Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-53/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı qızının qanuni nümayəndəsinin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 cavabdehlər Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qızına, Cavabdeh1 və Cavabdeh3 Cəbrail qızına qarşı “cavabdehlərə məxsus pay hüququna kompensasiya ödənilməklə xitam verilməsi və ya əmlakın açıq hərracda satılaraq pulun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qızına və Cavabdeh3 Cəbrail qızına qarşı “cavabdehlərə məxsus pay hüququna kompensasiya ödənilməklə xitam verilməsi və ya əmlakın açıq hərracda satılaraq pulun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qızının ¼, Cavabdeh3 ¼, Cavabdeh1 ¼ və Cavabdeh2 ¼ pay hüququ ilə mülkiyyətlərində olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 25, məmzil 22 saylı (yeni qaydalarla Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 173, M1, m2) mənzilin cavabdehlərə məxsus pay hüququnun kompensasiyasını ödəməyi yolu ilə mülkiyyət hüquqlarına xitam verilməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq satış pulunun paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X7 ilə faktiki nikahlarından İddiaçı qızı anadan olmuşdur. 2016-cı ildə mərhum ərinin vəfatından sonra qanun üzrə vərəsəlik hüququ əsasında mübahisəli mənzil 1/4 pay hüququ ilə qızının bibisi Cavabdeh3 və ərinin əvvəlki nikahından anadan olan uşaqları Cavabdeh1 və Cavabdeh2 arasında bərabər paylarla miras kimi qəbul edilmiş və bu barədə hüquqların dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlər əmlakın razılıqla satılaraq dəyərinin paylarına mütənasib şəkildə bölünməsinə razı deyil. O, qanunvericilikdə nəzərdə tutulan pretenziya qaydasına riayət etmiş və ilkin olaraq cavabdehə bu barədə təklif göndərmişdir. Cavabdeh nə pay hüququnu satmır, nə də pay hüququnu almaq istəmədiyindən mənzilin pay hüququnu ona satması və ya onun pay hüququnu alması, bunlar mümkün olmadıqda mənzilin açıq hərracda satılması yolu ilə pay hüququna xitam verilməsi barədə məhkəmə qərarı olmalıdır. Belə ki, mənzilin təxmini dəyəri 35000-40000 manatdır ki, həmin məbləği 4 paya böldükdə hər payın dəyəri 8750-10000 manat edir. O, bu barədə cavabdehlərə pay hüququnu ona satmaları qarşılığında Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qızına iki uşağın payının cəmi kimi 17000 manat, Cavabdeh3 isə 8500 manat ödəməyi təklif etsə də, mənzilin pay hüququnun satılması barədə razılıq olmadığından hərracda satılaraq paylara uyğun bölünməsi də zəruridir. Bu səbəbdən mənzilin pay hüququnun ona verilməsi yolu ilə cavabdehlərin pay hüquqlarına xitam verilməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq pay lara uyğun bölünməsim məhkəmədən xahiş edir. İddiaçı qızının qanuni nümayəndəsinin nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 yetkinlik yaşına çatdığından onun iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh1 cavabdeh kimi işə cəlb edilmişdir. İddiaçı qızının qanuni nümayəndəsinin nümayəndəsi və vəkili Vəkil1 sonuncu, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək, cavabdehlərlə ¼ pay hüquqları olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 25, məmzil 22 saylı (yeni qaydalarla Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 173, M1, m2) mənzilin cavabdehlərə məxsus pay hüququna görə hər bir cavabdehə 12250 manat kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam verilməsi, bu mümkün olmadıqda isə açıq hərracda satılaraq dəyərinin paylarına mütənasib şəkkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızının qanuni nümayəndəsinin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və iddia tələbi əsaslı olmadığı üçün iddianın rədd ediləməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qızı və Cavabdeh3 Cəbrail qızı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya çıxarışın surətindən görünür ki, ümumi sahəsi 30,70 kv.m olan ünvan 2 (Yeni qaydalarla: AZ1119, ünvan 1 ünvanında yerləşən mənzilinin ¼ hissəsi Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə, ¼ hissəsi Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə, ¼ hissəsi Cavabdeh3 Cəbrail qızının adına xx.xx.2016-cı il tarixdə və ¼ hissəsi İddiaçı qızının adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır; - xx.xx.2017-ci il tarixli “Qanun üzrə Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016 tarixdə ölmüş X2 vərəsəsi qızı - İddiaçı qızıdır - Nərimanov, Bakı, A.Neymətulla küçəsi, ev 62, mənzil 33 (AZE 12299990, xx/xx/2014 – ASAN 1) və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qevdiyyatı İdarəsi tərəfindən xx/xx/1999 tarixdə X5 verilmiş 30/154603 qeydəalma nömrəsi ilə 1029 nömrəli kitabın 154603-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,2 kv.m və yaşayış sahəsi 16 kv.m olan bir otaq mənzildən ibarətdir. (Əmlakın yerdə qalan 3/4 hissə payından 1/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib, 2/4 hissə pay isə digər vərəsələrə verilməsi üçün açıq saxlanıldı). - AZ-İİİ seriyalı, 440525 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı qızı xx.xx.2014-cü il tarixdə doğulmuşdur. X1, anası Qanuni nümayəndə1dır; - Qanuni nümayəndə1 tərəfindən Cavabdeh1 və Cavabdeh2 qızının qanuni nümayəndəsi Qanuni nümayəndə2 qızına və Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, əmlakın razılıqla satılaraq dəyərinin paylarına mütənasib şəkildə bölünməsinə və ya onun ünvan 2 (Yeni qaydalarla: AZ1119, ünvan 1 ünvanında yerləşən mənzildəki pay hüquqlarının ona satmaq, pay hüququnu alaraq payının dəyərini ödəməyə razı olub-olmadıqları barədə 7 gün ərzində cavab verilməsini xahiş etmişdir. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4183 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 25 saylı evin, 22 saylı mənzildən (Yeni qaydalarla: AZ1119, ünvan 1 İddiaçı qızına, X3, Cavabdeh1 və Cavabdeh2 məxsus olan ¼ hissədə payların digər paylardan tənasübsüz zərər vurmadan ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. - Məhkəmənin qərardadına əsasən "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2023-cü il tarixli LP-007/2023 rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilin (Yeni qaydalarla: B.Nuriyev küçəsi 173, M1, m2 hazırkı bazar qiyməti 52500 manat, likvid qiyməti isə 49000 manat təkşil edir. Məhkəmə iclasında müəyyən edildi ki, ümumi sahəsi 30,70 kv.m olan ünvan 2 (Yeni qaydalarla: AZ1119, ünvan 1 ünvanında yerləşən mənzilinin ¼ hissəsi Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə, ¼ hissəsi Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə, ¼ hissəsi Cavabdeh3 Cəbrail qızının adına xx.xx.2016-cı il tarixdə və ¼ hissəsi İddiaçı qızının adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçının qanuni nümayəndəsi cavabdehlərə mənzilin satılıb dəyərinin paylarına uyğun olaraq bölünməsi və ya cavadehlərə məxsus payın ona satılması ilə bağlı müraciət etsə də, tərəflər arasında razılıq əldə edilməmişdir. Cavabdehlər iddiaçının bununla bağlı ərizəsinə cavab verməmişlər. Məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4183 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 25 saylı evin, 22 saylı mənzildən (Yeni qaydalarla: AZ1119, ünvan 1 İddiaçı qızına, X3, Cavabdeh1 və Cavabdeh2 məxsus olan ¼ hissədə payların digər paylardan tənasübsüz zərər vurmadan ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X6 metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Hazırda iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəmədə iddia qaldıraraq sonuncu tələbində mənzilin cavabdehlərə məxsus pay hüququna görə hər bir cavabdehə 12250 manat kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam verilməsi, bu mümkün olmadıqda isə açıq hərracda satılaraq dəyərinin paylarına mütənasib şəkkildə bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 25 saylı evin, 22 saylı mənzilin 1/4 hissəsinin mülkiyyətçisi olan İddiaçı qızının qanuni nümayəndəsi və mənzilin qalan mülkiyyətçiləri olan Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qızı, Cavabdeh1 və Cavabdeh3 Cəbrail qızı ümumi mənzildəki payların iddiaçıya satılması və ya mənzilin açıq hərracda satılıb dəyərinin paylara uyğun ödənilməsinin şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərindən İddiaçı qızının qanuni nümayəndəsi hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdehlər onlara məxsus payların iddiaçıya satılmasına razı olmadıqları üçün məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Hazırkı halda məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli 10/4183 saylı rəyi əsaslıdır, işin faktiki halları ilə uyğun gəldiyindən yekun qərar qəbul edilərkən həmin ekspert rəyi əsas götürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara İddiaçı qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla da, müəyyən edildi ki, İddiaçı qızının qanuni nümayəndəsi mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə bağlı ekspert rəyi də verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi prosesi zamanı ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilin (Yeni qaydalarla: B.Nuriyev küçəsi 173, M1, m2) hazırkı bazar qiyməti 52500 manat, likvid qiyməti isə 49000 manat müəyyən edilmişdir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinə uyğun olaraq ünvan 3 ünvanında yerləşən 25 saylı mənzili (Yeni qaydalarla: B.Nuriyev küçəsi 173, M1, m2) hərraca çıxarıldıqda, ilkin satış qiyməti 49000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 2 (Yeni qaydalarla: AZ1119, ünvan 1 ünvanında yerləşən mənzili 49000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 1/4 hissəsi İddiaçı qızına, 1/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh1 və 1/4 hissəsi Cavabdeh3 Cəbrail qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat məbləğində pul İddiaçı qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1, Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qızından, Cavabdeh1 və Cavabdeh3 Cəbrail qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, həmçinin aparılmış əmlakın qiymətləndirilməsinin dəyəri olan 300 manat eyni qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 (Yeni qaydalarla: AZ1119, ünvan 1 ünvanında yerləşən mənzili 49000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 1/4 hissəsi İddiaçı qızına, 1/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh1 və 1/4 hissəsi Cavabdeh3 Cəbrail qızına verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 aid edilsin. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul İddiaçı qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 və cavabdehlər Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qızından, Cavabdeh1 və Cavabdeh3 Cəbrail qızından müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-ü **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod 512565, hesab AZE30AZRT********************, SWİFT kod: AZRT AZ22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pul İddiaçı qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qızından, Cavabdeh1 və Cavabdeh3 Cəbrail qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-53/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-53/2023
01.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver