Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-567/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı1h qızının nümayəndəsi və digər İddiaçı2, İddiaçı2 vəkili X2, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1h qızının və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 15 saylı notariat kontoruna qarşı “”qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin, miras payın bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi, dövlət reyesrtindəki qeydiyyatın və çıxarışın ləğv olunması, miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1h qızı və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 15 saylı notariat kontoruna qarşı ““qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin, miras payın bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi, dövlət reyesrtindəki qeydiyyatın və çıxarışın ləğv olunması, miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən verilmiş Reyestrdə 2V 1554 nömrə ilə qeydə alınmış 10 oktyabr 2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin, həmin notariat kontoru tərəfindən verilmiş, Reyestrdə 3M3 nömrə ilə qeydə alınmış 10.10.2012-ci il tarixli “Miras payın bağışlama müqaviləsi”nin, həmin notariat kontoru tərəfindən verilmiş, Reyestrdə 2V 1352 nömrə ilə qeydə alınmış 16 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu Babək pr. 101 saylı evin 32-ci mənzilinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və çıxarışın, notariusun Reyestrindəki qeydiyyatın ləğv olunması, miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1h qızı 1934-ci təvəllüdlüdür, 86 yaşı var. X8 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından 13.01.1957-ci il təvəllüdlü Ceyran, 28.08.1958-ci il təvəllüdlü Solmaz, 01.01.1960-cı il təvəllüdlü Sabir, 03.01.1962-ci il təvəllüdlü İsimnaz, xx.xx.1964-cü il təvəllüdlü Səlminaz, 01.01.1967-ci il təvəllüdlü Yetər, 01.05.1971-ci il təvəllüdlü İradə adlı uşaqları vardır. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 101 nömrəli evin 32-ci mənzili X3 mülkiyyətində olmuşdur. Dursun Kazımov 06 may 2003-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra da iddiaçılar mənzildə yaşayaraq əmlakı idarə etmişlər. Digər vərəsələr isə öz ailələri ilə onlardan ayrı yaşamışlar. Dursun Kazımovdan miras qalmış mənzili mirasın açıldığı gündən qəbul edib idarə etdiklərinə görə mənzil onların mülkiyyətləri sayılır. Cavabdeh1 ailəsi ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Dursun Kazımov vəfat etdikdən sonra Cavabdeh1 İddiaçı1 bir idarəyə apararaq ona hansısa kağızlara imza etdirib demişdir ki, mənzili onun adına sənədləşdirir. O da ona inanmışdır. Son vaxtlar Sabirin onlara qarşı münasibəti dəyişmiş, mənzildə təmir işi aparmağa qoymamışdır. Onlar Sabirin bu hərəkətindən şübhələnib mənzilin kimin adına olmasını müəyyənləşdirmək qərarına gəlmişlər. Vəkil sorğusuna əsasən Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən verilmiş sənədlərdən məlum olmuşdur ki, Cavabdeh1 09 oktyabr 2012-ci il tarixdə Bakı şəhəri, 15 saylı notariat kontoruna ərizə yazaraq Dursun Kazımovdan miras qalmış Bakı şəhəri, Babək prospekti, 01 saylı evin 32-ci mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, başqa vərəsələrin olduğunu ərizədə göstərməmişdir. Bundan sonra 15 saylı notariat kontorunun notariusu Dursun Kazımovdan miras qalmış ümumi sahəsi 68,05 kv.m, yaşayış sahəsi 46,05 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən 3 otaqlı mənzilə dair 10.10.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” vermişdir. Şəhadətnamədə vərəsə olaraq İddiaçı1h qızının və Cavabdeh1ın adı qeyd olunmuşdur. Notarius miras əmlakdan bərabər hissələrlə irs ayırmış, birgə mülkiyyətdən İddiaçı1 çatası hissənin Cavabdeh1 verilməli olmadığını nəzərə almamışdır. Sənədlərdən həmçinin məlum olmuşdur ki, Dursun Kazımovdan miras qalmış mənzildən İddiaçı1 10.10.2012-ci il tarixdə verilmiş 2V-1554 reyestr nömrəli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi” nə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən mənzildən ona məxsus olan miras payını Cavabdeh1 bağışlamışdır. Bu barədə 10.10.2012-ci il tarixdə “miras payın bağışlanması müqaviləsi” tərtib olunmuş və 15 saylı notariat kontorunun notariusu müqaviləni təsdiq etmişdir. Miras payın bağışlanması müqaviləsinə əsasən mənzil 30.10.2012-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmiş və onun mülkiyyətindədir. Beləliklə, notarius 10.10.2012-ci ildə “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə vermiş, həmin tarixdə miras payının bağışlanması barədə müqaviləni təsdiq etmişdir. Əgər o, payını bağışlayacaqmışsa, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə nəyinə lazım imiş. Miras paydan Cavabdeh1 xeyrinə imtina edərmiş, bununla da məsələ həll olunarmış. Notarius bu hərəkətlər barədə onu xəbərdar etməmişdir. Vəkilin sorğusuna əsasən verilmiş sənədlərdən daha sonra məlum olmuşdur ki, cavabdeh 15 saylı notariat kontorunun notariusu ərindən miras qalmış Bakı şəhər Əmanət kassasının 8335 saylı filialından 011218, ******* saylı hesablarda saxlanılan və miras qoyana məxsus olan əmanətə və onun faizinə dair İddiaçı1 adına və Cavabdeh1 adına 16.09.2012-ci ildə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vermişdir. Şəhadətnamədə göstərilir ki, onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Lakin notarius iştirakını təmin etməmiş, həmin şəhadətnaməni ona verməmiş, gizlin iş görmüşdür. Cavabdeh1 ərindən miras qalmış, əmanət kassasında saxlanılan pulu alaraq mənimsəmişdir. Cavabdehlər əlbir olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini və onların hüquqlarını pozmuşlar. İddiaçı1h qızı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddianı müdafiə edir, hərəkət etməkdə çətinlik çəkdiyinə görə məhkəmə iclasına gələ bilmir. Ona görə də, ərizə ilə məhkəməyə müraciət edərək bildirir ki, oğlu Sabir, qızları Ceyran, Solmaz, İsimnaz, Yetər, İradə ailəlidirlər, onların hər birinin ayrılıqda evləri var. X22 06 may 2003-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra p, qızı İddiaçı2 ilə birlikdə ərindən miras qalmış Bakı şəhəri Nizami rayonu Babək prospekti 101 nömrəli evin 32-ci mənzilində yaşayaraq mirası qəbul etmişlər. Ona həmişə qulluq edən qızı Səlminaz olmuşdur. X22 06 may 2003-cü il tarixdə vəfat etdikdən sonra oğlu Sabir, qızları Ceyran, Solmaz, İsimnaz, Yetər, İradə 3 ay ərzində mirasın qəbulu barədə notariat ofisinə ərizə verməmiş və ya mənzilə faktik sahiblik etməmiş, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair ərizə ilə məhkəməyə müraciət etməmişlər. Dursun Kazımovun vəfatından 10 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh1 cavabdeh 15 saylı notariat kontoruna müraciət etmiş, notarius mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə məhkəmə qərarı olmadan və onların razılıqlarını almadan qanunsuzluq edərək Cavabdeh1 vərəsəlik haqqında şəhadətnamələr vermişdir. O, ərindən miras qalmış mənzilə və Bakı şəhər Əmanət kassasının 8335 saylı filialında 011218, ******* saylı hesablarda saxlanılan və miras qoyana məxsus olan əmanətə və onun faizinə dair vərəsəlik haqqında şəhadətnamələr verilməsindən məlumatsız olmuşdur. Oğlu Sabir və notarius onu aldatmışlar. Aldadığını 2020-ci ilin avqust ayında bilmişdir. Məhkəmədə onu təmsil etməsi üçün qızı İddiaçı2 etibarnamə vermişdir. İşə onun iştirakı olmadan baxaraq iddianın təmin olunması, miras əmlakdan vərəsə olaraq onunla qızı Səlminazın paylarının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Oğlu Cavabdeh1 və qızları Ceyran, Solmaz, İsimnaz, Yetər, İradə mirasın açıldığı vaxtdan 3 ay ərzində mirası qəbul etmədiklərinə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə məhkəmə qərarı olmadığından onlar miras əmlaka vərəsə ola bilməzlər. Məhkəmə iclasında İddiaçı2 vəkili X9 iddia tələbini müdafiə edib izahat verərək bildirdi ki, iddia əsaslıdır təmin olunmalıdır. İddiaçı1h qızı ilə X3 nikahlarından 13.01.1957ci il təvəllüdlü Ceyran, 28.08.1958-ci il təvəllüdlü Solmaz, 01.01.1960-cı il təvəllüdlü Sabir, 03.01.1962-ci il təvəllüdlü İsimnaz, xx.xx.1964-cü il təvəllüdlü Səlminaz, 01.01.1967-ci il təvəllüdlü Yetər, 01.05.1971-ci il təvəllüdlü İradə adlı uşaqları vardır. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 101 nömrəli evin 32-ci mənzili X3 mülkiyyətində olmuş, Dursun Kazımov 06 may 2003-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçılar mənzildə yaşayaraq əmlakı idarə etmişlər. Digər vərəsələr isə öz ailələri ilə iddiaçılardan ayrı yaşamışlar. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1, şahidlər İsminaz Dursun qızı, Solmaz Dursun qızı, Yetər Dursun qızı, İradə Dursun qızı ifadlərində vərəsəlik açıldığı gündən hal-hazıra kimi miras mənzildə yalnız iddiaçıların yaşadıqlarını və mənzili idarə etdiklərini göstərmişlər. Həmin şahidlər miras əmlakdan pay istəmədiklərini bildirmişlər. Dursun Kazımovdan miras qalmış mənzili iddiaçılar mirasın açıldığı gündən qəbul edib idarə etdiklərinə görə mənzil onların mülkiyyəti sayılır. Dursun Kazımovun vəfatından 9 ildən çox müddət keçdikdən sonra Cavabdeh1 İddiaçı1 aldadaraq Bakı şəhəri 15 saylı notariat kontoruna aparmışdır. Məhkəmənin sorğusuna əsasən verilmiş notariat işinin surətindən görünür ki, Dursun Kazımovun vəfatından sonra əmanətin və mənzilin qalması barədə İddiaçı1 adından 16 sentyabr 2012-ci il tarixli ərizə yazılmışdır. Cavabdeh1 notariusa yazdığı 16 sentyabr 2012-ci il tarixli ərizəsində başqa vərəsələrin olmadığını göstərmişdir. 15 saylı notariat kontorunun notariusu Dursun Kazımovdan miras qalmış ümumi sahəsi 68,05 kv.m, yaşayış sahəsi 46,05 kv.m. olan Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə dair 10.10.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” vermişdir. Şəhadətnamədə vərəsə olaraq İddiaçı1h qızının və Cavabdeh1in adı qeyd olunmuşdur. Notarius miras əmlakdan bərabər hissələrlə irs ayırmış, birgə mülkiyyətdən İddiaçı1 çatası hissənin Cavabdeh1 verilməli olmadığını nəzərə almamış, qanunvericiliyin tələbinə əməl etməmişdir. Sənədlərdən həmçinin məlum olmuşdur ki, Dursun Kazımovdan miras qalmış mənzildən İddiaçı1 10.10.2012-ci il tarixdə verilmiş 2V-1554 reyestr nömrəli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi” nə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən mənzildən ona məxsus olan miras payını Cavabdeh1 bağışlamışdır. Bu barədə 10.10.2012-ci il tarixdə “miras payın bağışlanması müqaviləsi” tərtib olunmuş və 15 saylı notariat kontorunun notariusu müqaviləni təsdiq etmişdir. Miras payın bağışlanması müqaviləsinə əsasən mənzil 30.10.2012-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmiş və onun mülkiyyətindədir. Beləliklə, notarius 10.10.2012-ci ildə “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə vermişdir. Qanunvericiliyə əsasən İddiaçı1 “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”ni təqdim edib daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almalı və bundan sonra öz payını bağışlaya bilərmiş. Notarius həmin tarixdə miras payının bağışlanması barədə müqaviləni təsdiq etmişdir. Əgər İddiaçı1 payını bağışlayacaqmışsa, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə nəyinə lazım imiş. Miras paydan Cavabdeh1 xeyrinə imtina edərmiş, bununla da məsələ həll olunarmış. Notarius bu hərəkətlər barədə İddiaçı1 xəbərdar etməmişdir. Sənədlərdən daha sonra məlum olmuşdur ki, cavabdeh 15 saylı notariat kontorunun notariusu Dursun Kazımovdan miras qalmış Bakı şəhər Əmanət kassasının 8335 saylı filialından 011218, ******* saylı hesablarda saxlanılan və miras qoyana məxsus olan əmanətə və onun faizinə dair İddiaçı1 və Cavabdeh1 adlarına 16.09.2012-ci ildə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vermişdir. Şəhadətnamədə göstərilir ki, onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Həmin pay bərabər ola bilməzmiş. Belə ki, ər-arvadın nikah dövründə əldə etdikləri əmlak onların birgə ümumi mülkiyyətidir. Pulun yarı hissəsi İddiaçı1 aid imiş. Yerdə qalan hissə isə vərəsələr arasında bölünməli imiş, həmin yarı hissədə İddiaçı1 payı olmuşdur. Lakin notarius qanunun tələbini pozmuş, İddiaçı1 iştirakını təmin etməmiş, həmin şəhadətnaməni ona verməmiş, gizlin iş görmüşdür. Cavabdeh1 Dursun Kazımovdan miras qalmış, əmanət kassasında saxlanılan pulu alaraq mənimsəmiş, vərəsə olan iddiaçıların hüquqlarını pozmuşdur. Dursun Kazımov 06 may 2003-cü il tarixdə vəfat etdikdən sonra oğlu Sabir, qızları Ceyran, Solmaz, İsimnaz, Yetər, İradə 3 ay ərzində mirasın qəbulu barədə notariat ofisinə ərizə verməmiş, mənzilə faktik sahiblik etməmiş, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair ərizə ilə məhkəməyə müraciət etməmişlər. Dursun Kazımovun vəfatından 10 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh1 cavabdeh 15 saylı notariat kontoruna müraciət etmiş, notarius mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə məhkəmə qərarı olmadan və iddiaçıların razılığını almadan qanunsuzluq edərək Cavabdeh1 vərəsəlik haqqında şəhadətnamələr vermişdir. İddiaçı1 ərindən miras qalmış mənzilə, əmanətə və onun faizinə dair vərəsəlik haqqında şəhadətnamələr verilməsindən məlumatsız olmuşdur. Cavabdehlər İddiaçı1 aldatmışlar. İddiaçılar aldadıldıqlarını 2020-ci ilin avqust ayında bilmişlər. Sabir, Ceyran, Solmaz, İsimnaz, Yetər, İradə mirasın açıldığı vaxtdan 3 ay ərzində mirası qəbul etmədiklərinə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə məhkəmə qərarı olmadığından onlar miras əmlaka vərəsə ola bilməzlər. Cavabdehlər əlbir olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini və iddiaçıların hüquqlarını pozmuşlar. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması haqqında qətnamə, notarius haqqında xüsusi qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, atası X8 06 may 2003-cü il tarixdə vəfal etmişdir və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 101 nömrəli evin 32 nömrəli mənzili X3 mülkiyyətində olmuşdur. Dursun Kazımovdan miras qalmış mənzili mirasın açıİdığı gündən qəbul edib idarə etdiklərinə görə mənzil onların mülkiyyətləri sayılır. 15 saylı notariat kontorunun notariusu Dursun Kazımovdan miras qalmış ümumi sahəsi Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilə dair 10.10.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir. Şəhadətnamədə vərəsə olaraq İddiaçı1h qızının və Cavabdeh1 adı qeyd olunmuşdur. Sənədlərdən həmçinin məlum olmuşdur ki, Dursun Kazımovdan miras qalmış mənzildən İddiaçı1 10.10.2012-ci il tarixdə verilmiş 2V-1554 reyestr nömrəli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi"-nə əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanında yerləşən mənzildən Qiymətə məxsus olan miras payını Cavabdeh1 bağışlamışdır. Bu barədə 10.10.2012-ci il tarixdə "miras payın bağışlanması müqaviləsi” tərtib olunub və 15 saylı notariat kontorunun notariusu müqaviləni təsdiq edilmişdir. Miras payın bağışlanması müqaviləsinə əsasən mənzil 30.10.2012-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmiş və onun mülkiyyətindədir. Şəhadətnamədə göstərilir ki, onlar miras əmlakdan bərabər hissələrdə miras almalıdırlar. Lakin notarius onların iştiraklarını təmin etməmiş, həmin şəhadətnaməni verməmiş, gizlin iş görmüşdür. 1989-cu ildən bu günə qədər mübahisəli mənzildə yaşamışdır. O, xərçəng xəstəliyindən əziyyət çəkir və müalicə almaq üçün Türkiyə Respublikasına getmişdir. Qayıdanda isə bu məsələni öyrənmiş və araşdırmağa başlamışdır. Anasının evi Sabirə verməsindən xəbəri yox imiş və bununla bağlı bilərək heç bir yerə imza atmamışdır. O, vəkilə 2020-ci ilin mart ayında müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 vəkili X9 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı1j qızı sərbəst şəkildə hərəkət edə bilmir, kənar şəxsin köməyi olmadan gəzə bilmir. X8 rəhmətə gedəndən sonra Cavabdeh1 evi ələ keçirmək üçün anasını Notariat Kontoruna apararaq imza atdırmışdır. Pay iddiaçı İddiaçı1 çatmalı və sonradan bölünməli imiş. Lakin cavabdeh anasının adına olan hissəni də özünə bağışlamışdır. Notariusda əmlakın bağışlanması ilə bağlı iddiaçıya məlumat verilməmiş, ona hüquq və vəzifələri izah olunmamışdır. Bundan başqa Notarius vərəsələri araşdırmamışdır və digər vərəsələr vərəsəlik işi gedən vaxt notariat kontoruna dəvət edilməmişlər. İddiaçı1 ümumiyyətlə şəhadətnamədən xəbəri yox imiş. Həmçinin digər İddiaçı2 atası vəfat edəndən sonra belə mübahisəli mənzildə anası ilə birlikdə yaşayır, lakin vərəsəlik işi gedən zaman onun mirasçı olması nəzərə alınmamışdır. İddiaçı2 miras əmlakını faktiki olaraq qəbul etmişdir. Nəticədə qanun üzrə vərəsəlik şəhadətnamələri qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, onun atası 2003-cü ildə rəhmətə getmişdir. Səlminazın özünün evi və maşını var. O, 1994-cü il tarixdə ailə həyatı qurmuş və bacısı Səlminaz onun həyat yoldaşı ilə yola getmirmiş və bundan sonra da problemlər başlanmışdır. Səlminazdan başqa 5 bacısı var və onlar ilə münasibəti yaxşıdır. 2012-ci ildə Notariat kontoruna anası ilə getmişlər və evin onun adına keçməsinə özü razılıq vermişdir. Anası bacılarının yanında deyirmiş ki, evi onun adına keçirəcəkdir. Notariat kontorunda anası imzanı özü atmış və həmin vaxt məsələdən tam olaraq xəbərdar imiş. Atam rəhmətə gedən kimi müraciət etməməyinin səbəbi evin ona qalacağını düşünməsi imiş. 2012-ci ildə Notariat kontorunda olarkən notarius ona bacılarını da çağırmaq barədə soruşmuşlar və o isə ehtiyac olmadığını, onların razı olduqlarını bildirmişdir. 16 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən mirasdan cəmi 1200-1300 manat pul götürmuşdür. Pul onun və atasının adında imiş. Həmin puldan anasına 200-300 manat vermişdir. Evi adına keçirəndən o evdə yaşamamışdır. Evin kommunal xidmətlərini o da, bacısı Səlminaz da ödəmişdir. Bacısı Səlminaz anasının yanında yaşayır. O da, digər bacıları da analarının qayğısına qalırlar. Qeyd edilənlərə əsasən hazırkı iddia əsassız və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı1 mübahisəli əmlakdan ona çatası payı oğluna bağışlamışdır. Vərəsəlik işi gedən zamanda bacıların məlumatı olmuş və onlar məhkəmə prosesində də bildirmişlər ki, paylarından qardaşlarının xeyrinə imtina edirlər. 19 aprel 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərmişdir ki, onlar 6 bacı, bir qardaşdırlar. Mübahisə predmeti olan ev qardaşının adınadır, lakin evdə Səlminaz və anası yaşayırlar. Heç kim Səlminaza demir ki, bu evdə niyə yaşayır. Anası onlara demişdir ki, evi qardaşının adına keçirəcək, onlar da etiraz etməmişlər, amma bu barədə Səlminaza deyən olmamış, onun xəbəri yox imiş. Onun öz evi var imiş, Səlminazla anası həmin evdə qalırlar, anası öz-özünə baxa bilir, insult olmuş, insult olduğuna görə indi bir az nasaz olmuşdur. Sabir də, onlar da analarına maddi cəhətdən kömək etmişlər, bacısı Səlminaz xəstəliyinə görə Türkiyəyə getmişdir. Bacısı Səlminaz qardaşı Sabiri evə qoymur. Bununla bağlı X11 müraciət etməmişlər. Qardaşının evi nə vaxt adına keçirdiyi yadında deyil, notariusa getməmişdir, amma getdiklərindən xəbəri var imiş. 27 may 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərmişdir ki, onlar altı bacı- Səlminaz, Sminaz, Ceyran, Yetər, Solmaz, İradə və bir qardaşdırlar. Atalarının mülki qardaşınındır. Qardaşı heç vaxt onları incitməmişdir. X19 yerləşir, həmin evdə anası bacı ilə yaşayır. Atası sağikən bacısı Səlminazla qardaşının yoldaşı arasında mübahisə düşmüş, buna görə də qardaşı evdən çıxmışdır. Atası öldükdən sonra anası ilə qardaşı gedib evi qardaşının adına keçirmişlər, anası öz razılığı ilə bunu etmişdir. Bacısı qardaşını evə qoymur, səbəbini isə bilmir, anası təxmini olaraq 7- 8 il bundan qabaq insult olmuşdur. Atası vəfat etdikdən sonra o evdə anası ilə Səlminaz yaşayırlar. Anası insult olduqdan sonra ona özləri baxırlar. Notariusa getdiklərindən xəbəri var imiş. 30 iyun 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərmişdir ki, onlar altı bacı - Səlminaz, Sminaz, Ceyran, Yetər, Solmaz, İradə və bir qardaşdırlar. Hər iki tərəflə münasibəti yaxşıdır. Ev atasının evidir. Həmin evdə anası və bacısı Səlminaz yaşayır. Qardaşı ayrı yaşayır. Ev qardaşına qalmışdır. Notariusa getməmişdir, amma onun və digər bacılarının məlumatı varmış ki, anası evi qardaşına bağışlayır. Səlminazın bundan məlumatlı olub-olmamasını bilmir. Notariusun onlarla əlaqə saxlaması və ya məlumat verməsi barədə bir şey xatırlamır. Atası vəfat edəndən bəri evdə anası və bacısı Səlminaz yaşayır. Belə bir qayda var kı, ev oğlan övlada qalır. Notariusa getməmişdir, amma ona qalsa payından qardaşının xeyrinə imtina edərmiş. Onların hər biirnin ayrıca evi var və ailə qurmuşlar. 30 iyun 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərmişdir ki, onlar altı bacı - Səlminaz, Sminaz, Ceyran, Yetər, Solmaz, İradə və bir qardaşdırlar. Hər iki tərəflə münasibəti yaxşıdır. Vərəsəlik işinin nə vaxt açıldığını xatırlamır. Notariusdan onları çağırmamışlar. Notariusdan heç bir zəng, məlumat olmamışdır. Amma vərəsəlik işi ilə bağlı məlumatı olmuşdur. Evin qardaşına keçməsinə etiraz etmir. Atası vəfat edəndən sonra evdə anası və bacısı Səlminaz yaşayır. Hazırda da evə gedib gəlir və heç bir maneə yoxdur. Mənzilə dair heç bir iddiası yoxdur. 30 iyun 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək göstərmişdir ki, onlar altı bacı - Səlminaz, Sminaz, Ceyran, Yetər, Solmaz, İradə və bir qardaşdırlar. Hər iki tərəflə münasibəti yaxşıdır. Anası bacısı Səlminaz ilə həmin evdə qalır. Qardaşı da gedib-gəlir. Lakin axır vaxtlar münasibətləri pozulmuşdur. Vərəsəlik işi ilə bağlı məlumatı gec olmuşdur. Notariusa çağırsaymışlar, adət-ənəyə görə qardaşına verilməsinə etiraz etməzmiş. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 13 avqust 2020-ci il tarixdə verilmiş AZ-İİ № 109436 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 06 may 2003-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 may 2013-cü il tarixdə 391 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.08.2020-ci il tarixli **********64 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, 32 saylı mənzil Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 10.10.2012-ci il tarixli, 2«V»1554 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 10.10.2012-ci il tarixli, 3M3№-626 reyestr nömrəli miras payının bağışlanması müqaviləsinə əsasən 30.10.2012-ci il tarixində Cavabdeh1 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş reyestrdə 2 “V” 1554 nömrəsi ilə qeyd edilmiş 10 oktyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, Bakı şəhər 15 saylı notariat kontorunun notariusu A.K. Məmmədov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 08 may 2003-cü il tarixdə vəfat etmiş X3 vərəsələri: Bakı şəhəri, Babək prospekti, ev 101, m 32 də qeydiyyatda olan arvadı İddiaçı1 Həmdulla qızı və Bakı şəhəri, E.Süleymanov küçəsi, ev 57, mənzil 67-də qeydiyyatda olan oğlu Cavabdeh1dur. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 050 saylı reyestr kitabında 142711 səhifədə qeydiyyat 30\142711, 20.06.1998-ci il tairxdə verilmiş qeydiyyat vəsiqəsi əsasında olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən 25.09.2012-ci il tarixdə verilmiş 1 1/28659 №-li arayışa əsasən ümumi sahəsi 68,05 kv.m, yaşayış sahəsi 46,05 kv.m olan və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında miras qoyanın mülkiyyətində olan üç otaqlı mənzildən ibarətdir. - Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş reyestrdə 2 “V” 1352 nömrəsi ilə qeyd edilmiş 16 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, Bakı şəhər 15 saylı notariat kontorunun notariusu A.K. Məmmədov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 08 may 2003-cü il tarixdə vəfat etmiş X3 vərəsələri: Bakı şəhəri, Babək prospekti, ev 101, m 32 də qeydiyyatda olan arvadı İddiaçı1 Həmdulla qızı və Bakı şəhəri, E.Süleymanov küçəsi, ev 57, mənzil 67-də qeydiyyatda olan oğlu Cavabdeh1dur. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhər əmanət kassasının 8335 saylı filialında 011218, ******* saylı hesablarda saxlanılan və miras qoyana məxsus olan əmanətlərdən və faizindən ibarətdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prosepekti, 101 saylı evin 32 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 150 saylı reyestr kitabında 142711 səhifəsində 30/142711 № ilə 20 iyun 1998-ci il tarixdə qeydiyyat aparılmışdır. - 143 saylı MKİS-in 455 saylı 2012-ci il tarixli 455 saylı arayışından görünür ki, mərhum X8 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında qeydiyyatda olmuşdur. O, 06.05.2003-cü ildə vəfat etmişdir. Vəfat edən günə kimi həyat yoldaşı İddiaçı1 ilə birlikdə orada yaşamışdır. Qeydiyyatda başqa heç kim olmamışdır. - İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2012-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı1 Bakı şəhər 15 saylı notariat kontorunun notariusu A.K. Məmmədov tərəfindən 10.10.2012-ci il tarixdə verilmiş 2V-1554 reyestr nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən mənzildən ona məxsus olan miras payını Cavabdeh1 bağışlamışdır. - İddiaçı1 16.09.2012-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, oğlu Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazılmasına etiraz etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar MM): 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən mənzilin mülkiyyətçisi mərhum X8 06 may 2003-cü il tarixdə vəfat etmişdir. Qanunveciliyin tələblərindən də görünür ki, X3 uşaqları və həyat yoldaşı onun birinci növbədən vərəsələridir. Yəni onların hər birinin əmlakdan bərabər pay almaq hüququ vardır və onun vərəsələrindən heç biri əmlak üzərində olan paylarından imtina etməmişlər. İş materiallarından görünür ki, X3 oğlu olan X8 09 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. Həmin şəxs vəfat etsə də, bu onun mübahisəli mənzil üzərində olan hüquqlarından məhrum etmir, onun əmlakla bağlı hüquqları uyğun olaraq vərəsələrinə keçir. Hazırda mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən mənzil mərhum X5 məxsusdur. X8 ilə İddiaçı1h oğlunun birgə nikahlarından 7 övladları olmuşdur. Onlar 13.01.1957-ci il təvəllüdlü X15, 28.08.1958-ci il təvəllüdlü X7, 01.01.1960-cı il təvəllüdlü Cavabdeh1, 03.01.1962-ci il təvəllüdlü X4, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı2, 01.01.1967-ci il təvəllüdlü X12 və 01.05.1971-ci il təvəllüdlü X10r. Hazırda iddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən verilmiş Reyestrdə 2V 1554 nömrə ilə qeydə alınmış 10 oktyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin, həmin notariat kontoru tərəfindən verilmiş, Reyestrdə 3M3 nömrə ilə qeydə alınmış 10.10.2012-ci il tarixli “Miras payın bağışlama müqaviləsi”nin, həmin notariat kontoru tərəfindən verilmiş, Reyestrdə 2V 1352 nömrə ilə qeydə alınmış 16 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu Babək pr. 101 saylı evin 32-ci mənzilinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və çıxarışın, notariusun Reyestrindəki qeydiyyatın ləğv olunması, miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən verilmiş Reyestrdə 2V 1554 nömrə ilə qeydə alınmış 10 oktyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Reyestrdə 2V 1352 nömrə ilə qeydə alınmış 16 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən verilmiş 10 oktyabr 2012-ci il və 16 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələri ilə müəyyən edilmişdir ki, 08 may 2003-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı İddiaçı1 Həmdulla qızı və oğlu Cavabdeh1dur. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamələr verilən miras əmlakları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında miras qoyanın mülkiyyətində olan üç otaqlı mənzil və Bakı şəhər əmanət kassasının 8335 saylı filialında 011218, ******* saylı hesablarda saxlanılan və miras qoyana məxsus olan əmanətlərdən və faizindən ibarətdir olmuşdur. MM-in: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 15 saylı Notariat Ofisində 08 may 2003-cü il tarixdə vəfat etmiş X3 vərəsələri müəyyən edilərkən onun arvadı İddiaçı1 Həmdulla qızı və oğlu Cavabdeh1 nəzərə alınmış, lakin digər övladları notariat ofisinə dəvət edilməmiş, ümumiyyətlə mərhumun vərəsələri kimi müəyyən edilməmişdir. Məhkəmə iclasına şahid kimi dəvət edilmiş X15, X7, X4, X12 və X14 ifadə verərək göstərmişlər ki, onlar notariat ofisinə dəvət olunmamışlar. Digər İddiaçı2 isə bildirmişdir ki, vərəsəlik işinin açılmasından ümumiyyətlə məlumatlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 15 saylı Notariat kontorunda adı çəkilən şəhadətnamələr tərtib edilərkən digər vərəsələr müəyyən edilmədiyindən həmin şəhadətnamələr etibarsız hesab edilməlidir. Mübahisə predmetini təşkil edən bir digər məsələdə İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2012-ci il tarixli bağışlama müqaviləsidir. Belə ki, həmin müqaviləyə əsasən İddiaçı1 Bakı şəhər 15 saylı notariat kontorunun notariusu A.K.Məmmədov tərəfindən 10.10.2012-ci il tarixdə verilmiş 2V-1554 reyestr nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən mənzildən ona məxsus olan miras payını Cavabdeh1 bağışlamışdır. İddiaçı1 iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, oğlu Sabir onu notariat kontoruna aparanda ona demişdir ki, evi onun adına keçirmək üçün notariusa gəlmişlər. Nəticədə, iddiaçı vurğulamışdır ki, o bilərək mənzili oğluna bağışlamamışdır və oğlu onu aldatmışdır. Cavabdeh1 isə buna etiraz edərək bildirmişdir ki, o, anasını aldatmamışdır və anası həmişə deyirmiş ki, mənzil onundur, buna görə də mənzili ona bağışlamışdır. Məhkəmə prosesində şahid kimi ifadə vermiş bacılar X15, X7, X4, X12 və X14 da bildirmişlər ki, mübahisəli evin anaları tərəfindən qardaşına bağışlanması haqqında məlumatları olmuşdur. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, məhkəmənin qənaətinə əsasən Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən 10 oktyabr 2012-ci verilmiş 2V-1154 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsi” etibarsız hesab edilmişdir. Həmin şəhadətnamə etibarsız hesab edildiyindən onun doğurduğu nəticələr də etibarsız hesab edilmiş sayılır. 10 oktyabr 2012-ci il tarixli bağışlama müqaviləsi müqaviləsi ilə isə İddiaçı1 Bakı şəhər 15 saylı notariat kontorunun notariusu A.K. Məmmədov tərəfindən 10.10.2012-ci il tarixdə verilmiş 2V-1554 reyestr nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ona məxsus olan miras payını Cavabdeh1 bağışlamışdır. Belə olan halda 10.10.2012-ci il tarixdə verilmiş 2V-1554 reyestr nömrəli Qanun üzrə vərəsəlik şəhadətnamə etibarsız hesab edildiyindən, 10 oktyabr 2012-ci il tarixli bağışlama müqaviləsi də etibarsız hesab edilməlidir. Belə ki, məhkəmənin qənaətinə əsasən Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş reyestrdə 2 “V” 1554 nömrəsi ilə qeyd edilmiş 10 oktyabr 2012-ci il tarixli və reyestrdə 2 “V” 1352 nömrəsi ilə qeyd edilmiş 16 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələri, Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş reyestrdə 3M3 626 nömrəsi ilə qeyd edilmiş 10 oktyabr 2012-ci il tarixli Miras payın bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı Ərazi İdarəsinin 12 avqust 2020-ci il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, 32 saylı mənzil Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 10.10.2012-ci il tarixli 2V 1554 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 10.10.2012-ci il tarixli, 3M3№-626 reyestr nömrəli miras payının bağışlanması müqaviləsinə əsasən 30.10.2012-ci il tarixində Cavabdeh1 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə tərəfindən 10.10.2012-ci il tarixli 2V 1554 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və 10.10.2012-ci il tarixli, 3M3№-626 reyestr nömrəli miras payının bağışlanması müqaviləsi etibarsız hesab edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Babək prospekti, ev 101, mənzil 32 mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi idarəsində X3 mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı aparılmış qeydiyyat, eləcə də, həmin qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilməlidir. Hazırda isə 08 may 2003-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən mənzillə bağlı onun vərəsələrinin payları müəyyən edilməldir. Belə ki, X3 vərəsələri onun həyat yoldaşı İddiaçı1 və övladları X15, X7, Cavabdeh1, X4, İddiaçı2, X12 və X10r. MM-in: 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1162-ci maddəsinə əsasən Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Belə ki, X8 ilə İddiaçı1h qızı birgə nikah dövrundə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən mənzili əldə etmişlər. Həmin əmlak birgə nikah dövründə əldə etdiyindən X8 06 may 2003-cü il tarixdə vəfat etdikdən sonra birgə nikah dövründə əldə edilmiş əmlakın İddiaçı1h qızına məxsus hissəsi X1 miras qalmış əmlaka daxil edilməməlidir. Nəticədə mübahisə predmeti olan əmlakın ½ hissəsi X8, ½ hissəsi də İddiaçı1h qızına məxsusdur. X8 vəfat etdikdən sonra onun əmlakı üzərində vərəsələrinin payları müəyyən edilərkən bütün əmlak deyil, onun ½ hissəsi mübahisələndirilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı2 atası vəfat etdiyi gündən bəri mübahisəli mənzildə yaşayır. Qeyd edilən hal işin mübahisə olunmayan tərəfidir, bel ki, bu hal proses iştirakçılarının izahatları və şahid ifadələri ilə də təsdiq olunur. İddiaçı2 miras əmlakının qəbulu ilə bağlı notariat ofisinə müraciət etməsə də, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamış və bununla da miras onun tərəfindən qəbul edilmiş sayılır. Cavabdeh1 isə miras əmlakı ilə bağlı fikir bildirmiş, bunun üçün notariat ofisinə müraicət edərək miras əmlakın qəbuluna dair müəyyən hərəkətlər etmişdir. Lakin digər vərəsələr X15, X7, X4, X12 və X14 tərəfindən miras əmlakının qəbul edilməsi üçün hər hansı hərəkət edilməmiş, vərəsəlik işinin açılmasından məlumatlı olsalar belə, notariat kontoruna getməmiş, miras əmlakını faktiki qəbul etməmişlər, hətta notariat ofisinə gedib əmlakdan kimin xeyrinə imtina etmələrini qeyd də etməmişlər. Bundan başqa məhkəmədə də əmlakı mübahisələndirməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, X15, X7, X4, X12 və X14 ataları X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən mənzilin ½ hissəsi ilə bağlı miras əmlakını qəbul etmədiklərindən onların payları qanunvericiliyin tələblərinə uyğun olaraq üç şəxsin, yəni digər mirasçılar olan iddiaçılar İddiaçı1h qızı, İddiaçı2 və Cavabdeh1 arasında bərəbar bölünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə tətqiqi nəticəsində müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən mənzilin ½ hissəsi İddiaçı1h qızına məxsus olmaqla bərabər, onun həmin əmlakın X1 miras qalmış digər hissəsi üzərində pay hüququ vardır. Belə olan halda X15, X7, X4, X12 və X14 ataları X1 qalmış mirası qəbul etmədiklərindən onların payları qanunvericiliyin tələblərinə uyğun olaraq digər vərəsələrə bərabər bölündükdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 32 ünvanında yerləşən mənzilin ½ hissəsi üzərində vərəsələr İddiaçı1h qızının, İddiaçı2 və Cavabdeh1 hər birinin 1/3 hissədə pay hüququ vardır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən mənzilin 4/6 hissəsi üzərində İddiaçı1h qızının, 1/6 hissəsi üzərində İddiaçı2 və 1/6 hissəsi üzərində Cavabdeh1 payı müəyyən edilməlidir. MPM-in: 218.3-cü maddəsinə əsasən hakim iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş reyestrdə 2 “V” 1554 nömrəsi ilə qeyd edilmiş 10 oktyabr 2012-ci il tarixli və reyestrdə 2 “V” 1352 nömrəsi ilə qeyd edilmiş 16 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr etibarsız hesab edilməli, Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş reyestrdə 3M3 626 nömrəsi ilə qeyd edilmiş 10 oktyabr 2012-ci il tarixli Miras payın bağışlama müqaviləsi etibarsız hesab edilməli, Bakı şəhəri, Babək prospekti, ev 101, mənzil 32 mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi idarəsində X3 mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı aparılmış qeydiyyat, eləcə də, həmin qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilməli, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən mənzilin 4/6 hissəsinə İddiaçı1h qızının, 1/6 hissəsinə İddiaçı2 və 1/6 hissəsinə Cavabdeh1 miras payı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş reyestrdə 2 “V” 1554 nömrəsi ilə qeyd edilmiş 10 oktyabr 2012-ci il tarixli və reyestrdə 2 “V” 1352 nömrəsi ilə qeyd edilmiş 16 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr etibarsız hesab edilsin. Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş reyestrdə 3M3 626 nömrəsi ilə qeyd edilmiş 10 oktyabr 2012-ci il tarixli Miras payın bağışlama müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri, Babək prospekti, ev 101, mənzil 32 mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi idarəsində X3 mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı aparılmış qeydiyyat, eləcə də, həmin qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilsin. Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən mənzilin 4/6 hissəsinə İddiaçı1h qızının, 1/6 hissəsinə İddiaçı2 və 1/6 hissəsinə Cavabdeh1 miras payı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-567/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-567/2021
06.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver