Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-510/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi Səməd qızı ailəlidir, 2 uşağı var, oğlu X3 anadangəlmə xəstədir, diaqnozu çox ağır, əqli gerilik, dərin kəm-ağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları İQ-23 yanaşı davranış pozuntuların olması təzahür dairəsi (məsələn, heparaktivlik, əqli gerilik və aqressiya belə ki, ağır autizm onunla yanaşı bir çox xəstəlikləri vardır). Belə ki, oğlu müddətsiz ümumi xəstəlik olmaqla əmək qabiliyyətsizdir. Oğlu, bir ana kimi onun öz vəsaiti hesabına 2 nömrəli kliniki psixatiriya xəstəxanasında müalicə almış, və həmin klinikada qeydiyyatdadır. Oğlu onunla birlikdə məskunlaşdığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 74-də yaşayır. O, psixi xəstəliklə daimi müalicə qəbul edir və hal-hazırda müalicəsi davam edir. Psixi xəstəlikdən əziyyət çəkdiyi üçün özünü sərbəst idarə edə bilmir. Hərəkətlərini dərk etmir. Oğlu xəstə olduğundan fiziki cəhətdən özünü idarə edə bilmir daimi onun qulluğuna ehtiyacı vardır. Onun müalicəsi üçün hər ay 500 manat pul xərclənir. Oğlu sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməkdə və müdafiə etməkdə çətinlik çəkir. Oğlu öz hərəkətlərinin mənasını dərk etmədiyi və hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün bir sıra problemlər yaranır. Hesab edir ki, X3 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin edilməlidir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatdadır; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuşdur, Füzuli rayonu, Horadiz kəndində ünvanında qeydiyyatdadır; - AZ-İ seriyalı, 283760 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi arasında xx.xx.2006-cı il tarixdə Füzuli rayon VVADQ şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması barədə akt qeydində 551 nömrə ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası İnsanların və X6 üzrə Dövlət Komitəsi Nizami rayon sektorunun 101 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 16 may 2017-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 74 ünvanında yerləşən mənzildə müvəqqəti qeydiyyatdadır; -AA seriyalı, 210128 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi Füzuli rayonundan məcburi köçkün düşmüşdür və Nizami rayonunda qeydiyyatda alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 brinci qrup əlildir, ağır kəmağıllıq, kəskin imbesillik xəstəliyindən əziyyət çəkir, əmək qabiliyyətsizdir, kənar şəxslərin himayəsinə ehtiyacı var. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025ci il tarixli, 146 saylı rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2006-cı il tarixdə doğulmuş oğlu X3 “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə İ dərəcəli əlildir. Onda ağır dərəcəli əqli gerilik davranış pozuntuları aşkar olunmuşdur. Bunun nəticəsində özünü idarə etmək və hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2025-ci il tarixli, 146 saylı rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2006-cı il tarixdə ünvan 2 ünvanında müvəqqəti qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlər rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi məcburi köçkün olduğundan məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-510/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-510/2025
17.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver