Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-576/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı ərizəsinə dair mülki iş (Açar sözlər: “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1976-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan X4 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, X3 xx.xx.1976-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır, lakin ünvan 2anında yaşayır. Bacısı «Epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə, nitq davranış pozuntuları və ruhi-əsəb» xəstəliyindən əziyyət çəkir və ona İİ qrup əlillik dərəcəsi verilmişdir. X3 həmi fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Ona görə, xx.xx.1976-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan X3 İİ qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabilyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. X4 faliyyət qabliyyəti olmayan hesab edilməlidir.
İş materialları :
3. AZE seriyalı, 14911053 nömrəli “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X8 xx.xx.1976-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır.
4. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X18” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 26 nömrəli Şəhər Poliklinikasının Baş həkimi Məmmdəova A. tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 22, mənzil 78-də yaşayan 1976-cı il təvəllüdlü X8 həqiqətən 2019-cu il tarixdən “Epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə, nitq və davranış pozuntuları” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır və İİ qrup əlildir.
5. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 50 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş N-282 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 R.Rüstəmov küçəsi, 22 nömrəli evin 78 saylı mənzilində qeydiyyatsız olaraq yaşayır.
6. Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən verilmiş AA seriyalı 100720 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi yaşayış yeri olan Füzulini 1993-cü ildə tərk etmişdir və hazırda Binəqədi rayonunda məskunlaşmışdır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 744 saylı rəyindən görünür ki, 28 dekabr 1976-cı il tarixdə Füzuli şəhərində anadan olmuş X5 dərin əqli gerilik epilepsiya nəticəsində aşkar olunduğu, onun öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, onun öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsasların mövcud olduğu və X1 və psixi vəziyyəti onun məhkəmə iclasına çağırılmasına yol vermədiyi qeyd edilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X11 izahatında X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
İşin faktiki halı :
13. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi bacısı - xx.xx.1976-cı il təvəllüdlü X8 dərin əqli gerilik epilepsiya nəticəsində xəstəliyindən əziyyət çəkir və psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir.
Məhkəmənin mövqeyi :
14. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
15. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir.
17. xx.xx.1976-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 744 saylı rəyi ilə öz təsdiqini tapmışdır.
18. Belə ki, iş üzrə xx.xx.1976-cı il təvəllüdlü X4 psixi vəziyyətinin müəyyən edilməsi zərurəti olduğundan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 744 saylı rəyindən görünür ki, 28 dekabr 1976-cı il tarixdə Füzuli şəhərində anadan olmuş X5 dərin əqli gerilik epilepsiya nəticəsində müəyyən edilmişdir. Psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X1 onun məhkəmə iclasında iştirakına yol vermir.
20. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən mötəbər sübut kimi qəbul edilməlidir.
21. Ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
22. Buna görə də məhkəmə qeyd edir ki, xx.xx.1976-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair kifayət qədər əsaslar olduğundan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
23. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Nəticə :
24. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1976-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1976-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva