Məhkəmə qərarları › İş №2(007)-550/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-550/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-550/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.01.2021-ci il tarixli müqaviləyə əsasən Apple AirPods Pro markalı qulaqlıq üçün 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə, 06.02.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********88849 Xiaomi Poco X3 markalı telefon üçün 758,4 (yeddi yüz əlli səkkiz manat, qırx qəpik) ödənilməmiş hissə, 75,6 (yetmiş beş manat, altmış qəpik) manat cərimə, ümumilikdə 1527 manat borc və 35,27 manat ödənilmiş dövlət rüsümu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 06.01.2021-ci il və 06.02.2021-ci il tarixli müqavilələrə əsasən Apple AirPods Pro markalı qulaqlıq və İMEİ kodu **********88849 Xiaomi Poco X3 markalı telefon almış və nəticədə 1527 (min beş yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.01.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 630 (altı yiiz otuz) manat (6 ay x 105 manat + 0 manat ilkin ödəniş) Apple AirPods Pro markalı qulaqlıq üçün ümumilikdə 693 (altı yüz doxsan üç) manat olmaqla ondan, 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63 (altmış üç)manat cərimə, 06.02.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 780,4 (yeddi yüz səksən manat, qırx qəpik) manat (12 ay x 63,2 manat + 22 manat ilkin ödəniş) İMEİ kodu **********88849 Xiaomi Poco X3 markalı telefon üçün ümumilikdə 834 (səkkiz yüz otuz dörd) manat olmaqla ondan, 758,4 (yeddi yüz əlli səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75,6 (yetmiş beş manat, altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 22 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 630 manat olan, Apple AirPods Pro markalı qulaqlıq satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2021-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 780,4 manat olan İMEİ kodu **********88849 Xiaomi Poco X3 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 01 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 yanvar 2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 630 manat, cərimə borcu üzrə 63 manat olmaqla, ümumilikdə 693 manat borcu vardır. Cavabdeh 06 fevral 2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 758,4 manat, cərimə borcu üzrə 75,6 manat olmaqla, ümumilikdə 834 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 1527 manat borcu vardır. İşə əlavə olunmuş 02 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 35,27 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 190-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 06 yanvar 2021-ci il və 06 fevral 2021-ci il il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 06 yanvar 2021-ci il tarixli müqavilə üzrə 630 manat əsas borc, 63 manat cərimə borcu və 06 fevral 2021-ci il tarixli müqavilə üzrə 758,4 manat əsas borc, 75,6 manat cərimə borcu olmaqla, ümumilikdə 1527 manat borc və ödənilmiş 35,27 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar