Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-530/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəliyinin icra edilməməsi ilə bağlı cərimənin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, əsassız kommunal borcun ödənilməsi” tələbinə dair qarşılıql iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rahatlığın Məkanı” MMC Cavabdeh qarşı “müqavilə öhdəliyinin icra edilməməsi ilə bağlı cərimənin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-459/2017 saylı, 03 fevral 2017-ci il tarixli qərardadı ilə təsdiqlənən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 02 fevral 2017-ci il tarixli barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə 28.990 (iyirmi səkkiz min doqquz yüz doxsan) manat pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına keçiriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-459/2017 saylı, 03 fevral 2017-ci il tarixli qərardadına əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 02 fevral 2017-ci il tarixli barışıq sazişi təsdiq olunmuşdur. Həmin barışıq sazişinə əsasən, tərəflər arasında bağlanan 02 fevral 2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh istifadəsində olan, ünvan 1 ünvanda istismar müddəti bitmiş tikilidə yerləşən 18.06 kv.metr sahəsi olan otağı iddiaçıya təhvil verməyi, bunun müqabilində 63 000 manat cavabdeh tərəfindən əlavə ödəniş edildikdə "xxxx" MMC ünvan 2 ünvanda inşa edilən 2 saylı binada, sahəsi 96 kvm. olan 52 saylı mənzili təmirsiz vəziyyətdə cavabdehin istifadəsinə verməyi öhdəsinə götürüblər. Lakin cavabdeh öz müqavilə öhdəliklərini vaxtında yerinə yetirməyib. Belə ki, "xxxx" MMC ilə Cavabdeh cğlu arasında bağlanan 02 fevral 2017-ci il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən ünvan 2 ünvanda inşa edilən 2 saylı binada, sahəsi 96 kv.m. olan 52 saylı mənzillə əlaqədar tikinti şirkətinə 63 000 manat pulu xx.xx.2018-ci il tarixində ödənməli olduğu halda, cavabdeh 2018-ci ilin fevral ayına qədər cəmi 21000 (iyirmi bir min) manat ödəyib. Tikintidə Dövlət Nəzarəti Jurnalındakı qeydlərə əsasən ünvan 2 ünvanda inşa edilən 2 saylı yaşayış binasında tamamlama və abadlıq işləri 10 dekabr 2018-ci ildə yekunlaşıb və həmin vaxtdan mənzilin dəyərini tam ödəyən sakinlərə mənzillərin açarı təqdim olunub və onlar öz mənzillərində təmir işlərinə başlayıblar. Həmin vaxt cavabdeh müqavilə əsasında 52 saylı mənzillə bağlı ödəməli əlduğu məbləğdən cəmi 31000 (otuz bir min) manat ödəmişdi və həmin dövrdə iddiaçıya onun borcu isə (63000 - 31000) 32000 manat olub. Elə həmin gündən cavabdehə izah olunub ki, pulu tam ödədikdən sonra müqavilənin 1.6cı maddəsinə əsasən onun mənzilə sahiblik və istifadə hüquqi yaranır. Pulu ödəmədiyi halda isə müqavilənin 1.5-ci bəndinin tələbinə əsasən ödənişi gecikdiyi hər gün üçün ödəniləcək məbləğin 0,1 faizi həcmində yəni 32000 manat qalıq borcla bağlı hər gün 32 manat cərimə ödəməli olacaq. Binanın tikintisi tam başa çatana qədər iddiaçıya cərimə hesablanmayıb. Həmin vaxtdan sonra isə cavabdehin tikinti şirkətinə ödənişləri aşağıdakı şəkildə olub: 2019-cu il tarixdə şirkətə 3000 (üç min) manat ödənilib. Həmin puldan (32 gün x 32 manat) 1024 (min iyirmi dörd) manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (32.000 - 1976) 30.024 manat olub. xx.xx.2019-cu il tarixdə şirkətə 2000 (iki min) manat ödənilib. Həmin puldan (63 gün x 30.02 manat) 1891 manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (30.024-109) 29.915 manat olub. xx.xx.2019-cu il tarixdə şirkətə 2000 (iki min) manat ödənilib. Həmin puldan (31 gün x 29.91 manat) 927 manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (29.915 -1073) 28. 842 manat olub. xx.xx.2019-cu il tarixdə şirkətə 2000 (iki min) manat ödənilib. Həmin puldan (38 gün x 28.84 manat) 1095 manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (28.842 - 905) 27.937 manat olub. xx.xx.2019-cu il tarixdə şirkətə 3300 (üç min üç yüz) manat ödənilib. Həmin puldan (35 gün x 27.93 manat) 977 manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (27.937 - 2.323) 25.614 manat olub. 26. 07. 2019-cu il tarixdə şirkətə 3000 manat ödənib. Həmin puldan (29 gün x 25.61 manat) 742 manat cəriməyə hesablanıb. Həmin gün içün qalıq borc (25.614 - 2.258) 23.356 manat olub. 27. 08. 2019-cu il tarixdə şirkətə 3200 (üç min üç yüz) manat ödənilib. Həmin puldan (32 gün x 23.35 manat) 747 manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (23.356 - 2.453) 20.903 manat olub. xx.xx.2019-cu il tarixdən sonra cavabdeh tikinti şirkətinə heç bir ödəniş etməyib. Ona dəfələrlə izah olunub ki, bağlanan müqavilənin 1.6-cı maddəsinin tələbinə əsasən şirkətə olan borclar tam ödənilməyincə maliyyə arayışı verilə bilməz. Ödənilənəcək istənilən məbləğlə əlaqədar cavabdehə qanunvericiliyin tələbinə uyğun surətdə müvafiq qəbz veriləcək. Ödənişlərin gecikdirilməsi ilə bağlı müqavilədə nəzərdu tutulan cərimə məbləği tam ödənildikdən sonra isə ona mənzilə görə şirkətə borcu olmad ğı barədə maliyyə arayışı veriləcək. Lakin cavabdeh bunu qəbul etməyərək mənzillə bağlı ödəniş etməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh şirkətin ofisinə dəvət edilib və ona yazılı şəkildə bildiriş təqdim olunub ki, şirkətə olan borcu tam şəkildə ödənilmədiyi halda onunla bağlanan müqavilənin ləğvi barədə məhkəmədə mülki qaydada iddia qaldırılacaq. Həmin bildirişi aldığı barədə cavabdehin kiril əlifbası ilə özü tərəfindəı yazdığı müvafiq qeydi vardır. 11 mart 2020-ci il tarixdə yenə şirkətin ofisində vəkilinin ştirakı ilə təkrar olaraq cavabdehə həm əsas borcunu, həm də cəriməni ödəməsi təklil olunub. Lakin cavabdeh bildirib ki, o cəriməni ödəməyə razı deyil. Əsas borcu ödəməyə hazır olduğunu sözdə bildirsə də, əsas borcu da ödəməyib. 19 may 2020-ci il tarixdə Bakı şəhəri, Nzami rayonu, İcra və probasiya şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun iştirakı ilə Cavabdeh ''Rahatlığın Məkanı" MMC - nin Bakı şəhəri, Ə.Hacıyev küç, 40a ünvanında yerləşən ofisinə dəvət olunub və ona bildirilib ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan müqavilənin 1.5-ci bəndində mənzillə bağlı ödənişlərin vaxtında ödənilmədiyi üçün tətbiq edilən cəriməni ödəsin. Lakin cavabdeh bundan imtina etmişdir. Sonradan yenə icra məmurunun və vəkilinin iştirakı ilə keçirilən görüşlərdə əsas borcu ödəməyə sözdə razılıq versə də, lakin növbəti dəfə hər hansı ödəniş etməkdən imtina edib. Bununla bağlı iddiaçı tərəfindən icra məmuruna da dəfələrlə müraciət edilib. Cavabdeh ona da sözdə əsas borcu ödəməyə söz versə də, yenə heç bir ödəniş etməyib. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 02 fevral 2017-ci il tarixli barışıq sazişinin 4.1,-ci maddəsinə əsasən barışıq sazişini imzalayan tərəflər üzərinə götürdükləri öhdəlikləri layiqincə icra etmədikbrinə görə qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyirə əsasən məsuliyyət daşıyırlar. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan müqavilənin 1.5-ci bəndində mənzillə bağlı ödənişlərin gecikdiyi hər gün üçün ödənilməyəcəyi təqdirdə 0.1 faiz həcmində cərimənin tətbiq olunacağı öz əksini tapıb. Cavabdeh həmin müqaviləni vəkilinin iştirakı ilə diqqətlə öyrərib və hər səhifəsini iı nzalayıb. Digər tərəfdən, barışıq sazişində Cavabdeh üzərinə götürdüyi öhdəliyə əsasən 63000 manat vəsaiti 02.02. 2018ci il il tarixdə ödəməli olduğu halda öhd əliyini yerinə yetirməyib. İddiaçı Cavabdeh Rahatlığın Məkanı” MMC-yə qarşı “ maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, əsassız kommunal borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin təhvil verilməsinin gecikdirilməsi nəticəsində dəymiş 20 000 (iyirimi min manat) maddi zərərin, 10 000 (on min manat) məbləğində mənəvi zərərin X4 Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh ödənilməsi, əsassız borc kimi yazılmış 577.50 (beş yüz yetmiş yeddi manat əlli qəpik) məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-459/2017 saylı mülki iş üzrə 03 fevral 2017-ci il tarixli qərardadı ilə “Rahatlığın Məkanı" MMC-ilə Cavabdeh arasında barışıq sazişi təsdiq olunmuşdur. Həmin barışıq sazişinin şərtlərinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) sahəsi 18.06 kv.m olan 15 saylı mənzilin sökülməsi üçün Bakı şəhər İcra Hakimimiyyətinin Başçısı 2014-cü il aprelin 15-də verilmiş 158 №-li sərəncama əsasən, mənzilin yerləşdiyi binanın ərazisinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi və əlavə olaraq 63.000 manat pulu ödəməyi, "xxxx" MMC isə həmin ərazidə tikiləcək 16 mərtəbəli 2 saylı yaşayış binasının 8ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan 2 otaqlı 52 saylı mənzili Cavabdehn təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh tərəfindən ödənilməli olan pulun 13500 manat hissəsi "xxxx" MMC tərəfindən 2019-cu ilin əvvəllərindən qəbul olunmaqdan imtina olunmuş, həmçinin ərazidə tikilən 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan 2 otaqlı 52 saylı mənzili Cavabdeh təhvil verilməmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-459/2017 saylı mülki iş üzrə 03 fevral 2017-ci il tarixli qərardadında barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda məcburi icraya yönəldiləcəyi qeyd olunmuşdur. Tərəflərindən Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-459/2017 saylı mülki iş üzrə 03 fevral 2017-ci il tarixli qərardadının məcburi icraya yönəldilməsi üçün icra vərəqəsinin Nizami Rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə Nizami Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bundan sonra həmin qərardad məcburi icra olunmuş və mənzil xx.xx.2020-ci il tarixində Cavabdeh təhvil verilmişdir. Mənzil təhvil verildikdən sonra guya tərəflər arasında imzalanmış “Kommunal xidmətlərin ödənilməsinə dair müqavilə əsasında” Cavabdeh Rahatlığın Məkanı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 577.50 (beş yüz yetmiş yeddi manat əlli qəpik) borcunun olması barədə qəbz verilmişdir. Bu günə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nizami rayonu Əlif Hacıyev küçəsində inşa edilmiş 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan 2otaqlı 52 saylı mənzili barışıq şərtlərinə uyğun olaraq Cavabdeh oğluna təhvil verilmədiyi üçün ona 20000 (iyirimi min manat) maddi zərər dəymişdir. Qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində Cavabdeh istirab və gərginlik keçirmiş, bununla da ona 10 000 manat məbləğində mənəvi zərər dəyib. Ona görə də qarşılıqlı iddia üzrə cavabdehdən Cavabdeh xeyrinə 10000 (on min) manat tutularaq ödənilməlidir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 02 fevral 2017-ci il tarixli barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə 23.262 (iyirmi üç min iki yüz altmış iki) manat pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına keçiriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddiaçı Rahatlığın Məkanı” MMC-nin nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Həmçinin o bildirdi ki, qarşılıqlı iddiada qeyd olunan kommunal ödənişlərlə bağlı vəsait artıq ödənildiyindən tərəflər arasında həmin mübahisə ilə bağlı hazırda mübahisə yoxdur. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiyini bildirdi və qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin edilməməsini qarşılıqlı iddianın təmin edilməsini xahiş etrdi. Həmçinin o bildirdi ki, qarşılıqlı iddiada qeyd olunan kommunal ödənişlərlə bağlı hazırda tərəflər arasında mübahisə yoxdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Rahatlığın Məkanı” MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2017-ci il tarixli Barışıq Sazişinin surətindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) sahəsi 18.06 kv.metr olan 15 saylı mənzilini sökülməsi üçun Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazisinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil veməyi, bunun müqabilində "xxxx" MMC 24 (iyirmi dörd) ay ərzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində inşa ediləcək 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.0 kv.m olan 2 otaqlı 52 saylı mənzilini tomirsiz vəziyyətdə Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşlər. Tərəflərin razılaşmasına əsasən Cavabdeh mülkiyyətinə verilən, ümumi sahəsi 96.0 kv.m olan mənzilinə görə əlavə olaraq "xxxx" MMC-nə 63000 (altmış üç min) manat məbləğində pul vəsaiti ödəyəcəkdir. Cavabdeh həmin pul məbləğinin, yəni 63000 (altmış üç min) manat pul vəsaitinin 5000 (beş min) manatı xx.xx.2017-ci il tarixdə, qalan 58000 (əlli səkkiz min) manatı ilk 4 (dörd) ay hər ay 3000 (üç min) manat, 46000 (qırx altı min) maratı isə 2018-ci ilin fevral ayındək ödənilmək şərtilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yalnız dəyəri tam ödənildikdən sonra mənzil üzərində sahiblik və istifadə hüququ əldə edir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli, 2(007)- 459/2017 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X2 və Cavabdeh qarşı «mənzildən çıxarılma tələbinə» dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə görə: 1. Bu müqaviləyə əsasən X3 istifadəsində olan Bakı şəhəri Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) sahəsi 20.0 kv.m olan 19 saylı mənzilin sökülməsi üçün Bakı İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi, bunun müqabilində "xxxx" MMC 4 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində inşa edilmiş 6-mərtəbəli 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 68,25 kv.m olan 1-otaqlı 68 saylı mənzilini tam təmirli vəziyyətdə X1 mülkiyyətinə verməyi öhdəsinə götürür. 2. Bu müqaviləyə əsasən Cavabdeh istifadəsində olan Bakı şəhəri Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) sahəsi 18,06 kv.m olan 15 saylı mənzilinin sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazisinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi, bunun müqabilində "xxxx" MMC 24 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində inşa edilmiş 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.0 kv.m olan 2- otaqlı 52 saylı mənzilini təmirsiz vəziyyətdə Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürür. 3. Tərəflərin razılaşmasına əsasən, Cavabdeh mülkiyyətinə verilən, ümumi sahəsi 96,0 kv.m olan mənzilinə görə əlavə olaraq "xxxx" MMC-yə 63000 (altmış üç min) manat məbləğində pul vəsaiti ödəyəcəkdir. Cavabdeh həmin pul məbləğinin, yəni 63000 (altmış üç min) manat pul vəsaitinin 5000 (beş min) manatı xx.xx.2017-ci il tarixdə, qalan 58000 (əlli səkkiz min) manatı ilk 4 ay hər ay 3000 (üç min) manat, 46000 (qırx altı min) manatı isə 2018-ci ilin fevral ayınadək ödənilmək şərtilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür. Cavabdeh yalnız dəyəri tam ödənildikdən sonra mənzil üzərində sahiblik və istifadə hüququ əldə edir. 4. Bu barışıq sazişi notariat qaydada təsdiq olunaraq bağlandığı və yuxarıda sözügedən müqavilə imzalandığı (notariat qaydasında təsdiq olunduğu) andan tərəflər bir-birlərinə qarşı qaldırdıqları iddialardan imtina edir və bütün iddia tələblərini ödənilmiş hesab edir. 5. Məhkəmədə olan iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumu tərəflərin hər birinin özünə aid edilir. Tərəflərə izah olunur ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikcə və yaxud bundan qəsdən boyun qaçırıldıqda məcburi icraya yönəldiləcəkdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən “Sakin” istifadəsində olan, ünvan 4 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 18,06 kv.metr sahəsi olan otağı Akt əsasında (müqaviləyə Əlavə 1) “MMC”-yə təhvil verir. “MMC” isə həmin mənzilin əvəzində Bakı şəh., Nizami ray., Ə.Hacıyev küç 34 ünvanında 2 saylı yaşayış binasında 45 m2 ümumi sahəsi olan mənzili Sakin-nin istifadəsinə verir. Sakin əlavə götürdüyü sahədən imtina edərək məbləği ödəmədiyi təqdirdə, Sakinə 45 m2-lik sahə MMC tərəfindən verilir və Sakin 12000 AZN (on iki min manat) ödəyir. "MMC" Sakin-in ərizəsinə əsasən Bakı şəh., Nizami ray., Ə.Hacıyev küç 34 ünvanında "Sakin"-ə ödəniş şərti ilə əlavə 51 m2 sahə verir. Cəmi sahə 96 m2 olan 8-ci mərtəbə 52 saylı mənzili Sakin -nin istifadəsinə verir. Əlavə sahəyə görə Sakinin ödənişi 63000 AZN (altmış üç min manat) təşkil edir. Bu müqavilə imzalandığı tarixdən 6 (altı) ay sonra yəni 2017-ci ilin iyul ayında Sakin şirkətə 5000 (beş min), 2017-ci ilin avqust, sentyabr, oktyabr və noyabr aylarının hər birində 3000 (üç min) AZN, cəmi 12(00 (on iki min) AZN, 2017-ci ilin fevral ayında isə qalan 46 000 (qırx altı min) AZN tam olaraq “MMC”-yə ödəyir. Ödənişin gecikdiyi hər gün üçün Sakin ödəniləcək məbləğin 0,1 faizi həcmində “MMC”-yə cərimə ödəyir. - Bakı şəhəri Nizami rayonu icra və probasiya şöbəsinin icra məmuru Ə.Aslanov, Cavabdeh, tələbkarın nümayəndəsi Vəkil, hal şahidi A. İbrahimov tərəfindən 19 may 2020ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı "xxxx" MMC-nin yerləşdiyi ünvan 6 ünvanında olmuşlar. Ünvanda olan zaman iş üzrə tərəf Cavabdeh tərəfindən icra vərəqəsi üzrə göstərilmiş olan 63 000 manat puldan ödənilməmiş 13 500 manat pulun ödənilməsi təklif olunmuş, lakin Rahatlığın Məkanı” MMC tərəfindən həmin məbləğin qəbulundan imtina edilmişdir. - Bakı şəhəri Nizami rayonu icra və probasiya şöbəsinin icra məmuru Ə.Aslanov, "xxxx" MMC-nin hüquqşunası Nümayəndə, Cavabdeh tərəfindən 21 sentyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 6 ünvanında olmuşlar. Ünvanda olan zaman Cavabdeh tərəfindən barışıq sazişi üzrə 63 000 manat pul tam şəkildə "xxxx" MMC-yə ödənilmiş, sonradan Rahatlığın Məkanı” MMC tərəfindən Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 16 mərtəbəli 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m. olan 2 otaqlı 52 syalı mənzilin açarları Cavabdeh onun həmin mənzildən sərbəst şəkildə istifadə hüquqları izah edilməklə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2017-ci il tarixli Barışıq Sazişi ilə eyni gündə bağlanmış 02 fevral 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən “Sakin” istifadəsində olan, ünvan 4 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 18,06 kv.metr sahəsi olan otağı Akt əsasında (müqaviləyə Əlavə 1) “MMC”-yə təhvil verir. “MMC” isə həmin mənzilin əvəzində Bakı şəh., Nizami ray., Ə.Hacıyev küç 34 ünvanında 2 saylı yaşayış binasında 45 m2 ümumi sahəsi olan mənzili Sakin-nin istifadəsinə verir. Sakin əlavə götürdüyü sahədən imtina edərək məbləği ödəmədiyi təqdirdə, Sakinə 45 m2-lik sahə MMC tərəfindən verilir və Sakin 12000 AZN (on iki min manat) ödəyir. "MMC" Sakin-in ərizəsinə əsasən Bakı şəh., Nizami ray., Ə.Hacıyev küç 34 ünvanında "Sakin"-ə ödəniş şərti ilə əlavə 51 m2 sahə verir. Cəmi sahə 96 m2 olan 8-ci mərtəbə 52 saylı mənzili Sakin-nin istifadəsinə verir. Əlavə sahəyə görə Sakinin ödənişi 63000 AZN (altmış üç min manat) təşkil edir. Bu müqavilə imzalandığı tarixdən 6 (altı) ay sonra yəni 2017-ci ilin iyul ayında Sakin şirkətə 5000 (beş min), 2017-ci ilin avqust, sentyabr, oktyabr və noyabr aylarının hər birində 3000 (üç min) AZN, cəmi 12(00 (on iki min) AZN, 2017-ci ilin fevral ayında isə qalan 46 000 (qırx altı min) AZN tam olaraq “MMC”-yə ödəyir. Ödənişin gecikdiyi hər gün üçün Sakin ödəniləcək məbləğin 0,1 faizi həcmində “MMC”-yə cərimə ödəyir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl edib, müqavilədə nəzərdə utulmuş məbləği vaxtında ödəməmişdir. Cavabdeh qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan müqaviləyə ödənişin gecikdiyi hər gün üçün Sakin ödəniləcək məbləğin 0,1 faizi həcmində “MMC”-yə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə “MMC” qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış cərimə məbləğini ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, "xxxx" MMC tərəfindən tələb olunan cərimə (dəbbə pulu), tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunalara əsasən, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2017-ci il tarixli müqavilə üzrə, Cavabdeh 10 000 (on min) manat pul alınaraq "xxxx" MMC-yə ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mənzilin təhvil verilməsinin gecikdirilməsi nəticəsində dəymiş 20 000 (iyirimi min manat) maddi zərərin, 10 000 (on min manat) məbləğində mənəvi zərərin X4 Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh ödənilməsi, əsassız borc kimi yazılmış 577.50 (beş yüz yetmiş yeddi manat əlli qəpik) məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddiaçının tələbini əsassız sayaraq qeyd edir ki, Cavabdeh 02 fevral 2017-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etdikdən dərhal sonra mənzil ona verilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayonu icra və probasiya şöbəsinin icra məmuru Ə.Aslanov, "xxxx" MMC-nin hüquqşunası Nümayəndə, Cavabdeh tərəfindən 21 sentyabr 2020-ci il tarixli akta əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 6 ünvanında olmuşlar. Ünvanda olan zaman Cavabdeh tərəfindən barışıq sazişi üzrə 63 000 manat pul tam şəkildə "xxxx" MMC-yə ödənilmiş, sonradan Rahatlığın Məkanı” MMC tərəfindən Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 16 mərtəbəli 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m. olan 2 otaqlı 52 syalı mənzilin açarları Cavabdeh onun həmin mənzildən sərbəst şəkildə istifadə hüquqları izah edilməklə təhvil verilmişdir. Həmçinin məhkəmə "xxxx" MMC-nin hüquqşunası Nümayəndə və Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında qarşılıqlı iddia tələbinin Cavabdeh əsassız borc kimi yazılmış 577.50 (beş yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borcla bağlı hissədə artıq tərəflər arasında mübahisənin olmaması izahatlarını nəzərə alaraq qarşılıqlı iddia tələbinin həmin hissədə də təmin edilməməsi qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2017-ci il tarixli müqavilə üzrə, Cavabdeh 10 000 (on min) manat pul alınaraq "xxxx" MMC-yə ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsinin gecikdirilməsi nəticəsində dəymiş 20 000 (iyirmi min) manat maddi zərərin, 10 000 (on min) manat məbləğində mənəvi zərərin "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilməsi, əsassız borc kimi yazılmış 577.50 (beş yüz yetmiş yeddi manat əlli qəpik) məbləğində borcun silinməsi" tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu "Rahatlığın Məkanı MMC"-yə, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2017-ci il tarixli müqavilə üzrə, Cavabdeh 10 000 (on min) manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsinin gecikdirilməsi nəticəsində dəymiş 20 000 (iyirmi min) manat maddi zərərin, 10 000 (on min) manat məbləğində mənəvi zərərin "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilməsi, əsassız borc kimi yazılmış 577.50 (beş yüz yetmiş yeddi manat əlli qəpik) məbləğində borcun silinməsi" tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu "Rahatlığın Məkanı MMC"-yə, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-530/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-530/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver