Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-533/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Həsənov Vaqı̇ f Yadulla oğlunun, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Həsənov Vaqı̇ f Yadulla oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik hesabat sayğacının artıq sərfiyyatına görə yaranmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Həsənov Vaqı̇ f Yadulla oğlu cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik hesabat sayğacının artıq sərfiyyatına görə yaranmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, cavbadeh "xxxx" ASC tərəfindən ona istinad edilən əsassız yazılmış 558,62 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış mənzilinə əsasən Bakı şəhər "xxxx" ASC-nin Nizami rayon idarəsinin nümayəndələri tərəfindən quraşdırılmış № ********* nömrəli (№ **********S0001 abonent kodlu) sayğacın və axan yükdən dəfələrlə artıq elektrik enerjisi qeyd edildiyi tərəfindən müşayiət edilərək 558,62 AZN borc yazıldığı müəyyən olunmuşdur. Onun şifahi müraciətinə əsasən Bakı şəhər "xxxx" ASC-nin Nizami rayon idarəsinin nümayəndələri, Nəzarət Mühəndisi X.Məsumov, Ə.Mustafayev və M.Bayramovun imzası ilə təsdiqlənərək 03.08.2021-ci il tarixində №227485 nömrəli akt tərtib edilmişdir. Elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət olunması №227485 nömrəli aktı ilə pozuntunun qısa nəzmununda qeyd olunmuşdur ki, “Abonentin şifahi müraciətinə əsasən sayğacın uçot kompleksinə baxış keçirilmiş, məlum olmuşdur ki, sayğacın proqram təminatı pozulmuşdur. Sayğaca axan yükdən dəfələrlə artıq elektrik enerjisini qeyd etməkdədir.” Elə həmin akt tərtib edilən zaman yəni 03.08.2021-ci il tarixdə mobil smartfon vasitəsilə qeyd olunmuş xüsusi video yazı sübutundan da açıq aşkar görmək olur ki, onun mənzilinə quraşdırılmış №330747890 nömrəli (abonent kodlu № **********S0001) elektrik hesabat sayğacının dəfələrlə artıq elektrik enerjisini qeyd etməkdədir. Həmin sayğac 09.08.2021-ci il tarixində Bakı şəhər "xxxx" ASC-nin Nizami rayon idarəsinin “Mənzil istehlakçılarında Sayğacların Dəyişdirilməsi, X2 Haqqında” №1666494 nömrəli protokoluna əsasən (abunə kodu № **********S0001 nömrəli yeni sayğac icraçı İ.Məmmədovun imzası ilə təsdiqlənərək quraşdırılmışdır. Bakı şəhər "xxxx" ASC-nin “Sayğacların Quraşdırılması və Uçota Nəzarət” idarəsində 17.08.2021-ci il tarixində tərtib etdiyi “Sayğacların və Cərəyan Transformatorlarının yoxlanılması” dair № 228861 nömrəli protokoluna əsasən № ********* nömrəli sayğac laboratoriya yoxlamasından keçmişdir. T.Nəsirovun sədrliyi və Ə.Poladlı, R.Yusibov, A.Abdullayevanm iştirakı ilə yoxlama aparılaraq onların imzaları ilə təsdiqlənənərək tərtib edilmiş həmin protokolda qeyd edilmişdir ki, “Sayğacın qrif hissəsi texniki təsir nəticəsində yanıb, xəta faizlərini yoxlamaq mümkün deyil, sayğac istismara yararsızdır.” Elektrik hesabat sayğacının artıq sərfıyyatına görə yaranmış 558,62 manat borcu silinmədiyindən, həmin borcun silinməsi üçün Bakı şəhər "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinə müraciət etmiş, Bakı şəhər "xxxx" ASC-nin Müştəri xidmətləri idarəsinin 07.09.2021-ci il tarixli, №01 99/ H-521/6798 nömrəli cavab məktubunda müraciətini tam və obyektiv araşdırmadan göstərilmişdir ki, “**********S001 nömrəli kod üzrə mənzilin elektrik enerjisi sərfıyyatına görə yaranmış 558,62 manat məbləğində borcun mənzildə istehlak edilmiş, ödənişi aparılmamış elektrik enerjisi sərfıyyatına görə yaranmış 558,62 manat məbləğində borcun mənzildə istehlak edildiyi, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu məyyənləşdirilmədiyi” qeyd olunaraq idarə rəisi Mahir Abdullayevin imzası ilə təsdiq edilmişdir. O, "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin gəldiyi bu qənaətini və mövqeyini qanunsuz və əsassız hesab edir. İddia ərizəsinə əlavə etdiyi bildirişdən də aydın görünür ki, onun elektrik enerji istifadəsinin aylıq olaraq normal 20-30 manat arası olmuşdur. Yaşayış mənzilində birdən-birə 558,62 manat enerji istifadəsi mümkünsüzdür. Həmçinin ki, faktlar və sübutlar göstərilsə də "xxxx" ASCnin ona qarşı bu hərəkətlərini qanunsuz hesab edir və istehlakçı hüquqlarımın kobud surətdə pozulduğunu bildirir. İddia ərizəsinə əlavə edilmiş 03.08.2021-ci il tarixdə qeyd olunmuş xüsusi video yazı sübutundan da açıq aşkar görmək olur ki, onun mənzilinə quraşdırılmış elektrik hesabat sayğacının dəfələrlə artıq elektrik enerjisi qeyd edilməkdədir. Yuxarıda qeyd edilən qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək öz konstitusion hüquqlarının təmin edilməsi və bərpası eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı Həsənov Vaqı̇ f Yadulla oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, onlar bütün borcları ödəmiş, əgər heç bir məbləğ ödəməsələr belə yenə də 558 manatdan daha az borcları olar. Sayğacın proqram təminatı pozulmuşdur. Ona görə sərfiyyat çox göstərilmişdir. 2019-cu ildə onların işıq borcu olmamış, 0.25 manat onların xeyrinə qalıq qalmış, 2017-ci ildən 0.45 manat, 2018-ci ildə 0.35 manat, 2019-cu ildə isə 0.75 manat artıq ödəmişlər, onların borcu olmamış, 558 manat 1 ay içində yaranmışdır. Buna səbəb isə işıq sayğacının yanması olmuş, bununla bağlı 03.08.2021-ci ildə akt protokolu tərtib olunmuş, 21.08.2021-ci ildə də sayğac dəyişdirilmiş, 03.08.2021-ci ilə də bu borc yaranmışdır. 21.08.2021-ci ildə sayğac dəyişdiriləndən sonra 23.08.2021-ci ilə 2 manat bu borc yaranmışdır. O, həmçinin, evlərinin 2 mərtəbəli olduğunu, 3 kondisioner olduğunu, kondisionerlərin yerləşmə formasına görə heç vaxt kondisionerlərin üçünün də yandırılmadığını, onlar orta sərfiyyat 30-35 manat istifadə etdiklərini və orta sərfiyyat məbləğini ödəməyi qəbul etdiklərini, bu məbləğdən yayınmadıqlarını qeyd etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, iddiaçı 2017-ci ildə 0.45 manat, 2018-ci ildə 0.80 manat, 2019-cu ildə 30 manat, 2020-ci ildə 1.80 manat, 2021-ci ildə 632,23 manat qalıq borcu yaranmışdır, 2022ci ildə ödəniş etmiş və məbləğ 632,23 manat olmuşdur. Həmin 631 manat borc 2021-ci ildən gəlmiş, həmin ildən sərfiyyat çoxalmışdır. O, həmçinin 300 kilovatt keçəndən sonra akt tərtib olunduğunu, cərimə aktlarının tərtib olunmadığını, onlar limitdən nə qədər sərf olunduğunu bilsinlər deyə sadəcə aktlar qrafasında yığıldığını, buradakı aktda qarışıq olduğunu, istənilən halda sərfiyyatla bağlı tərtib olunduğunu, cərimə olmadığını, sayğacın üzərində olan məbləği yazdıqlarını, yeni sayğac quraşdırılanda köhnə sayğacın sərfiyyatının yeniyə ötürüldüyünü, 21.08.2021-ci ildə sayğacın dəyişdirildiyini, hər ay tərəfin ödənişlərini etdiyini, sərfiyyat dəyişməzdən qabaq sərfiyyat həddən artıq çox olarasa, məsələn birdən-birə 200 manat borcun üstünə gəlirsə nəzərə aldıqlarını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 227485 nömrəli, 03.08.2021-ci il tarixli aktdan görünür ki, Abonentin şifahi müraciətinə əsasən sayğacın uçot kompleksinə baxış keçirilmiş, məlum olmuşdur ki, sayğacın proqram təminatı pozulmuşdur. Sayğaca axan yükdən dəfələrlə artıq elektrik enerjisini qeyd etməkdədir. - “Sayğacların və Cərəyan Transformatorlarının yoxlanılması” barədə 228861 nömrəli protokoldan görünür ki, ********* nömrəli sayğac laboratoriya yoxlamasından keçmiş, T.Nəsirovun sədrliyi və Ə.Poladlı, R.Yusibov, A.Abdullayevanın iştirakı ilə yoxlama aparılmış və protokolda Sayğacın qrif hissəsinin texniki təsir nəticəsində yandığı, xəta faizlərini yoxlamaq mümkün olmadığı, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. - "xxxx" ASC-nin 03.11.2021-ci il tarixli qəbzinin surətindən görünür ki, abonent kodu **********S0001 olan, 21527205M1799694 nömrəli sayğacın sərfiyyatı 382 borc məbləği, 588,64 manat göstərilmişdir. - "xxxx" ASC-nin Həsənov Vaqı̇ f Yadulla oğluna ünvanladığı 07.09.2021-ci il tarixli məktubdan görünür ki, 21.08.2021-ci il tarixinə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış 558,62 manat məbləğində borcun mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmiş, 20.08.2021-ci il tarixli, 228861 nömrəli protokolunda çıxarılan A330747890 nömrəli elektrik hesabat sayğacının artıq sərfiyyat qeyd etməsi təsdiqini tapmamış, elektrik hesabat sayğacının son göstəricinin “82229” olduğu müəyyən edilmişdir. - "xxxx" ASC-nin 07.01.2022-ci il tarixli qəbzinin surətindən görünür ki, abonent kodu **********S0001 olan, 21527205M1799694 nömrəli sayğacın sərfiyyatı 465.0, borc məbləği 603.68 manat göstərilmişdir. - “Abunə haqqında” məlumatdan görünür ki, ünvan 1 ünvanında 03.08.2021-ci il tarixə 361,83 manat, 19.08.2021-ci il tarixə 2,03 manat, 21.08.2021-ci il tarixə 0,00 manat borc yaranmışdır. - “Abunə haqqında” məlumatdan görünür ki, ünvan 1 ünvanında 03.08.2021-ci il tarixə 556,5899 manat, 19.08.2021-ci il tarixə 2,03 manat, 21.08.2021-ci il tarixə 0,00 manat borc yaranmışdır. - Son 12 ayın toplam fakturasından görünür ki, Həsənov Vaqı̇ f Yadulla oğlunun ümumi 924,40 manat borcu var. Bu borcun 03.08.2021-ci il tarixə 556,59 manat, 03.09.2021-ci il tarixə 62,58 manat, 03.10.2021-ci il tarixə 30,02 manat borc yaranmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Həsənov Vaqı̇ f Yadulla oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış mənzilinə əsasən Bakı şəhər "xxxx" ASC-nin Nizami rayon idarəsinin nümayəndələri tərəfindən quraşdırılmış № ********* nömrəli, **********S0001 abonent kodlu sayğacın və axan yükdən dəfələrlə artıq elektrik enerjisi qeyd edildiyi tərəfindən müşayiət edilərək 558,62 AZN borc yazıldığı müəyyən olunmuş, abonentin şifahi müraciətinə əsasən 227485 nömrəli, 03.08.2021-ci il tarixli akt tərtib edilmişdir ki, sayğacın uçot kompleksinə baxış keçirilmiş, məlum olmuşdur ki, sayğacın proqram təminatı pozulmuşdur. Sayğaca axan yükdən dəfələrlə artıq elektrik enerjisini qeyd etməkdədir. Həmin sayğac 09.08.2021-ci il tarixində Bakı şəhər "xxxx" ASC-nin Nizami rayon idarəsinin “Mənzil istehlakçılarında Sayğacların Dəyişdirilməsi, X2 Haqqında” №1666494 nömrəli protokoluna əsasən abunə kodu № **********S0001 nömrəli yeni sayğac icraçı İ.Məmmədovun imzası ilə təsdiqlənərək quraşdırılmışdır. “Sayğacların və Cərəyan Transformatorlarının yoxlanılması” barədə 228861 nömrəli protokoluna əsasən, ********* nömrəli sayğac laboratoriya yoxlamasından keçmiş, T.Nəsirovun sədrliyi və Ə.Poladlı, R.Yusibov, A.Abdullayevanın iştirakı ilə yoxlama aparılmış və protokolda Sayğacın qrif hissəsinin texniki təsir nəticəsində yandığı, xəta faizlərini yoxlamaq mümkün olmadığı, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. O, Elektrik hesabat sayğacının artıq sərfıyyatına görə yaranmış 558,62 manat borcu silinmədiyindən, həmin borcun silinməsi üçün Bakı şəhər "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinə müraciət etmiş, Bakı şəhər "xxxx" ASC-nin Müştəri xidmətləri idarəsinin 07.09.2021-ci il tarixli, №01 99/ H-521/6798 nömrəli cavab məktubunda 21.08.2021-ci il tarixinə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış 558,62 manat məbləğində borcun mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmiş, 20.08.2021-ci il tarixli, 228861 nömrəli protokolunda çıxarılan A330747890 nömrəli elektrik hesabat sayğacının artıq sərfiyyat qeyd etməsi təsdiqini tapmamış, elektrik hesabat sayğacının son göstəricinin “82229” olduğu müəyyən edilmişdir. Bildirişlərdən və abunə haqqında məlumatlardan Həsənov Vaqı̇ f Yadulla oğlunun elektrik enerji istifadəsinin aylıq olaraq normal borc miqdarı 20-40 manat arası olduğu müəyyən edilmişdir. “X1 Qaydaları”nın: 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.8-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. 8.15-ci bəndinə əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. 10.11-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsirindən istehlakçıya aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisi buraxıldıqda, enerjitəchizatı müəssisəsi, buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinin dəyərinin 25 faizi məbləğində istehlakçıya ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Həsənov Vaqı̇ f Yadulla oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış mənzilinə əsasən Bakı şəhər "xxxx" ASC-nin Nizami rayon idarəsinin nümayəndələri tərəfindən quraşdırılmış № ********* nömrəli, **********S0001 abonent kodlu sayğacın və axan yükdən dəfələrlə artıq elektrik enerjisi qeyd edildiyi tərəfindən müşayiət edilərək 558,62 manat borc yazıldığı müəyyən olunmuş, abonentin şifahi müraciətinə əsasən 227485 nömrəli, 03.08.2021-ci il tarixli akt tərtib edilmişdir ki, sayğacın uçot kompleksinə baxış keçirilmiş, məlum olmuşdur ki, sayğacın proqram təminatı pozulmuşdur. Sayğaca axan yükdən dəfələrlə artıq elektrik enerjisini qeyd etməkdədir. Həmin sayğac 09.08.2021-ci il tarixində Bakı şəhər "xxxx" ASC-nin Nizami rayon idarəsinin “Mənzil istehlakçılarında Sayğacların Dəyişdirilməsi, X2 Haqqında” №1666494 nömrəli protokoluna əsasən abunə kodu № **********S0001 nömrəli yeni sayğac icraçı İ.Məmmədovun imzası ilə təsdiqlənərək quraşdırılmışdır. “Sayğacların və Cərəyan Transformatorlarının yoxlanılması” barədə 228861 nömrəli protokoluna əsasən, ********* nömrəli sayğac laboratoriya yoxlamasından keçmiş, T.Nəsirovun sədrliyi və Ə.Poladlı, R.Yusibov, A.Abdullayevanın iştirakı ilə yoxlama aparılmış və protokolda Sayğacın qrif hissəsinin texniki təsir nəticəsində yandığı, xəta faizlərini yoxlamaq mümkün olmadığı, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. O, elektrik hesabat sayğacının artıq sərfıyyatına görə yaranmış 558,62 manat borcu silinmədiyindən, həmin borcun silinməsi üçün Bakı şəhər "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinə müraciət etmiş, Bakı şəhər "xxxx" ASC-nin Müştəri xidmətləri idarəsinin 07.09.2021-ci il tarixli, №01 99/ H-521/6798 nömrəli cavab məktubunda 21.08.2021-ci il tarixinə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış 558,62 manat məbləğində borcun mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmiş, 20.08.2021-ci il tarixli, 228861 nömrəli protokolunda çıxarılan A330747890 nömrəli elektrik hesabat sayğacının artıq sərfiyyat qeyd etməsi təsdiqini tapmamış, elektrik hesabat sayğacının son göstəricinin “82229” olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, 558,62 manat borc 03.08.2021-ci il tarixə yazılmış, digər aylara münasibətdə 03.08.2021-ci il tarixdə orta sərfiyyat da artmış, digər aylarda Həsənov Vaqı̇ f Yadulla oğlunun elektrik enerji istifadəsinin aylıq olaraq normal borc miqdarı 20-40 manat arası olmuşdur. Göründüyü kimi sayğacın proqram təminatı pozulduğundan, sayğaca axan yükdən dəfələrlə artıq elektrik enerjisi qeyd etdiyindən iddiaçıya 558,62 manat borc yazılmışdır. Məhkəmə digər aylar orta sərfiyyat 20-40 manat istifadə etdiklərini və orta sərfiyyat məbləğini ödəməyi qəbul etdiklərini nəzərə alaraq hesab edir ki, avqust ayının orta sərfiyyatı 40 manat müəyyən edilməli, "xxxx" ASC tərəfindən Həsənov Vaqı̇ f Yadulla oğlunun işıqdan istifadəyə görə əsassız yaranmış 518,62 mant borc məbləği silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci madəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü madəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, "xxxx" ASC-dən 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən Həsənov Vaqı̇ f Yadulla oğlunun işıqdan istifadəyə görə əsassız yaranmış 518,62 mant borc məbləği silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-533/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-533/2022
16.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver