işıq sayğacdan gəlir. Hər ay "xxxx"ASC-nin əməkdaşları gəlir və neçə ildir kənar xətt olduğu müəyyən olunmamışıdır, indi o xətt haradan çıxdı bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 verdiyi izahatında bildirdi ki, iddia təmin edilməlidir. Belə ki, işıq enerjisindən istifadə üzrə limit keçməzsə, sərfiyyat 0.11 manatdan, əgər limit keçərsə, 0.13 manatdan hesablanır. İddiaçı tərəfindən istifadə edilmiş işıq enerjisinə görə borc hesablanmışdır. Həmçinin akta əsasən kənar xətt aşkarlanıb cərimə olunmuşdur. Sayğaclara hər ay əməkdaşlar tərəfindən baxış kçirilir. Cərimə hesablananda orta sərfiyyat 365 günə vurulur. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 18 fevral 2022-ci il tarixli R 227797 saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında quraşdırılmış sayğacın yoxlanması zamanı elektrik sayğacından mənzilin zirzəmi hissəsindən xətti zədələyərək kənar xətt çəkilməsi müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 04.04..2022-ci il tarixində EİQ pozulması nəticəsində 735.60 manat məbləğində borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən 18 fevral 2022-ci il tarixdə İddiaçı məxsus ünvan 1 ünvanında mənzilin zirzəmi hissəsində kənar xətt çəkilməsi barədə akt tərtib edilmiş və kənar xətt "xxxx" ASC əməkdaşları tərəfindən ləğv edilmişdir. Abonentin saldosuna əsasən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixinə istifadə edilən enerjiyə görə 4.88 manat, xx.xx.2022-ci il tarixinə 6 manat, xx.xx.2022-ci il tarixinə 488.30 manat və 248.30 manat borc hesablanmışdır. Hazırda iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən çəkilmiş hesab olunan kənar xətt mənzildən bayırda zirzəmidə quraşdırılmışdır, bu səbəbdən iddiaçının zirzəmidə çəkilmiş kənar xətti başqalarının müdaxilələrindən güdməsi qeyri-mümkündür, kənar xəttin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən çəkilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Qeyd olunan iş üzrə sübutetmə yükü "xxxx" ASC-nin üzərinə düşür. Buna baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. O cümlədən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R № 227797 saylı aktdan da göründüyü kimi, akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü maddəsində nəzərdə tutulmuş qaydada mənzil sahibinin iştirakı təmin edilməmiş, mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Həmçinin aktda göstərilən qüsur telefonun videokamerası vasitəsilə vasitəsilə lentə alınması qeyd olunsa da məhkəməyə videoçəkiliş təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı da akt tərtib edildiyi zaman məlumatının olmadığını, sonradan xəbəri olduğunu qeyd etmişdir. Qeyd olunan hallar həmin aktın etibarsızlığı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, cavabdeh orqan aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 18 fevral 2022ci il tarixli R 227797 nömrəli akt etibarsız hesab edilməli və əsassız hesablanmış borc silinməlidir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, akt tərtib edikdikdən sonra sayğacdan kənar işlədicilərin olması əsası ilə 735.6 manat borc hesablanmış, qalan məbləğlər (4.88 manat və 6 manat) isə enerji sərfiyyatı üçün hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən akt əsasında hesablanmış 729.6 manat borc silinməlidir, enerji sərfiyyatına görə hesablanmış borcun silinməsi üçün isə əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 18 fevral 2022-ci il tarixli R 227797 saylı akt etibarsız hesab edilməli, İddiaçı **********30077 abonent kodu üzrə hesablanmış 729.6 manat məbləğində borc silinməli, aylıq orta sərfiyyat 6 manat isə iddiaçı tərəfindən ödənilməlidir. Ona görə iddia tələbinin cərimənin silinməsi hissəsi təmin olunmalı, iddia qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 18 fevral 2022-ci il tarixli R 227797 saylı akt etibarsız hesab edilsin və İddiaçı **********30077 abonent kodu üzrə hesablanmış 729.6 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-498/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-498/2023
31.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver