Məhkəmə qərarları › İş №2(007)-55/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-55/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-55/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı lizinq müqavilələri üzrə pul tələbinə dair ilk iddia,iddiaçı Cavabdeh oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı lizinq müqavilələrinin ləğv olunması tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı lizinq müqavilələri üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcmini artırılması barədə ərizə vermişdir. İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı lizinq müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia tələbi əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 12.07.2017-ci il tarixli 1298-GL/17 nömrəli, 24.02.2018-ci il tarixli 327-GL/18 nömrəli, 02.04.2018-ci il tarixli 409-L/18 nömrəli və 13.04.2018-ci il tarixli 582-GL/18 nömrəli müqavilələrə əsasən Cavabdeh bəzi lizinq predmetini lizinqə götürüb. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməyib.Belə ki,tərəflər arasında bağlanmış 12.07.2017-ci il tarixli 1298-GL/17 nömrəli, 24.02.2018-ci il tarixli 327- GL/18 nömrəli, 02.04.2018-ci il tarixli 409- L/18 nömrəli, 13.04.2018-ci il tarixli 582-GL/18 nömrəli müqavilələrdən irəli gələn öhdəliklər üzrə hesablanmış 29723 manat əsas borcun, 3952,02 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İlkin iddia ərizəsində hesablanmış əsas borc və cərimə borcu 2020-ci ilin 1-ci rübünədək hesablanmış məbləğ olmuşdur. Qeyd edilməlidir ki, ötən 1 (bir il) ildən çox müddət ərzində də cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Əksinə hal-hazıra tərəflər arasında bağlanmış 02.03.2016-cı il tarixli 1471-GL/18 nömrəli müqavilə üzrə də gecikdirilmiş əsas borc və müvafiq olaraq hesablanmış cərimə borcu əmələ gəlmiş, eyni zamanda bu ərizənin tərtib edildiyi 30.06.2021-ci il tarixə cavabdehin digər müqavilə öhdəliklərindən irəli gələn əsas məbləğ üzrə gecikmələri daha da artmışdır. Gecikmələrə müvafiq olaraq isə cərimə məbləği də dəyişmişdir. Belə ki, 07.06.2021-ci il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh 02.03.2016-cı il tarixli 1471-GL/16 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borcu 4945 manat, müvafiq olaraq hesablanmış cərimə borcu 1329,87 manat,12.07.2017-ci il tarixli 1298-GL/17 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borcu 13630 manat, müvafiq olaraq hesablanmış cərimə borcu 5206,93 manat, 28.11.2017-ci il tarixli 2319- GL/17 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borcu 331 manat, müvafiq olaraq hesablanmış cərimə borcu 59,58 manat, 24.02.2018-ci il tarixli 327-GL/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 8092 manat, müvafiq olaraq hesablanmış cərimə borcu 2921,04 manat,02.04.2018-ci il tarixli 409-L/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 5016 manat, müvafiq olaraq hesablanmış cərimə borcu 990,55 manat ,13.04.2018-ci il tarixli 582-GL/18 nömrəli müqavilə üzrə isə gecikdirilmiş əsas borc 58432 manat, müvafiq olaraq hesablanmış cərimə borcu isə 21189,54 manat təşkil etmişdir.Bu səbəbdən iddia tələbinin həcminin artırılması zərurəti yaranıb. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsini 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır.Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü, 149-150-ci maddələrini rəhbər tutaraq məhkəmədən 02.03.2016-cı il tarixli 1471-GL/16 nömrəli müqavilə üzrə 4945 (dörd min doqquz yüz qırx beş) manat gecikdirilmiş əsas borcun və 1329,87 (bir min üç yüz iyirmi doqquz manat 87 qəpik) manat cərimə borcunun, 12.07.2017-ci ^ıl tarixli 1298-GL/17 nömrəli müqavilə üzrə 13630 (on üç min altı yüz otuz) manat gecikdirilmiş əsas borcun və 5206,93 (beş min iki yüz altı manat 93 qəpik) cərimə borcunun, 28.11.2017-ci il tarixli 2319-GL/17 nömrəli müqavilə üzrə 331 (üç yüz otuz bir) manat gecikdirilmiş əsas borcun və 59,58 (əlli doqquz manat 58 qəpik) manat cərimə borcunun, 24.02.2018-ci il tarixli 327-GL/18 nömrəli müqavilə üzrə gecikdirilmiş 8092 (səkkiz min doxsan iki) manat əsas borcun və 2921,04 (iki min doqquz yüz iyirmi bir manat 4 qəpik) manat cərimə borcunun, 02.04.2018-ci il tarixli 409-L/18 nömrəli müqavilə üzrə 5016 (beş min on altı) manat gecikdirilmiş əsas borcun və 990,55 (doqquz yüz doxsan manat 55 qəpik) manat cərimə borcunun, 13.04.2018-ci il tarixli 582-GL/18 nömrəli müqavilə üzrə isə 58432 (əlli səkkiz min dörd yüz otuz iki) manat gecikdirilmiş əsas borcun və 21189,54 (iyirmi bir min yüz səksən doqquz manat 54 qəpik) manat cərimə borcunun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi: 122173,51 (yüz iyirmi iki min yüz yetmiş üç manat 51 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, lizinqə götürdüyü texnikaların dəyərini vaxtlı-vaxtında ödəməyə başlasa da 2020-ci ilin əvvəlindən Azərbaycan Respublikasının ərazisində COVİD-19 pandemiyasının sürətlə yayılması nəticəsində texnikaların fəaliyyəti tamamilə dayanmış və heç bir gəlir əldə edə bilməmişdir.Müqavilə bağlandıqdan sonra şərait onun iradəsindən asılı olmayan və qarşısının alınması mümkün olmayan formada dəyişdiyinə görə,bu halları nəzərə alaraq lizinq ödənişlərinin təxirə salınması məqsədi ilə köməklik göstərilməsini cavabdehdən xahiş etmişdir.Buna baxmayaraq,cavabdeh onun xahişini nəzərə almamaış,əksinə,ona lizinqə verilmiş texnikaları ondan geri almışdır.Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh texnikaları ona qaytarmaqdan imtina edir.Halbuki pandemiyanın təsirindən əziyyət çəkən mümkün güzəştlərin edilməsi barədə dövlət rəhbərliyi tərəfindən dəfələrlə çağırışlar edilmişdir.Qeyd olunanlara əsasən onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış 12.07.2017-ci il tarixli 1298-GL/17 nömrəli,24.02.2018-ci il tarixli 327-GL/18 nömrəli,02.04.2018-ci il tarixli 409 L/18 nömrəli və 13.04.2018-ci il tarixli lizinq müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASCnin nümayəndəsi Vəkil2 ilk iddia tələbini müdafiə etdi,qarşılıqlı iddianı qəbul etmədi ilk iddianın rədd,qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Məhkəmə həmin maddənin tələbləeini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin olunmalı,qarşılıqlı iddia təmin olunmamalıdır. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.03.2016-ci il tarixli 409-L/18 saylı lizinq müqaviləsindən görünür ki, lizinqverən ümumi dəyəri 47920.00 manat olan kənd təsərrüfatı texnikasını lizinqalanın istifadəsinə vermişdir.Həmin müqavilənin 9-cu bəndində qeyd olunur ki,müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən irəli gələn öhdəliklər tam yerinə yetirilməklə qüvvədədir.Həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən lizinqalan 2026-cı ilin fevral ayının əvvəlinə qədər hər ayın sonunda müxtəlif məbləğlərdə ödəniş etməklə cəmi 47920.00 manat lizinq haqqı ödəmək barədə öhdəlik götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12.07.2017-ci il tarixli 1298-G/17 saylı lizinq müqaviləsindən görünür ki, lizinqverən ümumi dəyəri 44.767.00 manat olan kənd təsərrüfatı texnikasını 40% güzəşt tətbiq olunmaqla lizinqalanın istifadəsinə vermişdirHəmin müqavilənin 9-cu bəndində qeyd olunur ki,müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən irəli gələn öhdəliklər tam yerinə yetirilməklə qüvvədədir.Həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən lizinqalan 2027-ci ilin sentyabr ayının sonuna qədər hər ayın sonunda müxtəlif məbləğlərdə ödəniş etməklə cəmi 44767.00 manat lizinq haqqı ödəmək barədə öhdəlik götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28.11.2017-ci il tarixli 2319-GL/17 saylı lizinq müqaviləsindən görünür ki, lizinqverən ümumi dəyəri 2.676.00 manat olan kənd təsərrüfatı texnikasını 40% güzəşt tətbiq olunmaqla lizinqalanın istifadəsinə vermişdir.Həmin müqavilənin 9-cu bəndində qeyd olunur ki,müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən irəli gələn öhdəliklər tam yerinə yetirilməklə qüvvədədir.Həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən lizinqalan 2019-cu ilin dekabr ayının sonuna qədər hər ayın sonunda 331.00 manat ödəniş etməklə cəmi 2.676.00 manat lizinq haqqı ödəmək barədə öhdəlik götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.02.2018-ci il tarixli 327-GL/18 saylı lizinq müqaviləsindən görünür ki, lizinqverən ümumi dəyəri 42.073.00 manat olan kənd təsərrüfatı texnikasını 40% güzəşt tətbiq olunmaqla lizinqalanın istifadəsinə vermişdir.Həmin müqavilənin 9-cu bəndində qeyd olunur ki,müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən irəli gələn öhdəliklər tam yerinə yetirilməklə qüvvədədir.Həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən lizinqalan 2028-ci ilin fevral ayına sonuna qədər hər ayın sonunda 1.079.00 manat ödəniş etməklə cəmi 42073.00 manat lizinq haqqı ödəmək barədə öhdəlik götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.04 2018-ci il tarixli 409-L/18 saylı lizinq müqaviləsindən görünür ki, lizinqverən ümumi dəyəri 59810.00 manat olan kənd təsərrüfatı texnikasını lizinqalanın istifadəsinə vermişdir.Həmin müqavilənin 9-cu bəndində qeyd olunur ki,müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən irəli gələn öhdəliklər tam yerinə yetirilməklə qüvvədədir.Həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən lizinqalan 2023-cü ilin fevral ayının əvvəlinə qədər hər ayın sonunda müxtəlif məbləğlərdə ödəniş etməklə cəmi 59810.00 manat lizinq haqqı ödəmək barədə öhdəlik götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.04.2018-ci il tarixli 582 -GL/18 saylı lizinq müqaviləsindən görünür ki, lizinqverən ümumi dəyəri 224756.00 manat olan kənd təsərrüfatı texnikasını 40% güzəşt tətbiq olunmaqla lizinqalanın istifadəsinə vermişdir.Həmin müqavilənin 9-cu bəndində qeyd olunur ki,müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən irəli gələn öhdəliklər tam yerinə yetirilməklə qüvvədədir.Həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən lizinqalan 2028-ci ilin iyun ayının sonuna qədər hər ayın sonunda müxtəlif məbləğlərdə ödəniş etməklə cəmi 224756.00 lizinq haqqı ödəmək barədə öhdəlik götürmüşdür. Tərəflər arasında tərtib olunmuş müxtəlif tarixli aktlardan görünür ki, yuxarıda sadalanan kənd təsərrüfatı texnikaları lizinqalana müqavilə ilə müəyyən olunan müddət ərzində saz vəziyyətdə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6397 saylı,19 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki: 02.03 2016-cı il tarixli 1471-GL/16 saylı lizinq müqaviləsi üzrə lizinqalanın 27.766.00 manat qalıq borcu,9625.0 gecikdirilmiş borc,2457.15 manat cərimə borcu; 12.07.2017-ci il tarixli 1298-G/17 saylı lizinq müqaviləsi üzrə 28.369.00 manat qalıq borcu,14958.0 manat gecikdirilmiş borc,7351.16 manat cərimə borcu; 28.11.2017-ci il tarixli 2319-GL/17 saylı lizinq müqaviləsi üzrə üzrə 331.00 manat qalıq borcu,331.0 manat gecikdirilmiş borc,29.79 manat cərimə borcu; 24.02.2018-ci il tarixli 327-GL/18 saylı lizinq müqaviləsi üzrə 36630 manat qalıq borcu,10250.0 manat gecikdirilmiş borc,4248.68 manat cərimə borcu; 02.04 2018-ci il tarixli 409-L/18 saylı lizinq müqaviləsi üzrə 9626.00 manat qalıq borcu,8.904.0 manat gecikdirilmiş borc,1931.42 manat cərimə borcu; 13.04.2018-ci il tarixli 582 -GL/18 saylı lizinq müqaviləsi üzrə 190.180.00 manat qalıq borcu 73.056.0 manat gecikdirilmiş borc,30.686 manat cərimə borcu borcu vardır. Bütün müqavilələr üzrə iddiaçı cəmi 31697.51 manat cərimə tələb etdiyindən əsas borc 90446 və dövlət rüsumu 90476.51 manat təşkil edir. 122173.51- 31697=90476.51 manat. Tələb olunan əsas borc məbləği ekspertiza rəyi ilə hər bir müqavilə üzrə müəyyən olunmuş əsas borcdan(117.124 manat)az olduğundan,eləcə də bu məbləğdə borc təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapdığından məhkəmə əsas borcun və dövlət rüsumunun tələb olunması hissəsində iddianı əsaslı hesab edir. Məhkəmə ilkin iddiaya qiymət verərkən hesab edir ki,ilkin iddia əsas borc hissəsində tam, 90445 manat hissədə təmin olunmalıdır. Tərəflər arasında bağlanmış müqavilələr ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, qeyd olunan müqavilələr üzrə 31697 manat cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, 02.03 2016-cı il tarixli 1471-GL/16 saylı lizinq müqaviləsi üzrə 1329.87 manat cərimə azaldılaraq 130 manat; 12.07.2017-ci il tarixli 1298-G/17 saylı lizinq müqaviləsi üzrə 5206.93 manat cərimə 520 manat; 28.11.2017-ci il tarixli 2319-GL/17 saylı lizinq müqaviləsi üzrə 59.58 manat cərimə 05 manat, 24.02.2018-ci il tarixli 327-GL/18 saylı lizinq müqaviləsi üzrə 2921 manat qalıq cərimə 290 manat; 02.04 2018-ci il tarixli 409-L/18 saylı lizinq müqaviləsi üzrə 990.55 manat cərimə 100 manat 13.04.2018-ci il tarixli 582 -GL/18 saylı lizinq müqaviləsi üzrə 21189.54 manat cərimə 2100 müəyyən edilməlidir. Beləliklə cərimə hissədə ilk iddia tələbi 3145 manat təmin olunmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanana maddələrinə əsasən: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1ş Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. İşin hallarından görünür ki,tərəflər arasında 2016-2018-ci illərdə 6 ədəd lizinq müqaviləsi bağlanmış və lizinqverən "xxxx" ASC lizinq alan Cavabdeh müxtəlif markalı kənd təsərrüfatı mallarını lizinqə vermişdir.Lizinq ödənişləri tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilsə də cavabdeh lizinq müqavilələri üzrə götürdüyü öhdəlikləri tam və hərtərəfli yerinə yetirməmiş,həmin müqavilələr üzrə lizinqalanın lizinq ödənişləri və cərimə borcu yaranmışdır. Belə ki,tədqiq olunmuş sənədlərdən görünür ki,ümumilikdə bütün müqavilələr üzrə cavabdehin 90446 manat əsas borcu,3145 manat cərimə,yekun olaraq 93591 manat borcu vardır. Qarşılıqlı iddia əsassız olduğundan təmin olunmamalıdır.Belə ki,qarşılıqlı iddiada göstərilən hallar qarşılıqlı iddianın qismən və ya tam təmin olunması yetərli deyil,həmin hallar işdə olan sübutlarla və işin faktiki halları ilə oz təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki,ilk iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 02.03 2016-cı il tarixli 1471-GL/16 saylı lizinq müqaviləsi üzrə 4945 əsas borc,130 manat cərimə,cəmi 5075 manat,12.07.2017-ci il tarixli 1298-G/17 saylı lizinq müqaviləsi üzrə 13630 manat əsas borc 520 manat cərimə,cəmi 14150 manat; 28.11.2017-ci il tarixli 2319-GL/17 saylı lizinq müqaviləsi üzrə 331 manat əsas borc,05 manat cərimə,cəmi 336 manat ;24.02.2018-ci il tarixli 327-GL/18 saylı lizinq müqaviləsi üzrə 8092 manat əsas borc 290 manat cərimə,cəmi 8382 manat;02.04 2018-ci il tarixli 409-L/18 saylı lizinq müqaviləsi üzrə 5016 manat əsas borc, 100 manat cərimə,5116 manat; 13.04.2018-ci il tarixli 582-GL/18 saylı lizinq müqaviləsi üzrə 58432 manat əsas borc 2100 cərimə,cəmi 60532 mana,ümumilikdə bütün müqavilələr üzrə 90445 manat əsas borc,3145 manat cərimə,yekun olaraq 93590 manat ktedit borcu və 30 manat dövət rüsumu Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalı.Qalan hissədə iddia təmin olunmamalıdır.Qarşılıqlı iddia təmin olunmamalıdır. Ekspertiza tədqiqiatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İlk iddia qismən təmin olunsun 02.03 2016-cı il tarixli 1471-GL/16 saylı lizinq müqaviləsi üzrə 4945 əsas borc,130 manat cərimə,cəmi 5075 manat, 12.07.2017-ci il tarixli 1298-G/17 saylı lizinq müqaviləsi üzrə 13630 manat əsas borc 520 manat cərimə,cəmi 14150 manat; 28.11.2017-ci il tarixli 2319-GL/17 saylı lizinq müqaviləsi üzrə 331 manat əsas borc,05 manat cərimə,cəmi 336 manat ; 24.02.2018-ci il tarixli 327-GL/18 saylı lizinq müqaviləsi üzrə 8092 manat əsas borc 290 manat cərimə,cəmi 8382 manat; 02.04 2018-ci il tarixli 409-L/18 saylı lizinq müqaviləsi üzrə 5016 manat əsas borc,100 manat cərimə,5116 manat; 13.04.2018-ci il tarixli 582 -GL/18 saylı lizinq müqaviləsi üzrə 58432 manat əsas borc 2100 cərimə,cəmi 60532 mana,ümumilikdə bütün müqavilələr üzrə 90445 manat əsas borc,3145 manat cərimə,yekun olaraq 93590 manat ktedit borcu və 30 manat dövət rüsumu Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə ilk ddia təmin olunmasın. İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı lizinq müqavilələrinin ləğv olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Ekspertiza tədqiqiatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar